Əsas səhifə > Xəbər > Pulun varsa, kef ele

Pulun varsa, kef ele

     Bu dünyanın çarxı gah nala vurur, gah mıxa. Bir az pulun oldu istədin bu çarxı fırlat sağa, istədin sola, bundan sənə xələl gəlməz, vay kasıbın halına! Bu köhnə dəyirman daşının arasında un kimi üyüdülür.

     Axşamüstü birtəhər avtobusa mindim, elə o yan, bu yan edib oturdum. Özümü təzəcə rahatlamışdım ki, tərslikdən avtobus xarab oldu. Biz sərnişinlər də avtobusdan  düşməli olduq. Elə bu vaxt gözüm bir mənzərəyə sataşdı, mənzərə adlandırmaq olardısa?! Gördüm ki, bir neçə dayı əlində ümummilli neftimiz və kibrit iş başındadırlar. Yox, elə bilməyin ki, onlar zibil, filan yandırırdılar. Ağacları odlayırdılar. Gördüklərimlə razılaşa bilmədim. Yenə də mədəniyyət məsələsini nəzərə alaraq, səsimi çıxarmadım. Ətrafdakılardan xəbər aldım ki, bu dayılar niyə belə edir, tapşırıq haradandı?

Bir yaşlı dayı cavab verdi: “Qızım onlar bu ağa cları yandırıb, məhv edəcək, sonra da yerində şadlıq evi tikəcəklər”.

     Bayaq dünyanın çarxı fırlanırdısa, indi mənim başım fırlandı. Adətən eşitmişik ki, ağacı əkər, onun kölgəsində oturar, havasını qəbul edərlər, yoxsa ki… Görünür cibi dolu, qarnı yumru, boynu yoğun dayılar başa düşmürlər və düşmək istəmirlər ki, o ağaclar məhz, bizim sağlamlığımız, istirahətimiz üçün əkilib.

     Ay qanmazlar tutaq ki, çoxmərtəbəli, kənardan göz oxşayan bir binanı qondardınız ora, adını da zövqünüzə uyğun seçdiniz, sonra da qazandığınız pulları dəstələyib verdiniz “Bank” babanıza ki, möhkəmcə saxlasın. Hə, indi nə olsun? Bircə onu bilirəm ki, çox yemək ziyandır, yemək üçün yox, yaşamaq üçün yemək məsləhətlidir. Birdə ki, dörd nəfərin dünyadan necə köçməsinin şahidi olmuşam. Onların hamısı ağ kəfənə, özü də cibsiz kəfənə bükülüb torpağa qoyulublar. İndi deyirəm cib doldurmaqla deyil ki, onsuz da Həqq dünyasına hamı cibi boş buyuracaq. Elə atalar da yaxşı deyib: “Dilənçinin yaş köynəyi çiynində quruyar”.

Kateqoriyalar: Xəbər
  1. Emilya
    Avqust 3, 2009 tarixində, saat 16:58

    heqiqetende maraqli movzudu muellif ozude bu movzuya hessas yanasib. Bu gun olkemizde her yerinden pul hesabina urekleri isdeyen isle mesqul olullar.odur ki ele yazilan kimi pulun varsa KEHF ELE …………………………………………….:

  2. İyul 30, 2009 tarixində, saat 17:18

    Mence maraqli movzuya toxunmusan. Senin yazilarinin bele gozel alinmasinda NJM-in boyuk rolu var? Qaldi Neqliyyata bu Wexsen menim en agrili yerimdir. Bilirsen men sumqayitda yawayiram. Ve oradan Bakiya gelmek ucun 4 marwrut deyiwirem. Tesevvur edirsende her gun Neqliyyat nazirliyinin unvanina ne qeder iliq? teravetli?xow sozler seslendirirem.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: