Əsas səhifə > Xəbər > Emini ve Adnanı nokauta salan hakimiyyət

Emini ve Adnanı nokauta salan hakimiyyət

Həşəmətli Yap hakimiyyəti növbəti repressiv addımını əzələ nümayiş etdirərək atdı və Azərbaycan gəncliyinin yerinin məhbəs olduğunu sübuta yetirdi. Emin Milli və Adnan Hacızadə qəsdən və qərəzli şəkildə həbs olundular. Əcəba niyə bu iki gənc? Sualımızıın cavabıda onların həbsi qədər çox sadədir. 30 apreldə Dövlət Neft Akademiyasındakı qırğında ölən insanların ruhuna hörmət əlaməti olaraq hakimiyyətin boş və mənasız Gül bayramına etiraz edən gənclərə rəhbərlik edən də məhz Emin və Adnangil idilər. Cavab atəşi gec də olsa gəldi. Həmişəki kimi pusquda dayanan hərbi xunta rejimi iyrənc metodları ilə bu iki gənc fəalı həbs etdi. Ən maraqlı açıqlama isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlovdan gəldi:” İyulun 8-də saat 19.30 radələrində “Livan” restoran-barında Emin Abdullayev, Adnan Hacızadə və onların ətrafında olan beş-altı nəfər yeyib-içirmişlər. Onlar hay-küy salıb ictimai qaydanı pozublar, xuliqanlıq ediblər. Digər tərəfdə oturmuş iki nəfər – Babək Hüseynovla Vüsal Məmmədov onları səs-küy salmamağa, asayişi pozmamağa, xuliqanlıq etməməyə, söyüş söyməməyə dəvət ediblər. Deyiblər ki, sizdən başqa da bu barda adam var. Yəni həmin iki nəfər asayişi pozan, xuliqanlıq edən şəxslərin hərəkətlərinin qarşısını almaq istəyib. Vicdanı olan hər kəs belə edərdi. Lakin xuliqanlıq edənlər onları asayişi pozmamağa çağıran iki nəfərə xəsarət yetiriblər. Onların saxlanılması da bununla bağlıdır. Baş verənlər məişət zəminində xuliqanlıq hadisəsidir. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi (221.2) ilə cinayət işi başlanıb. İndi xəsarət alanlar kimlərinsə oğludur deyə hadisəni məqsədli şəkildə siyasiləşdirmək istəyənlər var, amma bu, absurd cəhddir”. Maraqlıdır elə deyilmi? DİN kimi bir qurumun mətbuat xidmətinin rəhbəri vicdandan danışır. Əhsən! Vallah Əhsən! Hacı Məmmədov kimi birisini cəmiyyətin başına bəla edənlər, Mirzə Sakit kimi insanların ciblərinə narkotika atıb tutduranlar, Eynullanı məhkəməyə verənlər, jurnalistləri arvad kimi döyənlər, məzlum insanlardan rüşvət alıb kef edənlər Vicdandan danışırlar. Adamda gərək abır-həya olsunda! Yox ay qardaş əxlaqsız, küçə qadınlarıyla işbirliyi yapan şanlı polisimizdə bu hardadı axı. Polisin media carçısı Adnanın politoloq, Müsavat partiyasının Divan üzvü Hikmət Hacızadənin oğlu olmasına görə hadisənin siyasiləşdirməyin əleyhinə gedir. Qardaşım nə dəxli var e Hikmətin oğludu ya İsanın? Söhbət insan həyatından gedir, söhbət konstitision hüquqları pozulan Azərbaycan vətəndaşından gedir. Bəli o uşaqlar ataları müxalifətçi olduqları üçün, özləri vətəni canlarından çox sevib bu qəddar rejimə müxalif olduqları üçün döyülüb, həbs ediliblər. Daha bəzilərinin övladları kimi klub prezidenti deyillər, Londonda kef çəkmirlər, türkiyəli müğənnilərlə eyş-işrət yaşamırlar. Vətən, millət üçün çarpışırlar cənab polkovnik-leytenant! Adnanın atası Azərbaycanın müstəqilliyi uğrunda çarpışanda siz harada idiniz? Sual edirəm hazıra nazir çıxmağa nə var axi. Bir Azərbaycan vətəndaşı, ən əsası gənci olaraq üzümü Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə tutub səslənirəm:Cənab İ.Əliyev siz prezident seçilməmişdən öncə və indinin özündə də bildirirsiniz ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Gənclərə olan qayğınızda ortadadı. Həmişə gəncləri önə çəkmisiniz. İndi isə vətənin iki gənc cavan ziyalısı günahsız yerə məhbəsə atılıb. Yaxşı olardı ki, bu iki gəncin azadlığa buraxılmasına yardımçı olasınız. Çünki siz hər bir azərbaycanlının prezidentisiniz!
P.S. Bu yaxınlarda qəzetlərdən birində belə yazılmışdı:”Müxalif fikirli insanlara təzyiq etməklə kimlərsə sanki prezident İ.Əliyevə badalaq vururlar”
P.P.S. Nə bilmək olar bəlkə bu da həmin dalğanın tərkib hissəsidi
P.P.P.S Emin və Adnan sıxılmağa dəyməz! Yaxşı siyasətçilərin yolları həbsdən keçir. Özünü tanıyan Azərbaycan gənci sizinlədi!

Kateqoriyalar: Xəbər Etiketlər: ,
  1. İyul 17, 2009 tarixində, saat 09:15

    mən heçnəyə təcüblənmirəm, burda nə istəsən ola bilər

  2. Gülər
    İyul 11, 2009 tarixində, saat 22:20

    Bu gun ölkəmizdə düşünən beyinləri susdurmaq üçün hər yollara əl atılır. Əsasən də gənclərin gözünü qorxutmaq üçün dəridən qabıqdan çıxırlar. Aktual mövzudu. Bu günkü reallıqla səsləşir. Lakin yazıda müəllifin emossiyaları qabarıq özünü biruzə verir və bu heç də yaxşı hal deyil.

  3. Gunay Kerimova
    İyul 11, 2009 tarixində, saat 21:50

    Fərid, elə edirlər ki, digər gənclərin gözü qorxsun, amma düşünmürlər bu, gənclərin daha da fəal olması üçün stimul yaradır.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: