Əsas səhifə > Xəbər > Qaz, “qazan” və qazanc…

Qaz, “qazan” və qazanc…


Cəmiyyət sosial ədalətsizlik məngənəsində sıxılır

07.07.2009. Tarif Şurasının iyunun 30-da keçirilən iclasında ölkənin bugünki sosial-iqtisadi vəziyyətinə baxmayaraq, mavi qazın min kubmetrinin 47,20 manatdan 100 manata qaldırılması ictimaiyyətin ciddi narazılığına səbəb olub. Həqiqətən də bu gün dünyada baş verən iqtisadi proseslər, eləcə də Azərbaycanda zavod və fabriklərin bağlanması əhalinin iqtisadi durumuna ciddi təsir edib. Bu vəziyyətdə hökumət nəinki qazın qiymətini qaldırmalı, əksinə kommunal xidmətlərin xərcini azaltmaq istiqamətində addımlar atması vacib idi. Azadlıq radiosunun saytında yayılan məlumata görə, qonşu ölkələrlə müqayisə etsək görərik ki, qaz ixrac edən Rusiya qazın min kubmetrini öz əhalisinə 77 dollara, Özbəkstan isə 42 dollara satır. Ən ucuz qiymət isə Türkmənistan və İrandadır. Tükmənistanda 15 dollar, İranda isə 20 dollardır. Maraqlıdır, minlərlə insanın işsiz qaldığı bir durumda hökuməti nə vadar edib ki, onsuz da ağ gündə olmayan qara caamatın gününü qara etsin. Belə çıxır ki, hökumət böhranın neft səltənətinə vurduğu zərbəni əhalinin hesabına aradan qaldırmaq istəyir.Yəqin ki, böhranın təsirləri nəticəsində işsiz qalan insanlara hökumətin vurduğu zərbə son olmayacaq.

Təəccüblü olan bir şeydir ki, Azərbaycan qonşu Gürcüstana qazı 180 dollara satdığı halda, öz əhalisinə isə cəmi 60 dollar aşağı satır. Aydındır ki, geopolitk baxımdan Gürcüstan Azərbaycan üçün əhəmiyyət kəsb edir. Ancaq öz əhalisinə satdığı qazın qiyməti ilə Gürcüstana satdığı qazın qiymətinin arasında fərqin bu qədər yaxınlığı da düzgün hesab edilə bilməz.

Tarif Şurasının qərarına görə, qazın qiymətinin qaldırılmasına səbəb əhalinin qazdan istifadə zamanı israfçılq etməsidir. Buradan aydın olur ki, hökumət əhaliyə qazı qənat etmək pinsipinin öyrətməklə yanaşı, eyni zamanda əhaliyə satılan artıq, yəni israf edilən qazı başqa ölkələrə daha baha satmaq məqsəi güdür. Ekspert Qubad İbadoğlu ölkədə belə qərarlar verilən zaman iqtisadi əsaslandırmaların önəmli rol oynamadığını qeyd edib: “Belə qərarlar verilən zaman təşkilatların rentabelliyini artırmaq, onların mənfəətlə işləməsini təmin etmək məqsədi güdülür. Yada salaq ki, dövlət büdcəsində ən çox borcu olan təşkilatlardan biri “Azərenerji”dir. Baxmayaraq ki, ölkədə yığım səviyyəsi kifayət qədər artıb. Eyni zamanda enerjinin qiyməti artaraq dünya bazarı qiymətləri səviyyəsinə qalxıb. Bütün bunlara baxmayaraq sözügedən təşkilatda olan təsərrüfatsızlıq, səmərəsizlik, israfçılıq ona gətirib çıxarıb ki, “Azərenerji”nin, “Azəriqaz”ın maliyyə vəziyyətini qazın qiymətini qaldırmaqla həll etmək istəyirlər”.

Əslində bu gün hökümətin böhran nəticəsində alıcılq qabiliyyəti aşağı düşən vətəndaşlarını fikirləşib addım atmasına ehtiyac var idi. Bu və digər səbəblərdən dolayı da bu gün cəmiyyət sosial ədalətsizlik məngənəsində sıxılır. Əgər Azərbaycan özü qaz ixrac etməsəydi, bəlkə də bu qədər narazılıq olmazdı. Artıq cəmiyyətdə müəyyən nüfuz sahibi olan QHT-lər də bunula bağlı narazlıq edir. Qazın qiymətinə yenidən baxılmasını istəyirlər. Bu azmış kimi, vəziyyətin ürək açan olmadığı bir vaxtda  Metropolitenin rəisi Tağı Əhmədov da uzun illərdir ki, metronun gediş haqqının 5 qəpik olmasından gileylənib. Yəqin ki, bu da metronun gediş haqqının qaldırılması üçün siqnal olacaq…

Şamo Eminov

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: