Əsas səhifə > Düşüncə, Sosial > SAXLA DÜŞEN VAR

SAXLA DÜŞEN VAR

Yaşadığımız cəmiyyətdə insanların hərəkət istiqaməti olduqca geniş və əhatəlidir. Müasir texnologiyanın isə bizlərə verdiyi tövhələr göz önündədir. Kimisi işə taksiylə, kimisi avtobusla, kimisi də metroyla getməyə üstünlük verir. Azərbaycanın nəqliyyat infrastrukturu pis deyil, ancaq heç yaxşı da deyil. Səsləndirdiyimiz iddianı əsaslandırmağa çalışaq.
Bu günlərdə Nəqliyyat Nazirliyi ölkəmizə yeni iritutumlu avtobuslar gətirdi. Bununla da əhalinin gediş gəlişində problemlər özünü biruzə verməyə başladı. Əgər kiçik tutumlu avtobuslar hər iki dəqiqədənbir hərəkət edirdisə, iritutumlu avtobuslar 4-5 dəqiqədənbir hərəkət edir. Bu şərait isə insanların narazıçılıqlarına səbəb olur. Belə olan təqdirdə isə əslində sərnişinlərin rahatlığını artırmaq üçün nəzərdə tutulan avtobuslarda köhnə qayda qanunlar hələ də hökm sürməkdədir. Bura dayanacaqdan kənarda saxlamaq, qədərindən çox sərnişin toplamaq, stop düyməsi olduğu halda ona əhəmiyyət verməmək ve lazımı ünvandan xeyli kənarda saxlamaq adətləri daxildir.
Bu gün səs həqiqətən bir çoxlarına lazımdır. Səsin var qurtardı, qabağa gedəcəksən. İstər şoubiznes aləmində, istərsə də avtobusda. Amma bu səs o səsdən olmamalıdı. Daha sərt və daha qaba olmalıdır ki, fil qulağında yatan və stop düyməsinə baxmağa ərinən sürücü bu səsi asanlıqla eşitsin. Nəzərə alsaq ki, yayın istisi və iritutumlu avtobus. Onda bu işin insanlardan nə qədər zəhmət tələb etdiyini düşünmək o qədər də çətin olmaz. Bir də ki, an məsələsi var. O anı tutdun tutdun, tutmadın bu istidə bir dayanacaq geriyə qayıtmalı olacaqsan. Hələ bir nə isə demək istəsən sürücü səni borclu da çıxaracaq ki, vaxtında qışqırardın de. Ay rəhmətliyin oğlu stop düyməsini basdım axı. O nə üçündü bəs deyəndə deyir xoşun gəlmir minmə də.
Hətta bizim marşurt sürücülərimiz maşallah, “Formula – 1” pilotları olan Şumaxer və Alonsodan heç də geri qalmırlar, əksinə bizim sürücülər əyləşdikləri avtobusları Ferrari, Bakının küçələrini isə Dakar meydanı ilə səhv salırlar. İnsan həyatına cavabdeh olan sürücülərimiz buna çox laqeydcəsinə yanaşırlar. Hətta, avtobusun sürət həddini artıran sürücüyə sərnişinin etirazı sürücü tərəfindən çox absurt şəkildə etirazla qarşılanır. Yuxarıda da qeyd etdiyimiz kimi “Xoşun gəlmir minmə, taksiylə get və yaxud başqa marşurta min” Gülməlidir! Elə deyilmi? Burada da konkret sual meydana çıxır: Cənab sürücü bu avtobus sənin şəxsi dədə malındı? Əlbəttə ki, yox! Dövlətin vətəndaşları üçün təyin etdiyi ictimai xidmət növüdür. Sürücününsə borcu sərnişinlərə layiqli şəkildə xidmət etməkdir. Buna isə hələ zaman gərəkdir. Çünki millətimizin öz hüquqlarını bilmədikləri təqdirdə, Azərbaycan reallıqlarını və yazılmamış qanunlarımızı nəzərə alsaq bu yaxın gələcəkdə mümkün olası iş deyil.
Odur ki, “saxla düşən var”. Çünki bizim avtobuslara miniləsi deyil.

Kateqoriyalar: Düşüncə, Sosial Etiketlər: , , , , ,
  1. Gülər
    İyul 26, 2009 tarixində, saat 09:36

    Sürücülerin neye göre üreyiyumyşaq olduqlarını anlamaq çetin deyil. Çünki bu onlara serf edir. sernişinin dediyi yerde eger saxlıayirsinizsa, etiraz etmirsinizse bunun gunahi sizdedi. Siz SÜRÜCÜLERDE. Çünki dayanacaq olmayan yerde sernişin götürürsünüzse mecbursunuz dediyi yerde de saxlayasiniz. Bunun üreyiyumuşaqlığa heç bir aidiyyati yoxdu. Adama demezlermi ki, dünen burda saxladiniz, bes indi düşmek isteyende niye saxlamirsiz? Marqli felsefedi!

  2. İyul 26, 2009 tarixində, saat 01:56

    Yo, Ferrarini Dakar meydanında sürmürlər. Dakara gedən yol, səhradan keçir, meydan deyil. Şəhər içindən keçən F1 trassı Monakodadı, ən maraqlı traslardan sayılır=)

    Bilirsiz, bizim sərnişinlər çox pis öyrəşiblər. Ürəyiyumşağıq da, qəlblərin qırmayıb, harda gəldi saxlayırıq. Onlar hətta ən böyük avtobusdan belə 2 dəqiqə intervalla işləməyi tələb edirlər. Bizdə axı gözləmək mədəniyyəti yoxdu! Avtobusların gecikməsinin səbəbi də sərnişinlərdi, harda gəldi saxlasa əlbəttə bu gecikəcəy, ay rəhmətliyin nəvəsi. Əşşşşşiiii, yoxe svetaforu keçib “astanoFka”ya çatmamış saxlamalısan, payızda yağan yağışlardan sonra revmatizmamın ağrısı artıb, indi çox gəzə bilmirəm. Evdə çayı da qabağıma gətirirlər. amma zibilə qalsın, payız yağışlarına görə evin divarlarını da nəmişlik tutub, yenə dizlərim gizildiyir. Elə ona görə də saxla dedimsə, deməli, saxlaaaaaaaa…!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: