Əsas səhifə > Xəbər > “İTV” və reallıq

“İTV” və reallıq

“İctimai televiziya” söz birləşməsi çox gözəl səslənir. Bu günkü Azərbaycan reallığında lap adamın gözlərini yaşardır.

     “İctimaiTV” dedikdə heç bir siyasi partiyanın təsiri altında olmayan, cəmiyyətin ictimai marağını güdən, səviyyəsiz şoulardan uzaq televiziya kanalı nəzərdə tutulur. Yəni daha açıq desəm bu kanalı izləyənlər qısa müddətə də olsa kommersiya xəbərlərindən və siyasi hakimiyyətdən uzaq olmalıdırlar. Amerikada ictimai televiziya qarşısında yüksək reytinq qazanmaq vəzifəsi qoyulmur. Böyük Britaniyada isə ictimai televiziyanın səlahiyyətlərini Bi-Bi-Si daşıyır. Bəs Azərbaycanda ictimai yayım növü mövcuddurmu?

     Ölkəmizin Avropa Şurasına (AŞ) daxil olması ilə, bizdə də ictimai TV- nin yaranmasına təkan verildi. Nəhayət, 2005- ci il iyulun 29- da “İctimai televiziya” yarandı. Amma ABŞ-ın, BB-nın və Fransanın ictimai televiziyasından fərqli. Ən azı ona görə ki, bu ölkələrdə həmin TV- lər abunə haqqı hesabına maliyyələşirsə, bizdə dövlət tərəfindən maliyyələşdirilir. Bu da onu göstərir ki, bu ictimai o ictimailərdən deyil. İctimai televiziya digərlərindən əsasən obyektivliyi ilə fərqlənməlidir. Bizdə isə əgər İctimai kanalda bu gün fasilədirsə, fərq etməz AZTV, LİDER nə günə durur? Hamısı eynidi də. Fərq yalnız adlarındadı desək yanılmarıq. Bəli, Azərbaycanda “İctimai” adlı telekanal mövcuddur. Amma dediyim kimi ictimai adlı. Ölkədə demokratiyanın inkişafına, söz azadlığına, fikir plüralizminə, ictimai rəyi ifadə etməyə xidmət göstərən bir TV kanalı olmayıb olmayacaq da.

     Bir sözlə Azərbaycanda ictimai yayım növü formalaşmayıb. Ən azı ona görə ki, bizdə AŞ- nın bu yayım növü üçün nəzərdə tutulmuş qanunları olduğu kimi tətbiq olunmur. Siyasi çalarlardan uzaq verilişlər yox dərəcəsindədir.

P. S. Görünür Azərbaycanda ictimai yayım növünün tam şəkildə formalaşması üçün demokratik şərait mövcud deyil, bu sahədə olan sular bulannıqdır. Suların durulması üçünsə hələ uzun zaman lazımdır, bu zamanı gözləmək üçünsə səbr! Odur ki, Allah bizə səbr versin!

Kateqoriyalar: Xəbər
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: