Əsas səhifə > Kitab, Mədəniyyət > Dəyişən Başlar-səkkizinci hissə

Dəyişən Başlar-səkkizinci hissə

Tomas Man

Hind əfsanəsi

VIII hissə

Gözəl Sita bundan sonra bir şey demədən yerindən sıçradı və paltarının imkan verdiyi qədər sürətlə ananın evinə tərəf qaçdı. Yığıncaq salonuyla kəmərli salona keçərək müqəddəs qucağa çatdı və tanriçanın qorxunc təsviri qarşısında təyin olunan tapşırığı böyük səylə yerinə yetirməyə başladı. Başlarla bədənlər arasındakı cazibə qüvvəsi, Devinin dediyi qədər güclü deyildi. Doğrusu bu güc hiss olunan dərəcədə idi, amma qanın şappıldayaraq yenidən damarlara dönməyinə əngəl ola biləcək qədər güclü deyildi. Şübhəsiz bu müddət ərzində Sitanın bir xoş sonluq bağırtısı ilə, həm də üç dəfə ilahi adı çağıraraq qılıncla onu müqəddəsləşdirməsi, lazımı təsiri göstərmişdi. Kəsilən başları yenidən yapışmış başlar və kəsik yerləri belə bəlli olmayan iki gənc indi önündə durur, ona və öz bədənlərinə baxırdılar, daha doğrusu bunu eləmək üçün bir-birilərinin bədəninə baxmaq məcburiyyətində idilər. Çünki bədən quruluşları bunu tələb edirdilər.

Sita sən neynədin? Və ya nə oldu? Ya da tələsik davranım deyə nələrə səbəb oldun? Qısası (olmaqla etmək arasında axıcı sərhəddi layiq olduğu şəkildə müəyyən edəcək bir sual şəklində) sənə nə oldu? Bu işi görərkən duyduğun coşğuyu anlamaq mümkündür, amma gözünü bir az da aça bilməzdin? Xeyir, dəliqanlıların başları, üzləri, kürəkləri düzgün tərəfə taxmadın – xeyir belə səhv eləmədin. Amma bunu deməliyəm ki, adı istəyir məhv olmaq, bəxtsizlik, ya da yanlışlıq, ya da üçünüzün də istədiyi hər hansı başqa bir şey olsun, bu çaşdırıcı işin həqiqəti, birnin başını digərinin bədəninə uyğun müqəddəsləşdirməyindir. Çünki əgər ana orqan əskik olan gövdəyə Şridaman demək və Başsız Nandanı da Nanda saymaq mümkündüsə Nandanın başını Şridamana qoydun və beləcə onların əvvəlki vəziyyətləri ilə ərin və dostun formasına deyil, fərqli bir vəziyyətə qoydun. Xalqa xas başı olanı Nanda sayıb, Nandanı, Şridamanın zərif və yağlı bədənini örtən köynək və şalvara bənzər peştamalla, Şridamanı da əgər yumşaq izahlı başı daşıyan bədənə belə demək yerində olarsa Nandanın formalı ayaqlarının və qatır muncuqlarından boyunbağının əhatə etdiyi  “Xoşbəxtlik danası” telli əsmər gövdəsinin üstündə gördük.

Tələsgənliyindən necə bir yanlışlıq oldu? Qurbanlar yaşayırlar, amma dəyişdirilmiş olaraq, yəni ərinin bədəni dostunun başına, dostunun bədəni ərinin başına qoyulmuş olaraq. Bu vəziyyət qarşısında üçünün bağırtısı ilə qayalıq məbədin inləməsi təbii idi. Nanda başlı vaxtilə Şridamanın soylu başının altında bir hissə şəklində olan amma indi özündə yapışıq olan bu bədəni əlləriylə yoxlayırdı, yəni (başına nisbətən) Şridaman olanı da vaxtilə Nandanın sevimli başıyla birlikdə olduğu vaxtlar ana hissə sayılan bədəni təəccüblə incələyirdi. Bu nizamsızlığı yaradan qadına gəlincə, yalvarıb-yaxarmaq və üzr istənilən günahlandırmalarıyla birindən o birinə qaçır, onların boynuna sarılır, ayaqlarına düşüb gah gülərək, gah da hıçqıraraq başına gələnləri və etdiyi səhvi etiraf edirdi.

– Əgər mümkündüsə məni bağışlayın, dedi. Sonra: Sən də məni bağışla sevgili Şridaman, deyərkən-xüsusilə onun başına baxaraq ona bağlı olan Nanda bədənini xüsusilə görməməzliyə vurdu, sən də məni bağışla Nanda, deyərkən də onun başına səsləndi, bu başın önəmsizliyinin qarşılığında  sanki o təməlimiş kimi də altına bağlı olan  Şridamanın bədəni adi bir hissə imiş kimi davrandı. – Ah, bundan əvvəl tutduğunuz əməlin məndə pərişanlığı və özümü boğmaq ərəfəsində olduğum bir vaxtda tanriçanın göy gurultusunu xatırladan səsini eşitdiyimi düşünsəniz, buyruqlarını yerinə yetirərkən şüuruma və mühakimə qabiliyyətimə malik olmaqdan çox uzaq olduğumu anlayaraq məni bağışlamalısınız. Gözlərim bulanırdı, kimin başıyla kimin bədəninə əl vurduğumu naməlum şəkildə hiss edir, başı doğru yapışdırmağı şansa həvalə etdim. Vəziyyət həm doğruya rast gəldiyimi, həm də əksini sübut edəcək şəkildə idi, beləcə bu iş öz-özlüyündə baş verdi, siz də buna razı oldunuz, çünki madam başlarla bədənlər arasındakı cazibə qüvvəsi hiss ediləcək dərəcədəydi, bu cazibənin tam dəyər olub-olmadığını başqa cür bərabərləşdirdiyi halda daha üstün oluna biləcəyini mən hardan bilərdim. Günahın bir hissəsi də əlçatmaz tanriçadadır. Çünki o başları yeləşdirərkən üzləri peysərə tərəf olmamasına fikir verməyimi tapşırdı, amma əsirgəyən xatun mənim etdiyim şəkildə səhv də ola biləcəyini düşünmədi. Deyin, yenidən bu şəkildə can tapdığınız  üçün pərişansınız və mənə sonsuzluğa qədər məni lənətləyəcəksinizmi? O halda bayıra çıxıb əzəli tanriçanın məni etməkdən saxladığını siz başa çatdırın. Yoxsa məni bağışlayacaq və kor təsadüfün üçümüzün arasında daha yaxşı bir həyatın mümkün olacağına inanırsınız? Yəni bu qədər ağrılı bir nəticəsi olan və insan ölçülərinə görə yenə də eyni formada nəticələnməsi mümkün olan əvvəlki haldan daha yaxşıdır demək ki, stəyirəm. Ey güclü Şridaman cavab ver. Sən də de soylu yaradılışlı Nanda.

Dəyişən iki gənc bağışlamaqda bir-biriylə yarışırmış kimi qadını yenə bir-birinin olan qollarıyla yerdən qaldırdılar və üçü də gülüb-ağlayaraq can bir qucaqlaşıb dayanarkən, iki şey aydınlaşdı. Bunlardan birincisi, Sitanın yenidən can qazananlara başlarını əsas götürərək səslənməklə düzgün-doğru addım atırdı, çünki əsas  olan başlar idi və şəxsiyət ilə mülkiyyət hisslərini heç şübhəsiz bunlar təyin edirdi. Nanda dar və açıq rəngli çiyinlərinin üstündə Garga oğlunun xalqa xas başını daşıyan bədəni, Şridaman da görkəmli əsmər ciyinləri üstündə Brahman nəvəsinin başını özününkü hesab edirdi. İkinci həqiqət də, hər ikisinin etdiyi səhv səbəbindən Sitaya hirslənməyib yeni formaları səbəbiylə son dərəcə məmnun olmaları idi. Şridman:

– Əgər Nanda bədənindən utanmır və məni kədərləndirəcək qəmginliklə Krişnanın talelərini axtarmırsa – öz payıma dünyanın ən xoşbəxt kişisi olduğumu deyə bilərəm. Həmişə bu cür cüssəli olmaq istərdim və indi qollarımın əzələlərini yoxladığım, çiyinlərimə və görkəmli ayaqlarıma baxanda cilovlana bilməz bir sevinc duyur və öz-özümə bundan sonra əvvəllər gözəlliyimə güvəndiyim, sonra da ruhumun istəklərinə bədənimin quruluşu bir-birinə uyğun gələrək ağacın altında mərasimlərin sadələşdirilməsindən inəklərin “Rəngli Təpə” ətrafında dolanmasından yana danışanda bundan heç bir uyğunsuzluk olmayacağını düşünürəm: çünki, bu mənə yaraşacaq və yad olan şey mənim olacaq. Sevgili dostlarım, şübhəsiz yad olan bir  şeyin mənim sayılması və bundan belə istənilən və heyranlıq oyadan bir şey olmaqdan çıxması və İndra bayramı yerinə Dağ mərasimini nəsihətləməklə başqalarına deyil, özümə xidmət etmiş olmağımda kədər verən bir şey var. Amma bu duyğu səni düşündükcə tamamilə geriyə atılır, ey mənim özümdən daha çox sevdiyim şirin Sitam, mənim yeni yaradılışımdan sənin üçün doğacaq olan və məni daha indidən tərifsiz bir qürurla xoşbəxt edən xeyirləri düşündükcə bütün bu fövqəladəliyə qısa, qoy olsun, deməyim gəlir.

Dostunun son sözləri ilə gözlərini yerə endirən Nanda:

– Doğru danışaq qaydalarına görə elə deyə bilər və çox üzün müddət mənim olduqlarına görə indi sənin olmalarını qısqanmadığım kəndli bədəninin dilinə təsir etməsinə icazə verməyə bilərdin. Sita, mən də sənə incik deyiləm və bu da fövqəladə hadisəyə olsun deyərəm. Çünki hər zaman belə, indi sahib olduğum kimi zərif bir bədənimin olmağını istəyirdim. Gələcəkdə sadələşdirmə hadisələrinə qarşı İndranın dini mərasimini müdafiə edərkən bu vəziyyəti üzümə, daha doğrusu Şridaman üçün detal olan, amma mənim üçün təməl olan bədənimə daha çox uyğun gələcək. Sənin birləşdirdiyin başlarla bədənlər arasında bu qədər güclü bir cazibə olmasına bir an belə təəcüblənmərəm. Sita, çünki, Şridamanla məni bağlayan və olub bitən şeylər səbəbiylə pozulmaması dilədiyim dostluq bu cazibə gücündən doğurdu. Yalnız onu deyim ki, mənim yazıq başım onun qismətinə düşən bədən üçün düşünmədən və haqqlarını duymamaqdan qala bilmirəm, bu səbəbdən Şridamanın bir az əvvəl Sitanın gələcəkdəki evlilik həyatıyla əlaqəli olaraq söylədiyi qəti bir neçə sözü təəccüb və kədərlə dinlədim. Bu, mənim başıma girmir və məncə ortada qəti bir həqiqət deyil, nəhəng bir sual var və mənim başım bu sualı sənin başından fərqli cavablayır.

Sita və Şridaman ikisi də birdən “Necə?” deyə bağırdılar.

İncə bədənli dost:

– Necəmi, dedi. Bunu necə soruşa bilirsiniz? Məncə təməl olan bədənimdir. Evlilikdə təməl olan vücutdur: çünki, uşaqlar başla deyil, bədənlə əmələ gətirilir. Sitanın bağrında daşıdığı meyvənin atası olmadığımı iddia edən adamı görmək istərdim.

Şridaman güclü narazılıqla qımıldadarkən:

– Ağlını başına yığ, dedi. Özünə gəl, sən Nandasan, yoxsa başqası?

O biri: “Mən Nandayam” dedi. Amma necə ərin bədəni olan bu bədənin mənim olduğu bir həqiqətdirsə, hər yanı gözəl olan Sitanın da mənim arvadım və meyvəsinin də mənim olduğu bir həqiqətdir.

Şridaman yüngül titrək səsiylə:

– Həqiqətənmi, dedin. Belə? Sənin indiki bədənin mənim malım olaraq Sitanın yanında dincəldiyi zamanlar mən bu iddianı edə bilməzdim. Çünki, sonsuz bir kədərlə mırıltılarından anladığıma görə qucaqladığı o deyil, indi mənim dediyim bədən idi. Dostum, bu acı şeylərə toxunaraq məni bunlardan danışmaq məcburiyyətində qoymağın sənə yaraşmır. Bu halda necə olur ki başını, daha doğrusu bədənini irəli çəkib, mənimsən, sənin də mən olduğumu iddia edirsən?  Bu aydındır ki, əgər belə bir səhv mövcud olsa sən Şridaman, yəni Sitanın əri, mən də Nanda olsaydım, bu halda, bir səhvlik olmazdı, hər şey əvvəlki vəziyyətində qalardı. Təməl olan, xoşbəxt möcüzəvi Sitanın əlləriylə başlarımızı və bədənlərimizi dəyişdirməsi və təməl hissə olan başlarımızı sevindirən bu səhv gözəl ombalı Sitanı xoşbəxt etməsidir. Amma sən, ərlikdə bədənin təməl olduğunda dirəşərək və özünü onun əri olmaq istəməklə mənə də dostluq rolunu verirsən, pis eqoistlik hissləri ilə davranmış olursan, çünki belə etməklə yalnız özünü şübhəli haqqını düşünüb, amma Sitanın xoşbəxtliyinə və bu səhv səbəbiylə doğacaq olan xeyirlərə önəm vermiş olursan.

Nanda acı bir nəql ilə:

– Səni bu qədər qürurlandıran bu xeyirlər eyni vaxtda sənin eqoistliyini də ortaya qoyur. Məni səhv başa düşməyinin də səbəbi budur. Çünki həqiqətdə mən təməl olaraq payıma düşən ər bədənini deyil, sənin də ölçü olaraq qəbul elədiyin və məni bu zərif bədənlə də Nanda edən başımı götürürəm. Haqsız yerə sanki mənim də sənin qədər Sitanın xoşbəxtliyini və xeyrini düşünmədiyimi iddia edirsən. Son vaxtlarda eşitməkdən və oxşar bir səslə cavab verməkdən qorxduğum şirin və ahəngdar səsiylə danışdığı zaman üzümə baxırdı. Gözləriylə gözlərimə baxaraq içindəkiləri oxumağa çalışır və mənə “Nanda, sevgili Nanda” deyirdi. O vaxtlar bu sözlər mənə lazımsız bir artıqlıq kimi görünmüşdü, amma indi başa düşürəm ki, bu lazımsız deyil, əksinə çox vacib bir şey idi. Çünki bu izahla, onsuz da adıma layiq olmayan və sənin malın olduğu halda yenə də sənin Şridaman olmağına əngəl olmayan bədənimi demək istəmirdim. Mən ona cavab vermədim, vermədiyim zaman da onun kimi ahəngdar və titrək səslə danışmaq məcburiyyətində qalmamaq üçün ən vacib şeyləri dedim, onu adıyla çağırmadım, üçündəkilər oxunmasın deyə gözlərimi önümə çevirdiç. Bütün bunlar sənə olan dostluğumun və ərlik haqqına qarşı hiss etdiyim hörmətə görə elədim. Amma madam indi gözlərinə  o qdərə də dərin və sorucu baxışlarla baxdığı Nanda, sevgili Nanda dediyi başa, Nandanın başına ərinin bədəni qismət oldu, elə isə vəziyyət tamamilə məndən  və Sitadan yana dəyişib. Hər şeydən əvvəl xüsusilə ondan yana. Çünki onun xoşbəxtliyi və məmnunluğunu hər şeydən üstün tutmuş olsaq, bunu mənim indiki halımdan daha tam və saf şəkildə təmin edəcək bir imkan yoxdur.

Şridaman:

– Xeyir, dedi. Səndən belə  hərəkət gözləməzdim. Sənin mənim əvvəlki bədənimdən utanacağından qorxmuşdum, halbuki əvvəlki bədənim sənin başından utansa yerinə düşərdi. İşinə yarayan formada gah başa, gah da bədəni evlilikdə əsas qəbul edərək elə ziddiyətlərə düşürsən. Sən daim təvazökar bir gənc idin. Halbuki yetkin imkanların, yəni xoşbəxtlik və məmnunluq verici imkanların məndə olduğu ortada ikən, indi birdən-birə özünə vurğunluğun ən üstün nöqtəyə dırmaşıb, öz vəziyyətinin dünyada Sitanın xoşbəxtliyini təmin edəcək ən əskiksiz şey olduğunu iddia edirsən. Amma artıq danışmağın mənası yoxdur. Sita burdadı. Kimin olduğunu o desin, öz xoşbəxtliyinin hakimi özü olsun.

Sita çaşqın bir vəziyyətdə gah birinə, gah da o birinə baxırdı. Sonra üzünü əlləriylə örtərək ağlamağa başladı.

Hıçqıraraq:

– Əlimdən gəlmir, məni seçməyə məcbur eləməyin, yalvarıram, mən yazıq qadınam, bu mənim üçün çox çətin işdi. Əvvəlcə asan kimi görünmüşdü, hər nə qədər etdiyim səhvdən utandımsa da, sizi xoşbəxt görəndə mən də sevinmişdim. Amma sözlərinin beynimi keyitdi, ürəyimi parçaladı, indi bir parçası birinizin, digər parçası da o birinin tərəfini tutur. Hər nə qədər evə ancaq sənin üzünü daşıyan bir ərlə dönə biləcəyimi düşünməsən də, sözlərində həqiqət payı var əziz Şridamanım. Amma Nandanın fikirlərindən bir hissəsi də daha yaxın görünür və bədənini başsız yatmış görəndə, onu nə qədər mənasız və kədərli gəldiyini yadıma saldıqca vaxtilə ona “Sevgili Nanda” dediyim vaxtlar, bəlkə də ilk öncə onun başını demək istədiyimi düşünürəm. Amma sən məmnunluq, xoşbəxt məmnunluqdan danışanda bu, cavabı çox çətin bir sual olur, sevgili Şridaman, ərimin başımı? Yoxsa bədənimi? Xeyir, mənə əzab verməyin. Sizin davanızı həll etmək və ikinizdən də hansının mənim ərim olduğu haqda bir nəticəyə gəlmək mənim əlimdə deyil.

Uzun bir səssizlikdən sonra Nanda:

– Madam Sita ikimizdən birini seçərək qərar verə bilmir, eləysə qərarı üçüncü bir nəfər, daha doğrusu bir dördüncü adam verməlidir. Bayaq Sita evə ancaq Şridamanın başını daşıyan bir ərlə qayıdacağını deyəndə içimdən, əgər bədəncə əri olan mənimlə xoşbəxtliyinin dincliyinə çata biləcəksə evə dönməz, kimsəsiz meşələrdə yaşayarıq, deyə düşündüm. Çoxdandır ki, mən Sitanın səsi məni dostuma bağlılığımı pozacağı narahatlığına saldığı vaxtlarda neçə dəfə vəhsi meşəliklərin kimsəsizliyinə çəkilərək bir əzabkeş həyatı düşünmüşdüm. Bunun üçün “Kamadamana” adlı nəfsinə hakim olmağı bacarn bir əzabkeşlə tanış olmuşdum və onunla gəzərək birçox müqəddəs adamın yaşadığı Dankaka meşəsindəki tərki-dünya həyatına qoşularaq bu insansız yerlərdə necə yaşanacağını mənə öyrətməyini istəmişdim. Əsil adı Guha idi, amma, özü ilə danışmağa icazə veridiyi nadir insanların onu əzabkeş adı Ramadamana ilə çağırılmasını istəyirdi. Bir neçə ildən bəri Dankaka meşəliyində dinclik və yuyunmaqdan ibarət pəhriziylə yaşamaqda və Sitanın xoşbəxtliyi mövzusunda qərar  verməyini xahiş edək. Əgər razısınızsa, ikimizdən hansımızın ər olduğuna o qərar versin və onun sözünə boyun əyək.

Sita, bəli, bəli, deyə rahat bir nəfəs aldı. Nandanın haqqı var, müqəddəs adama gedək.

Şridaman:

– Ortalıqda içimizdən birinin həll edə bilməyəcəyi və ancaq qıraqdan gələcək bir mühakimə ilə həll olunacaq bir problemin olduğunu gördüyüm üçün mən də təklifi qəbul edirəm. Bu qərarla razılaşdıqdan sonra ananın evindən bayıra çıxaraq hələ aşağıda sel yatağında duran arabalarına qayıtdılar. Burada bir problem ortaya çıxdı, kişilərdən hansı arabanı sürəcəkdi, çünki bu iş həm baş, həm də bədən problemiydi. Dankaka meşəsinə gedən iki günlük yolu Nandanın başı bilirdi, amma bədən quruluşu baxımından qantarğanı Şridaman əlinə almalıydı. Onsuz da Nanda da indiyə kimi bu səbəbdən sürücülük dərsini öz boynuna almışdı. Amma indi Sita ilə birlikdə arabanın içində, arxada oturaraq bu işi Şridamana həvalə elədi.

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: