Əsas səhifə > Kitab, Mədəniyyət > Dəyişən başlar – yeddinci hissə

Dəyişən başlar – yeddinci hissə

VII hissə

Tomas Man

Hind əfsanəsi

O an ancaq Durga-Devinin, toxunulmazlardan Qalınin, qaranlıq dünyalar anasının səsinə bənzər bir səs, göydən ona səsləndi. Bu qalın, sərt və anacasına, çox danışan bir səs idi.

– Ey axmaq keçi, deyirdi. O dəqiqə də bu işdən imtina edəcəksən? Oğullarımın qanını çuxura tökdürdüyün bəs eləmir, indi də varlığımın gözəl bir nümunəsi olan bədənini, içində böyüyən sevimli, şirin, kiçicik həyat nüvəsiylə birlikdə qarğalara yem olsun deyə asmaq istəyirsən? Ağacımın bəzəyini korlayacaqsan? Yoxsa üstünü görmədiyini və oğluna hamilə qaldığını hiss eləmədin? Əgər qadınlıq baxımından üçə qədər saya bilmirsənsə,  özünü as, amma burda mənim ölkəmdə  yox. Sənin sərsəmliyinə görə dünyada az qala həyat qalmayacak. İnsan həyatını, eşq zövqləri köməyilə yoluxan bir xəstəlik sayan filosofların boşboğazlığıyla qulaqlarım onsuz da yetərincə doludu – bir də sən  dəli arvad, qalxıb mənə oyunlar oynuyursan hə? Ya başını kəndirdən çıxarırsan, ya da silləni  yeyirsən.

Sita:

– Müqəddəs tanriça, dedi. Əlbəttə, baş əyəcəyəm. Sənin göy guruldamasının səsini duyur və buyruğuna əməl edib, ümidsiz cəhdimdən imtina edirəm. Amma bunun qarşılığında onu deyim ki, məni sənin hamilə qoydurduğunu bilirəm. Ancaq övladımın onsuz da bənizi solğun və kor bir şikəst olacağını düşünmüşdüm.

– Lütfən imkan qoy bu işi mənim dərdim olsun. Birincisi, bütün bunlar axmaqca qadın inanclarıdır. Sonra dünyada kor, bənizi solğun və şikəst olanların da olması lazımdır. Yaxşısı budur sən bunu düşünmə, özlərinə görə hər biri dəliqanlı olan oğullarımın  qanlarını niyə tökdüklərini de. Bunu, onların qanlarını qəbul etməkdən məmnun olmadığım üçün deyil, bir müddət daha öz damarlarında qalmağını istədiyim üçün deyirəm. Hə di danış, amma doğrusunu söylə. Bilirsən ki, mən onsuz da hər şeydəm agaham.

– Müqəddəs tanrıça, onlar bir birilərini öldürüb məni ortalıqda tərk etdilər. Mənə görə savaşıb eyni qılıncla bir-birinin başını…

– Axmaqlama, ancaq bir arvad  bu qədər axmaq bir  şey deyə bilər. Onu bil ki, onların hər ikisi də bir-birinin arxasınca kişi kimi bir inancla özlərini mənə qurban verdilər. Amma bunun nə üçün elədilər?

Gözəl Sita ağlamağa başladı:

– Ah, müqəddəs tanriça, günahkar olduğumu bilirəm və etiraf edirəm amma nə edə bilərdim? Bu, qarşısı alına bilməyən elə bir dağıntı idi ki, icazə versən buna alın yazısı deyəcəyəm (bu yerdə bir neçə dəfə hıçqırdı). Kişi nə olduğunu bilməyən və sənin işlərindən bixəbər, ata ocağında dinclik içində aşını yeyən, mənim kimi heç nədən xəbəri olmadan, inadçı, utancaq bir qız üçün bu bir dağıntıdır, ilan zəhəri kimi bir şeydi – sənin o sevincli övladın it üzümü yemiş kimi oldu, o vaxtdan bəri get-gedə dəyişdi və açılan hisslərində günah, dözülməz bir şirinliklə güc qazandı. Əsla bilgisizlikdən başqa bir şey olmayan köhnə şən inatcı, açılmamış halıma dönmək istədiyimi sanma, bu onsuz da heç kimin edə biləcəyi birşey deyil. Bildiyim bir şey var o da, bu köhnə dövrdə kişinin nə demək olduğunu bilmədiyim, onu görmədiyim, onunla maraqlanmadığım, ruhumun ondan və onun gizlilərilə maraqlanmaqdan uzaq olduğu və bu səbəbdən onlarla həyasızca lağ etdiyim və öz yolumda getdiyimdir. Qollarına, ya da ayaqlarına baxdığım hər hansı bir dəliqanlı ürəyimə qarışıq hisslər aşılayıb gözlərimi qızartdımı? Xeyir, bütün bunlar mənim üçün o qədər önəmsiz şeylərdir ki, həyasızlığımı və lağlağa etməyimi  belə qabartmırdı. Çünki hələ ki, açılışmamışdı. “İnəklərin xoşbəxtliyi”ndən gələn  yastı burunlu, qara gözlə, boy–buxunu əksiksiz Nanda adında bir dəliqanlı məni günəş bayramında yellədi də, bu belə qanımı zərrə qədər qaynatmadı. Yalnız sığallayıcı külək mənə istilik vermişdi. Bu qədər. Məni yellədiyi üçün onun burnuna bir çıtma vurmuşdum. Sonra, hər iki tərəfin ana və ataları razılaşdıqdan sonra Şridamanın sağdışı kimi gəldi. Bəlkə hətta o vaxtlar vəziyyət dəyişmişdi, bəlkə də məni ər kimi qucaqlayacaq, amma ortalıqda görünməyən dostu üçün məni istəməyə gəldiyi günlərdə dağıntı kök salmağa başlamışdı. Çünki ortalıqda görünən yalnız o idi.

O, hər zaman yanımda idi. Totdan əvvəl, toy vaxtı, biz ocağın ətrafına dolanarkən  və daha sonralar da. Əlbəttə təkcə gündüzlər yanımızda olurdu, ilk dəfə ilahi cütlük olaraq çiçəklə yatağımızda qarşılaşdığım və toy gecəmizdə kişilik gücü ilə məni açaraq təcrübəsizliyimə son qoyan və köhnə qayğısız lağlağalığımı alaraq məni qadın edən dostu, ərim Şridamanla yatdığımız zamanlar xaric. Bəli, bunları o etmişdi. Axı necə etməsin, sənin oğlun deyildimi, həm eşq birləşməsini elə xoş bir şəkildə soxurdu ki, bundan şikayətlənmək istəmirəm, həm də ey tanriçam mən incə, bilikli başı, saqqalı, gözləri və bədəni yupyumşaq olan  ağamdan və ərimdən qorxmayacaq, onu sevib saymayacaq qədər soysuz deyildim ki. Amma yenə də məni qadın etmək, həyasız soyuqluğumu şirin və meyvəli bir  duyğu ciddiliyinə çevirmək onunmu işi idi, deyə düşünməyə başlamışdım, mənə bütün bunlar onun başına uyğun gəlmirmiş kimi gəlirdi. Evlilik gecələrində əti mənə qarşı hərəkətə gəldikcə hər dəfə də onun yerinə utanır, onun incəliyinin alçaldığını, oyandırılmış olan, mənim üçün də bunun bir alcalış, bir ayıb olduğunu sanırdım.

Ey ölümsüz tanriça, bax olanlar bu cür baş verdi. Məni istəyir azarla, istəyir cəzalandır. Sənin varlığın olan mən, bu qorxunc anda heç bir çəkinmədən düşündüklərimi və etdiklərimi danışıram. Çünki onsuz da sən hər şeyi bilirsən. Eşq həzzi soylu ərim Şridamanın başına uyğun deyildi. Hətta sənin də haqq verəcəyin kimi eşqdə əsas olması gərəkən və indi başından acı bir şəkildə ayrılmış olan bədəninə də uyğun gəlmir və eşq birləşməsini, mənin bütün ürəyimlə bağlayacaq bir şəkildə soxmağı bacarmırdı. Məni həzzə qarşı oyandırır, amma bunu sakitləşdirə bilmirdi. Mənə yazığın gəlsin, ey tanriça. Sənin bu oyandırılmış varlığının həzzi xoşbəxtliyindən və istək həzzindən böyükdür.

Amma gündüzlər. Hətta yatmazdan əvvəl axşamlar da keçi burunlu dostumuz Nandanı görürdüm. Onu yalnız görməklə yetinmir, müqəddəs evliliyin mənə kişiləri araşdırma və sınama mövzusunda öyrətdiklərindən faydalanaraq onu araşdırır və onun eşq birləşməsini nə cür soxacağını və Şridamanın yerinə, onun qədər doğru danışmaqdan uzaq olan bu adamla ilahi qarşılaşmanın necə olacağı sualı düşüncə və xəyallarıma girirdi. O da başqa cür edə bilməzdi, ey alçaq, günahkar, ərinə hörmət duymayan qadın, deyərdim. Bu eyni şeydir və bədəni də sözləri də yalnız  xoş olmaqdan irəli getməyən Nanda, önəmli sayıla biləcək ərin və ağandan artıq nə edə bilər? Amma bunun xeyri olmazdı. Nanda haqqında sual və eşq  həzzinin onun başına və bədəninə nə qədər yaraşacağı, heç bir utana və alçalma duyğusuna ehtiyac qalmayacağı və oyandırılmış duyğularımı sakitləşdirəcək adamın o olduğu düşüncəsi, balığın ağzına ilişən qarmaq kimi ruhuma və ətimə hopur və cüt qırmaqlı olan bu tilovdan xilas olmaq qeyri mümkün idi. Nandanın aralarındakı fərqlilik səbəbilə Şridamandan ayrılmadığı və hər an yanımızda olduğu bir vaxtda onun haqqındakı sualları ruhumdan və ətimdən necə sökə bilərəm? Gündüzlər hər zaman görür, gecələri də Şridamanın yerinə onu düşünürdüm. Onu, sinəsindəki “Xoşbəxtlik danası”, teli və dar ombaları və kiçik arxa tərəfi ilə görəndə (halbuki, mənimki nə qədər böyükdür, Şridamanınkı isə omba baxımından mənimki ilə Nandanınkının arasında idi) özümü itirirdim. Qolu mənə dəysə bədənimdəki tüklər həzzlə tikan-tikan olurdu. Üstündə yeridiyi o alt tərəfi qıllarla örtülü ayaqlarının eşq oyunu zamanı məni necə qıvraq şəkildə tutacağını düşündükcə başım dönür və döşlərim nəmlənirdi. Gündən-günə gözümdə gözəlləşir və mən, vaxtilə yelləncək yellədənim olduğu zamanlar onun varlığını, bədəninə sürtdüyü xardal yağı qoxusunun təsiri altında qalmamış  olan keyliyimə çaş-baş qalırdım. Mənə Gandhar və prensi Citrath kimi insanlıqdan yüksək bir eşq tanrısı gözəlliyilə gənc və göstərişli olaraq, səmavi bəzəklərlə, çiçək çələnglərilə, ətirli və bütün cazibələrlə bəzədilmiş kimi görünürdü. O, Krişna görkəmində yerə enmiş Vişnu idi.

Buna görə gecələr onun yerinə Şridamanın mənə yaxınlaşdığını gördükcə kədərdən solur və məni qucaqlayanın Nanda olduğunu xəyal edə bilmək üçün gözlərimi yumurdum. Amma hərdən – bir bu həzzi mənə verməsini dilədiyim adamın adını pıçıldayanda Şridaman, yumşaq qollarının arasında ikən onu aldatdığımı anlamışdı. Heyf ki, mən yuxuda danışırdım, elə təsəvvür edirəm ki, beləcə yuxuda gördüyüm şeylər, bunları eşitməkdən əzab çəkən qulaqlarına yetişdi. Bunu onun qəmgin halından və mənə yaxınlaşmaqdan əl çəkməsi ilə anladım. Amma Nanda da mənə girişmirdi –m əni istəmədiyinə görə yox, məni istəyirdi, əminəm ki, məni qəti istəyirdi. Amma dostuna qarşı olan qırılmaz bağlılıq bu istəyə qarşı gəlirdi. Həm mən də, inan mənə, ölümsüz ana, mən də elə hesab eləyirəm ki, əgər onun istəyi bir cəhd şəklində olsaydı, mən də ərimin başına qarşı duyduğum hörmətə görə onu rədd edərdim. Amma beləliklə ərsiz qalmışdım və üçümüz də rədd etmə ilə həya sürürdük.

Belə vəziyyətdə ikən, ey dünyalar anası, ana və atama borclu olduğumuz bu səfərə çıxdıq və təsadüf nəticəsində sənin evinə gəldik. Şridaman bir az arabadan enib, yolüstü sənə hörmətini  çatdıracağını söyləmişdi. Amma sənin qurban qəfəsində, vəziyyətin məcburiyyəti ilə bu qorxunc hərəkəti elədi, bədənini hörmətli başından, daha doğrusu çox hörmətli başını bədənindən məhrum edərək məni əzablı dullu vəziyyətinə saldı. Bunu kədərli bir üz döndərmə ilə və günahkar olan mənim yaxşılığım üçün elədi. Çünki ey böyük tanriça, sözümü bağışla, amma o sənin üçün deyil, bundan belə tam həzz içində yaşamalıyam deyə mənimlə dostu üçün özünü qurban verdi. Amma arxasınca gedən Nanda da bu qurbanı qəbul eləmədi və o da başını Krişna bədənindən ayıraraq hər ikisini də dəyərsiz elədi. Beləcə, mən də dəyərsiz, bəli onlardan da dəyərsiz oldum. Mən də dostsuz və ərsiz başı kəsilmişə döndüm. Çöküşümüzün səbəbi, hər halda bundan əvvəlki həyatlarımdan birində  etdiyim günah idi. Amma bütün bunlardan sonra həyatıma son qoymaq istəyişimə sən necə olur ki, təəcüblənirsən?

Tanriça göy gurultusunu xatırladan səsiylə:

– Sən marağını gizlədə bilməyən qazdan başqa bir şey deyilsən, dedi. Marağın səbəbiylə bütün incəlikləri təbii olan Nandanı bu biçimə salmaq gülüncdür. Qolları və ayaqları bu cür olan milyonlarla oğullarım var, halbuki, sən onu Gandharve şahzadəsi eləyirsən. Əslində çox təsirlidir.

Mən ana, ət həzzlərini əslində təsirli hesab edirəm və əksər hallarda bunu şişirtdiklərinə inanıram. Amma hər şeydə bir nizam olmalıdır. Səs birdən-birə sərt və azarlayıcı bir hal almışdı. Mən nizamsızlığın simvoluyam, amma sənə onu deyim ki, xüsusilə buna görə sərt nizam tərəfdarıyam və evlilikdə nizamın pozulmasını qəti yasaqlayıram. Əgər yazığı gəlmə hissinə düşsəm, hər şey alt-üst olardı. Sən, həm burda qarışıqlıq yaradır, həm də tərbiyəsizcə şeylər deyirsən. Çünki oğullarımın qanlarını mənə axıtmaq üçün deyil, sənə görə, o birinin isə birincinin uğrunda özlərini qurban etdiyini deyirsən. Bu necə tərbiyədir?  Görək bir adamın başını kəsdirə bilirsən, boynunu cızmaq yox ha, əməlli-başlı, qurban mərasiminə uyğun formada başını uçurt, həm də sənin Şridamanın kimi oxumuş, eşqdə  belə elə də bacarıqlı olmayan birinə. Görək mənim ilhamlandıracağım həyəcanın verdiyi güc və vəhşilik olmadan bunu edə bilirmi? Sözündə bir parça doğru olub-olmadığını bir yana qoyaraq bu şəkildə danışmağını qadağan edirəm. Bəlkə də burda bu davranışı izaholunmaz edən qarışıq səbəblər olması doğrudur. Çünki oğlum Şridaman özünü yalnız mənim yaxşılığıma qovuşmaq üçün deyil, bəlkə də bilməyərək həqiqətən də sənə görə duyduğu kədər səbəbiylə qurban elədi. Kiçik Nandanın qurbanı olmağına gəlincə, bu birincinin təbii nəticəsi idi. Bu səbəbdən qurbanlarını qəbul edib, qanlarını almaq istəyi duymuram. Əgər bu cüt qurbanı geri verər və hər şeyi əvvəlki halına qaytarsam, sənin də gələcəkdə daha ağıllı davranacağına ümid edə bilərəm?

– Ah müqəddəs tanriça və sevgili ana, deyərək göz yaşları arasında bağırdı Sita. Bu qorxunc hadisəni ortadan qaldırmağı istəyər və edərsənsə, əvvəlki kimi ərim və dostum geri qayıdarsa, sənə həmişə yalvarardım, soylu Şridaman kədərlənməsin deyə sayıqlamarıma belə hakim olardım. Əgər hər şeyi əvvəlki vəziyyətinə qaytarsan, sənə adlandırıla bilməyən şəkildə borc duyardım. Sənin qucağında baş verən şeyləri gördükdən sonra  bundan əvvəlki həyatımızın ancaq bu şəkildə sona yetəcəyi qədər əzab olduğunu aşkar şəkildə anladığım halda, bir daha səfəri daha yaxşı şəkildə nəticələndirmək istəyi ilə səsinin gücünün, dediklərinin gerçəkləşdirməsi necə fövqəladə bir şey olardı.

İlahi səs:

– İstəsəydin, bacarardın, nə deməkdir? Bütün bunların mənim gücüm üçün xırda şeylər olduğuna şübhən yoxdur hər halda. Dünya qurulandan bu yana bu işi çox eləmişəm. Haqqın olmadığı halda sənə və bağrındakı solğun, kor toxuma, içəridəki iki dəliqanlıya da yazığım gəlir. İndi qulaqlarını aç, sənə deyəcəklərimə qulaq as. İndi sarmaşıq ilməyini buraxıb içəri girəcək və sənə görə yaradılan qorxunc səhnəyə, təsvirimin olduğu yerə gedəcəksən. Orada nazlı rolu oynayıb özündən getməyəcək, başları götürüb bədənlərə bitişdirəcəksən. Bu zaman qurban qılıncını üzü aşağı olmaqla kəsik yerlərə sürtərək dua edəcək, hər dəfə də adımı çağıracaqsan – istəyi Durga, ya da Kali deyə, istərsə yalnız Devi deyə, bunun önəmi yoxdu – beləcə dəliqanlılar sapsağlam olarlar. Anladın? Sənin də hiss etdiyin kimi baş və bədən arasında çəkmə gücü cox olmasına qarşı, başların gövdəyə yapışdırma ki, tökülən qan damarlar tərəfində əmiləbilmək üçün vaxt tapsın. Doğrusu bu bir sehir cəldliyi olur, amma nə qədər olmasa bir az vaxta ehtiyac var. Ümid edirəm ki, başları tərsinə goyub gülməli etməzsən.  Başla.  Sabaha qədər gözləsən iş-işdən keçər.

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: