Əsas səhifə > Xəbər > POKA QORİT SVEÇA

POKA QORİT SVEÇA

Yaşasa 42 yaşı tamam olacaqdı. Ancaq qismet olmadı. 38 yaşında Azerbaycan metbuatını boynu bükük qoyub, bizleri terk etdi. Çox heyf!
Onun yeri indi de görünür. O, Azerbaycan metbuatında bir çox yenilikler imza atdı, çəkinmədən, qorxmadan, teqiblərə sine gererek her zaman öz sözünü dedi. Söhbetin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovdan getdiyini anladınız yeqin.
1967- ci ilde Bakıda anadan olan Elmar müsteqil Azerbaycan metbuatında özünemexsus bir iz qoydu, mekteb yaratdı. Nə çetinlikler, zülmler hesabına yaratdı “Monitor”u. O, “Monitor”u Azerbaycan cemiyyetinin aynası etdi. Azerbaycan hakimiyyetini, bir sözle Azerbaycan cemiyyətini olduğu kimi görüb gösterdi, tehlil etdi. Müsteqil metbuat orqanının nece yazıb yaratmasını gösterdi.
“Monitor”da hamıya münasibet eyni idi. İqtidar da müxalifet de “Monitor”da özünün eyri ve düzlüklerini görürdü. Bele olmasa idi merhum prezident Heyder Eliyev nazirlerle yığıncaqların birinde bele söylemezdi: ”Otaqlarınızı axtarsaq “Monitor” çıxar, hamınız “Monitor” oxuyursunuz. Men de Elmarın yazılarını oxuyuram, sizden ferqli hem özüme, hem de size aid olan yazıları oxuyuram.”
“Monitor” Elmarın qelebesi idi. Hemçinin de o Azerbaycan metbuatının qelebesi idi. Jurnala Elmar övladı kimi münasibet besleyirdi. Heqiqeten de övladı idi. Jurnal bütün nöqsanları açıq, konkret ünvanlara yöneldirdi. Düzü bu bir çoxlarının xoşuna gelmedi, bir çoxlarının rahatlığını pozdu və öz çirkin fealiyyətlərini serbest şekilde davam etdirmelerine mane oldu. Odur ki, E.Hüseynov öz fealiyyeti ile bağlı defelerle hede-qorxulara meruz qalmışdı. Onu tez-tez hedeleyir, dövletin birinci şəxsləri barede tenqidi yazılara son qoymağı teleb edirdiler. Hakimiyyet terefindən Elmara qarşı teqibler hele 1996-cı ilde başlamışdı. “Monitor” jurnalında “Azərbaycanlılar 21 əsrin milləti” məqaləsinin dercindən sonra. Hemin ilin yayında mehkeme jurnalı 16 mln. (köhne manatla-müellif ) manat cerimeledi ki, bu da jurnalın maliyye baxımından iflasa uğramasına getirib çıxardı.
Bütün bu hadiseler de Elmar Hüseynovu öz fealiyyetinden çekindirmedi. 2000- ci ilde jurnal ”Monitor Weekly” adı ile yeniden neşre başladı. Növbeti defe jurnal may ayında “Heyder Eliyev mif və reallıq” meqalesine göre hakimiyyet terefinden qapadıldı. Redaksiyanın binası “vergi pozuntularına” göre möhürlendi. Yoxlama zamanı bu sahede heç bir qanun pozuntusuna rast gelinmese de hakimiyyet jurnalın fealiyyetine icaze vermedi. Uzun süren aradan sonra “Monitor” 2002- ci ilde yeniden neşrini berpa etdi və 2005- ci ile qeder neşr olundu. Bu müddət erzinde de Elmar Hüseynov çoxlu teqiblərə meruz qaldı, ona qarşı tezminat davaları ireli sürüldü ve s.
Elmar Hüseynov və onun yaratdığı “Monitor” jurnalı Azerbaycanda azad sözün, müsteqil fikrin ifadesi baxımından yaddaşlarda ebedi yaşayacaq. Lakin bu gün cəmiyyetimizde bu tipli insanlar azlıq təşkil edir. Məhz Elmarı susdurmaq üçün onun qətline ferman veren insanlar özleri de dar düşünceli, aciz insanlardır. Hemçinin bütün bunlar ölkede demokratiyanın olmamasına sübutdur. Bu qetl hadisesi ölkede çoxlarını sarsıtdı. Bir növ jurnalistikanın serhedlerini daraltdı. Bu gün genc jurnalistlerin ekseriyyeti Elmarın başına gelenlerden sarsılaraq, bunun onun da başına gele bileceyine şübhe etmir.
Hətta bir çoxları Elmarın öldürülməsinin hakimiyyetin işi olduğuna da inanırdı.
Qetlin açılması üçün DİN, MTN ve Baş Prokurorluğun emekdaşlarından ibaret emeliyyat-istintaq qrupu yaradıldı. Çox teesüflər olsun ki, qetlin üstü hele de açılmayıb. O reallığı da nezere almaq lazımdır ki, bu gün Azerbaycanda en xırda oğurluq hadisesinin de üstü açıldığı teqdirde bele neheng bir cinayet hadisesinin üstünün açılmaması teesüf doğurur.
Elmar ölmedi çünki o bütün hemkarlarının ve onu sevenlerin qelbinde yaşayır. Elmarın mezarı jurnalıstlerin and yeridi və o mezarda şamlar sönmeden yanır. He bir de ki, üzülmeye deymez. Elmarın meqalesində de olduğu kimi qaranlıq tunelde işıqlar mütleq görünecek. Mütleq haqq, edalet öz yerini tutacaq. Şamlar hele ki, yanır, dünya durduqca yanacaq.

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,
  1. Guler
    Mart 2, 2010 tarixində, saat 13:15

    Ehh daha bir il de kecdi! Amma hele de qatil tapilmadi… Cox teessuf!

  2. İyul 20, 2009 tarixində, saat 15:20

    Evvala size Sumqayit elinden salam olsun deyirem ey menim telebe yoldawim hormetli Guler xanim.
    men ilk defedir ki sizin bele ciddi yazinizi oxuyuram. Buna gorede menim yazdiqlarimi cox tebiiqebul edeceksiniz. Her bir NJM-telebesi kimi seninde bele ugurlu yazini gorende dogrudanda cox sevindim. Qelemin hemiwe iti olsun bacim.
    Sen menim ucun sozun heqiqi menasinda cox agrili bir movzuya toxunmusan. Yaxwi yadima gelir men ilk defe deqiq yadimda deyil amma texminen 2001-ci ilde Ilk defe Monitor jurnalini oxumaga bawlamiwam. oda mu hakimyetin mene bir nerce illiye bexw etdiyi 10-sayli kalonda. o zamanda menimkimi bir cox siyasi feallar haqsiz yere zindana atilmiwdi. Hami colden gelen qezet ve jurnallari cox acgozcesine oxumaqda idiler.Bizim ucun evden gelen en boyuk wey muxalifet qezetleri ve esasda Monitor jurnali idi. orada yazilanlariele acgozcesine oxudum ki indi dilnen izah ede bilmerem. Eh neise…allah elmara rehmet etsin ve onun qanini allah ozu yerde qoymasin menim artiq bendeye hec inamim qalmayib.

  3. EMIR XANCIQAZOV
    İyul 20, 2009 tarixində, saat 14:33

    Meqale insanda xos bir teessurat yaradir. Muellif yazini cox gozel isleyib. Oxuduqca oxumaq isteyir insan. Davami olsa daha maraqli olar. Cox sagolun

  4. Ferqane
    İyul 20, 2009 tarixində, saat 13:00

    Guler heqiqeten de yazin meni tesirlendirdi.Allah elmara rehmet etsin.Bizler hemrey olub Elmar irsini yasatmali ve en layiqli sekilde davam etdirmeliyik.

  5. RAUL SABANOV
    İyul 20, 2009 tarixində, saat 12:59

    Yazi umumilikde insanda Elmar rehmetliyin xos bir portretini canlandirir. Muellif melumatli birine benzeyire ve gorunur Elmar ve onun Monitoru haqqinda derin bilgiye malikdir. Bu meqaleyle bizler gosteririk ki samlar heqiqetende yanir. POKA QORIT SVECA

  6. Gunay Kerimova
    İyul 18, 2009 tarixində, saat 00:09

    Eladır Güler. Allah rehmet etsin Elmara!

  7. nata
    İyul 17, 2009 tarixində, saat 23:43

    Yazib yad etdiyinize gore cox saqolun. Allah Elmara rehmet elesin

  8. İyul 17, 2009 tarixində, saat 08:42

    Allah ona rəhmət eləsin! Dahi insan idi!
    Məndə özümə borc bilib onun xatirəsinə bir mövzu yaratdım!

  9. FERID
    İyul 16, 2009 tarixində, saat 23:12

    Allah Elmara rehmet etsin! Elmari bu eziz gunde yad edib, onun xatiresini eziz tutan insanlara, jurnalistlere, en esasi Guler xanima tesekkurumu bildirirem. Yaziniz eladi. Elmara layiq bir yazidir. Cox sagolun.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: