BU BİZİK

Heç kəs məni kəmərimdən belə bərk qucaqlamamışdı… Bizim marşurtlar lap adamı təngə gətirir. Elə ki, oraya girirsən insanlar sanki min illik həsrətini çəkirlərmiş.Qucaqlaşma normal haldır, baxır harda, necə kiminlə… Bir də baxır adamına. Tanımadığın biri ilə qucaqlaşmaq bizim milli əxlaqımıza yaddır. Amma ayağını qoyursan bizim marşurtlara tanımadığın adamlarla istəsən də istəməsəndə qucaqlaşmalı olursan. İlk addımdan “mehribanlaşmaq” devizi altında qucaqlaşmağa doğru kiçik hərəkətlər başlayır. Adam özünü lap qəribə hiss edir. Bir neçə dəqiqədən sonra anlayırsan ki, artıq nə telefonundan, nə də pul qabından əsər- əlamət yoxdur. Bu vaxt sürücünün mehribanlaşın səsinə hələ “super salondan” cavab da gəlir: Mehribanlaşa- mehribanlaşa qonşu olduq birazdan qohum olacağıq.
Bu səs- küydən sonra fikrin yenə yönəlir səni o yan bu yana itələyən insanlara. Havanın hərarəti qalır bir yana, basabasın istisi də lap insanı odlayır. Arabir o yan bu yana yüngül hərəkət edib nə isə başa salmaq istəyirsən. Arifə bir işarə bəsdir, bəs qanmayanlara nə edəsən?! Hələ bu qarışıqlıqlardan istifadə edərək telefon nömrəsini güclə sənə eşitdirənlərdən danışmağa dəyməz.
Elə ki, getdiyin məkana çatdın bir zülümdən çıxırsan düşürsən başqa bir zülmə. Avtobusdan düşmə prosesi isə əsl təntənəyə çevirilir. Ya özünlə birlikdə bir neçə adamı da düşürürsən, ya da elə sıxırlar ki, az qala ruhun bədəndən çıxsın. Nəhayət baxıb görürsən küçədəsən. Bir sözlə qonaqpərvər sürücülərimiz səni bir saniyə belə “darıxmağa qoymadan” çatdırırlar ünvana.

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: ,
  1. Ali Resh
    İyul 30, 2009 tarixində, saat 08:42

    as often as u can ! it’s o ur interests. as much as u uptate? u get more visitgors

  2. İyul 30, 2009 tarixində, saat 04:19

    Fun! Just can not figure out how frequently updated blog?.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: