TELE “inciler”
Keçən dəfə milli radiolardan danışdım, bir şey çıxmadı. Deyirəm radio ilə televiziya qardaşdı, birindən danışıb o birini qoysam arada inciklik düşər. Hər nə də olsa onlar hər gün evimizin ən hörmətli qonağı hesab olunur.
Bizlər yaman toylu – bayramlı, çal – çağırlı, qonaq – qaralı millətik. Günümüz oynamaq, oxumaqla keçir. Elə verilişlərimiz də özümüzə oxşayır. Bu verilişləri hazırlayan da elə bizlərik də.
Odur ki, verlişlərin adlarını da əcaib – qəraib seçirik. Məsələn: “Çal – çağır” şou. Adına uyğun olaraq ağız deyəni qulaq eşitmir, elə hamı çalır – çağırır. Aparıcının kimdən xoşu gəlir ona tərif yağdırır, kimi də gözü götürmür o adamın sözü ağzında qalır. Efirin də öz qayda- qanunu var. Aktrisanın öz işi, aparıcının, jurnalistin də öz işi var. Bunları bir-birinə qatanda elə olur ATV kanalının məşhur bir ifadəsi kimi: “bozbaş”.
Ümumiyyətlə bu kanal bir növ bəzi müğənni tayfasını dolayı yolla təhqir edir. Müxtəlif “samballı” verilişlərinə dəvət etdiyi qonaqları hər vəchlə ələ salmaqdan çəkinmir. Belə müğənnilər raskrutka olunmaq naminə təhqiri də qəbul edirlər. Daha düşünmürlər ki, el içində nə deyərlər?!
El içində dedim yadıma elə “El içində” düşdü. Elə populyarlıq olsun səviyyə olmasa da olar deyib Elçin bəy verilişi qalmaqallı bazar meydanına çevirir. Sonra da kənardan durub bir- birini təhqir edənlərə tamaşa edir. Əsas odur ki, “gündəmdə” olasan!
Deyirəm, şadlıq evlərinin sayı çoxaldıqca müğənnilərin də sayı artır. Hər müğənniyə bir şadlıq evi düşür. Məsələ burasındadır ki, gərək özünü reklam edib toy tutasan. İndi bu, o qədər də çətin deyil. Bu meydan, bu da sən göstər məharətini, desinlər əhsən! Bəs “Toylar kralı” nə günə durur. Get həm toy tut, həm qazan, həm də məşhur ol da! İstedad sizdən sms bizdən. Xalq seçir pərdəsi altında ciblər dolur.
Günü – gündən verilişlərin sayı artsa da səviyyəsiz verilişlər aradan qalxmır ki, qalxmır. Çünki onlar tele “inci” statusu alıblar. Bir növ efirimizin gözmuncuqlarıdırlar.
Onu da qeyd edək ki, bu “incilər”dən efir məkanımızda bəs qədərdi. O qədərdi ki, sarmaşıq kimi efiri bürüyüblər. Bu sarmaşıqlardan yaxa qurtarmağımıza isə zaman var. Nə qədər ki, bizim millət belə verilişləri acgözlüklə qarşılayır, belə olan təqdirdə o zaman bizim efir məkanına hələ çox uzaqdır.
Öz növbəsində problem problem olaraq qalmaqdadır. O gün əcaib bir yuxu gördüm: elə bil şou kanalları Qarabağa səyahət etmişdi. Vallah yuxuma elə inanmağım gəldi ki…
P.S. Gələn səfər dörd yerə parçalanmış, cilik – cilik mətbuatımızdan danışacağam.
GULER XANIM MARAQLI MOVZUYA TOXUNMUSUNUZ. HEQIQETEN DE BIZDE BU TIPLI VERILISHLER COXDUR. BUNLAR BIR NOV ACI BAGIRSAGI XATIRLADIRLAR UZANDIQCA UZANIB BUTUN EFIR MEKANIMIZI EHATE EDIBLER. ELE YAXSHI AD DA QOYMUSUZ TELE INCILER. BU TIPLI VERILIWLER BIZIM AYNAMIZDIR, BIZI EKS ETDIRIR. ODUR KI, HELE SARMASHIQ INKISHAF EDECEK, TAMAMILE MEHV OLMASINI GOZLEMEK ABSURT OLARDI!
O ki,qaldi “Toylar krali” veriliwine bu tipli veriliwler bizim seviyyemizi gosterir de. Ele bize de bu yarawar.
Menim telebe dostumun yazisi ele mence bele ugurlu olmali idi. Qaldi Cal-cagir vallah ele yaxwi movzuya toxunmusan. Olkemizde bawdan-bawa cal-cagirdida. Bu hakimiyyet seviyyesiz veriliwlerle baw-beyinimi apardiqlarina gore men artiq xarici kanallara baxiram.Bizim kanallari pultun duymesinden silmiwem. Sizide bu cur etmeye cagiriram.
Guler xanim yaziniz cox aktualdir.Baxmayaraq ki, defelerle bu movzuda yazilar metbuatda da oz eksini tapib amma tenqidlerden netice cixaran yoxdu.Insallah ki, sizin bu yazinizin ayagi duserli olar.ATV,ANS ve digerleri dusuk verilislerini yigisdirar efirden biz de bir medeni istirahet ederik.