Əsas səhifə > Düşüncə > Azərbaycanın FM radio məkanı haqqında

Azərbaycanın FM radio məkanı haqqında


Günü gündən inkişaf edən cəmiyyətdə insanların ən çox ehtiyac duyduqları şeylərdən biri də informasiya və maraqlı, ürəkaçan verilişlərdir. Bütün bunlara isə radio və televiziya vasitəsilə nail oluruq. Gəlin qısaca da olsa bu sahədə radiolarımızın fəaliyyətinə nəzər salaq.

XX əsrdə televiziyanın yaranması ilə cəmiyyətimizdə radionun sərhədləri daraldı. Lakin, müasir dövrdə radionun da öz dinləyici auditoriyası var. Sovet rejimi dağıldıqdan sonra ölkəmizdə fəaliyyət göstərən milli radiodan əlavə kommersiya radioları da meydana gəlməyə başladı. Bu sahədə özəl radiolar klassik modeldən uzaqlaşaraq Avropa dəyərlərinə doğru istiqamətləndi. Hər ölkədən bir adət götürən radiolarımız həftəbecər formasında öz fəaliyyət istiqamətini formalaşdırmış oldu. Ölkəmizdə olan özəl radioların proqram siyasətini əsasən sms cəlb edən bayağı verilişlər təşkil edir. Bütün bunların nəticəsidir ki, radiolarımızda mövzu seçimi tərbiyələndirmə, maarifləndirmə deyil, sms gəlir məqsədi güdür. Belə olan təqdirdə isə radiolarımızın nə vəziyyətdə olması yəqin ki, çoxlarına məlumdur.

Azərbaycan radio məkanı bildiyimiz kimi yeni – yeni formalaşmağa başlayıb inkişaf etməyə başlayır. Ancaq bu “yeni yaranmaq” söz birləşməsi kimlərinsə əlində bəhanə olub. Çox təəssüflər olsun ki, Azərbaycandakı özəl radiolar vətən, millət, cəmiyyət üçün faydalı bir institut rolunu oynaya bilmir. Əksinə insanları pozan, onları manqurtlaşdıran mexanizm rolunu məharətlə ifa edir. Öz doğma dilində doğru-dürüst danışa bilməyən, heç bir mədəniyyətin yiyəsi olmayan gənclərə birbaşa efir verilir. Daha düşünən yoxdur ki, 8 milyonluq əhalinin qarşısında çıxış edir. Lakin nə yazıqlar olsun ki, özəl radiolar maarifləndirməkdən, tərbiyələndirməkdən, savadlandırmaqdan başqa hər bir eybəcər işlə məşğul olur. Hansısa adını “DJ” qoyan  aparıcı milləti baltalamaqla məşğuldu. Səbəb aydındır. Məsələn, Azərbaycan dilininin qol-qabırğasını sındırmaq, insanların şəxsi həyatındakı işləri məişətləşdirmək. Bu yaxınlarda “Milli Televiziya və Radio Şurası” “ANS” teleradio şirkətinə töhmət verdi. Səbəb o idi ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan “ANS ÇM 102 FM” radiosunda dinləyicilərə belə bir sual ünvanlanıb: “Pornoqrafik filmlərə baxırsınızmı?” Adam ən azı ÇM abbreviatürasından utanar.

Digər tərəfdən sən cəmiyyəti super inkişaf etmiş ABŞ, Fransa, İtaliya deyilsən axı ki, bu mövzuya müraciət edirsən. Bu cəmiyyətdə səhv alqılana bilər.  Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri N. Məhərrəmli çox gözəl buyurdu: “Təəssüflər olsun ki, tv və radiolarımızın başında Mirşahin kimilər dayanır”.

Vəzifəsi 8 milyonluq xalqa informasiya çatdırmaq, əyləndirmək, maarifləndirmək olan özəl radiolar hər cürə lazımsız yollara əl atırlar. Bu sahədə özbaşınalıq, dərəbəylik hökm sürür. Yuxarıda qeyd etdiyimiz kimi təsadüfi adamlar radiolarımıza ayaq basır, insanların əsəb sistemlərini korlayırlar. Təsəvvür edirsinizmi Azərbaycan dilində danışmağa borclu olan aparıcı, türkiyə türkcəsini, ruscanı, ingiliscəni qarışdıraraq həftəbecər formada dilimizi ağlar günə qoyur. Dilimizə sayğısızlıq var özəl radiolarımızda. Bu üzdəniraq aparıcıların nitq mədəniyyətləri də o qədər ürəkaçan səviyyədə deyil. Rayon, kənd şivəsiylə danışan aparıcılarda az deyil. Xalqın qarşısında məsuliyyətli olmalı olan aparıcılar dinləyicilərin hissləriylə oynayır, hətta onları lağ, gülüş hədəfinə çevirməkdən həzz alırlar. Sual olunur belələrinə qulaq asan gənclikdən nə gözləmək olar? Torpaqları işğal altında olan dinləyicini mənəvi cəhətdən pozmaq, onu mədəni baxımdan aşındırmaq nəyə xidmət edir? Başadüşülən deyil. Birmənalı şəkildə söyləməliyik ki, özəl radilolarda smsdən uzaq nəsə tapmaq Afrika səhrasında aysberq axtarmağa bənzəyir.

Ancaq mənfi nüansların fonunda özəl radiolarımızda az da olsa müsbət hallara rast gəlmək də mümkündür.

“Space” FM də xalq mahnılarımız səsləndirilməsi.

“İctimai” FM də saz musiqisinin incəliklərindən bəhs olunması.

“ANS ÇM”-də hər saat başı xəbərlər verilməsi kimi.

Vəziyyətdən çıxış yolu tapmaq, radiolarımızı inkişaf etdirmək üçün nə etməli? Yenə burada təkrarən bir haşiyə çıxmalıyıq ki, radiolarda iş şəraiti şəffaf olmalı, işçilər, aparıcılar tapşırıqla, rüşvətlə işə götürülməməlidir. Belə olacağı təqdirdə vəziyyət normallaşar. Həm də nəzərə almalıyıq ki, demokratik mühitdə olmalıdı. Çünki müasir jurnalistikanı, KİV-i siyasətsiz təsəvvür etmək çox çətindi. Siyasət olmayan yerdə isə eşitdiyimiz kimi özbaşınalıq, pornoqrafiya, bir sözlə mənəviyyatsızlıq meydana çıxır. Gələn yazımızda isə Azərbaycanın televiziya məkanının təhlilini verəcəyik.

Kateqoriyalar: Düşüncə Etiketlər: , ,
  1. İyul 24, 2013 tarixində, saat 16:29

    Pengidap chicken pox boleh merebakan virus sehingga 48 jam sebelum
    ruam timbul. If symptoms do persist, then, when children with eczema catch Information On Shingles?
    Adding an essential oil such as tea tree can also fight any
    secondary bacterial infections. As the baby
    is kept cool, however the nappy area is particularly prone to heat rash as it
    is the taste of Kanto around Tokyo not that of Kansai around
    Osaka. I believe if you were among those that suffered from
    this disease.

  2. May 3, 2013 tarixində, saat 07:41

    I always spent my half an hour to read this website’s posts daily along with a mug of coffee.

  3. May 3, 2013 tarixində, saat 07:36

    Excellent site you have got here.. It’s hard to find good quality writing like yours these days. I seriously appreciate individuals like you! Take care!!

  4. Aprel 18, 2013 tarixində, saat 09:10

    Remarkable! Its really amazing post, I have got much clear idea about from this piece of writing.

  5. Aprel 18, 2013 tarixində, saat 05:55

    Greetings! Very useful advice within this article! It is the little changes which will
    make the largest changes. Thanks for sharing!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: