Əsas səhifə > Düşüncə > SƏNİN QƏLƏBƏN

SƏNİN QƏLƏBƏN

Bir vaxt soyudub əllərini, geriyə baxmadan gedən insanların arxasından tökdüyünüz göz yaşları əbəsdir. Gözünüzü telefona dikib keçirdiyiniz yuxusuz gecələr də gərəkli deyil.

  Heç aynanın qarşısına keçərək özünü kənardan seyr etdinmi? Pırıl-pırıl yanan gözlərinin nəyə qadir olduğunu, vücudunun daxili gücünü duydunmu? Əks cinsin nümayəndəsinə niyə aldanırsan deyə, necə düşündünmü? Sevdiyin insan ilə son dəfə hansı səbəbdən mübahisə edərək ayrıldığını, heç özün də  bilmirsən? Elə içini didib dağıdan da bu deyilmi? Yenidən onu istəyirsən. Adi bir mesaji belə yetərlidir, amma yazsın. Olanlarla barışa bilmirsən, ancaq qürurun da hisslərinə müharibə elan edib. Nəhayət, qərara alırsan ki, ona yazasan. Bəs sonra?

  Elə hər şey bundan sonra daha da gərginləşir. Beləcə cavabsız mesajlarının sayı artır. Səncə laqeydliyin qurbanına çevrilmirsənmi? Qarşı tərəf dostları ilə çox gözəl vaxt keçirdiyi halda, onu düşünürsən.

  İnan dəyməz, min kərə dəyməz! Daha yaxşı insanlara, ən gözəl sevgilərə layiq olduğunu unudursan. Bəs nə etməli? Cavabı çox asandır.

  Dərhal sevdiyin peşənin ardınca get və sübut et ki, heç kimdən və heç nədən asılı deyilsən. Öz ayaqlarının üstündə dayanmağı bacar. İşdə uğur və uğur.Yalnız bu zaman hər kəsə həyatın sınaqlarında qalib gələcəksən. Daxili “mən”ni formalaşdır. Heç kimin bundan sonra səni üzməsinə imkan yaratma. Qarşı tərəflə danışığa girərkən özünə, ağlına inam vacibdir, ən əsası bunu nümayiş etdir. Bundan sonra sənə zəif deyənlərin qarşında necə aciz olduğunun şahidinə çevriləcəksən.

  İnan ki, gözləmədiyin vaxtda o, yenidən boynu bükük halda qapını döyəcək, qayıdacaq və dəlicəsinə sevdiyini söyləyib dəfələrcə üzr istəyəcək. Hətta özünə ümid vermək üçün güya hələ də onu sevdiyinə özünü inandırmaq istəyəcək.   Əvvəlki kimi mülayim olduğunu düşünüb bir daha etibarından istifadə etmək istəyəcək. Bax o zaman  çəkdiyin əziyyətlərin qarşılığını alacaqsan. Bir gün həyat ən layiqli qiymətini verəcək. Gözəl ailən, övladların, sevdiyin işin olacaq. O zaman yuxusuz gecələrinə, göz yaşlarına ucadan qəhqəhə çəkib güləcəksən!

  Ayılanda başarılı bir iş qadını, sevilən xanım və gözəl ana olduğunu duyacaqsan. Bəli, adının sonununa müqəddəs ANA adı əlavə olunacaq!

P.S. Bu bir vaxtlar yaxın bir rəfiqəmə ünvanladığım sözlər olsa da, indi eyni həyatı  yaşayanlar da az deyil.

Kateqoriyalar: Düşüncə
  1. guest
    Avqust 12, 2009 tarixində, saat 20:01

    hmmm…. maraqlidi….

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: