Əsas səhifə > Kitab > GÜC DƏYİŞİKLİYİ-BİRİNCİ HİSSƏ

GÜC DƏYİŞİKLİYİ-BİRİNCİ HİSSƏ

BİRİNCİ HİSSƏ

GÜCÜN YENİ ANLAYIŞI

Güc  silahın lüləsindən böyüyür.

—MAO Çe-Dun

Money talks.(pul danışır)

—Naməlum şəxs

Bilik özü-üzlüyündə gücdür.

— Frensis Bekon

1

GÜC DƏYİŞİKLİYİ ERASI

Bu kitab 21-ci əsrin astanasındakı güc dəyişikliyi barədədir. O, zorakılıq, sərvət, bilik  və bizim həyatda oynadıqları rolu gözdən keçirir. Həlledici məqamda dünyanın gücə açdığı yollardan xəbər verir.

Düzgün istifadə olunmadığına görə gücün ətrafını saran pis qoxuya baxmayaraq, güc özü-özlüyündə nə yaxşıdır, nə də pis. Bu, hər bir insan münasibətinin qaçılmaz  aspektidir və  o bizim cinsi münasibətlərimiz – səndən tutmuş çalışdığımız işimizə, sürdüyümüz maşına, izlədiyimiz televizora, ümidlərimizə kimi hər şeyə təsir edir.

Bununla yanaşı həyatımızın bütün aspektlərində güc ən az başa düşülən və ən önəmlisidir, əsasən də bizim nəsil üçün. Biz Güc dəyişikliyi dövrünə qədəm qoyuruq. Biz  bir yerdə dünyanı əlində saxlayan gücün dezinteqrasiyası baş verən məqamda yaşayırıq. Tamam fərqli bir  güc formalaşır. Və bu insan cəmiyyətinin hər bir təbəqələrində baş verir.

Ofisdə, supermarketdə, bankda, icra oqranlarında, kilsələrdə, xəstəxanalarda, məktəblərdə və evlərimizdə də gücün köhnə nümunəsi çat verir və yeni naməlum cizgilər qazanır. Tələbə şəhərcikləri Berklidən Romaya  və Taypeyə qədər partlamağa hazır olan bir həyəcanla doludur. Etnik və irqi toqquşmalar artmaqdadır. Biznes sahəsində nəhəng korparasiyaların dağıdılaraq yenidən birləşdirildiyini görürük. Baş İcraedici Direktorun minlərlər işçi ilə birlikdə bayıra atıldığının şahidi oluruq. “Qızıl paraşut” və ya ayrılma paketi və ya kompensasiyalar rəhbər menecerin düşmə şokunu  yüngülləşdirə bilər, amma güc atributları əldən verilir: Korparasiyanın reaktiv təyyarəsini, limuzini, golf kurortlarında konfransları, tam güc sahibi olma hissinin verdiyi hızz əldən verilir.  Güc yalnız korparasiyaların yüksəkliklərində dəyişmir. Ofis meneceri və nəzarətçilər artıq istehsalat sexlərində işçilərin əvvəlki kimi əmrləri kimi kor-koranə yerinə yetirmədiyini aşkar edirlər. Onlar suallar veir və cavab tələb edirlər. Hərbi zabitlər də qoşunlarında eyni şeyi aşkarlayırlar. Polis rəhbərləri də öz polislərində. Müəllimlər, hər gün daha çox olaraq, öz tələbələrində.

Bu köhnə stildəki hakimiyyət və gücün  dağılması global güc dizinteqrasiya edərkən biznesdə və gündəlik həyatda da sürətlənir.

İkinci Dünya Müharibəsindən sonra iki supergüc nəhəng heykəl kimi dünyanı tapdaladı. Hər  birinin müttəfiqləri, peykləri və alqışlayanları var idi. Hər bir o birinə balans yaradırdı, raketə raket, tanka tank, şpiona şpion. Bu gün, əlbəttə, bu balans yox olub.

Nəticə olaraq, millətləri və insanları  naməlum yeni və ya köhnə alianslara və maraqlara aparan sorucu güc vakkumları  dünya sistemindəki “qara dəliklər”artıq açılmaqdadır (məsələn, Şərqi Avropa). Sovet gücünü ani sıxışdırmaları Mərkəzi Asiyada dolmamış vakum yaratdı. Sovetin müştəri dövləti İraq bu boşluğu doldurmağa tələsərək Küveyti işğal edərək Soyuq Müharibə Dövrü sonrası ilk krizisi alovlandırdı.  Güc elə heyranedici dərəcədə dəyişir ki, dünya liderləri daha çox hadisələrin dalğaları tərəfindən yuyulub aparılır, nəinki onları idarə edirlər.

İndi insan sisteminin hər təbəqəsində gücü silkələyən qüvvələrin qarşıdakı illərdə daha intensiv və yayılan olacağına inanmağa güclü səbəb var.

Tektonik plitələrin dəyişilməsi və əzilməsi zəlzələyə səbəb olduğu kimi güc münasibətlərinin kütləvi  şəkildə yenidən strukturlaşması da insan tarixinin ən nadir hadisələrindən olacaq: Gücün təbiətinin inqilabına.

“Güc dəyişikliyi” sadəcə gücü  çevirmir. Bu, onun transformasiyasıdır.

İMPERİYANIN  SONU

Sovet gücünə əsaslanan yarım əsrlik bir imperiyanın 1989-cu ildə anidən Şərqi Avropada qopmasını  bütün dünya qorxu ilə izlədi.  Pas atmış iqtisadiyyatını  canlandırmaq üçün lazım olan qərb texnologiyasından təcrid olunaraq, Sovet İttifaqı özünü demək olar ki, xaotik bir dəyişikliyə qərq etdi.

Ləng və daha az dramatik şəkildə dünyanın digər  supergücü də nisbi enişə getdi. Amerikanın Qlobal gücünü itirməsi barədə o qədər yazılıb ki, burada təkrar etməyə ehtiyac yoxdur.

Hətta daha təəccüblüsü odur ki, bir vaxtlar  dominant olmuş daxili instututlar da güc dəyişikliyinə cəlb olundu.  İyirmi il öncə “General Motors” (GM)  dünya ölkələrinin menecerləri və Vaşinqtondakı siyasi mərkəz tərəfindən dünyanın aparıcı sənaye şirkəti, parlaq model kimi qiymətləndirilirdi.  İndi isə GM-un yüksək vəzifəlisi deyir: “Biz yaşam uğrunda mübarizə aparırıq”. Yaxın illərdə biz GM faktiki dağılışını aydın  görəcəyik.

20 il öncə İBM-in çox az rəqabəti var idi və ABŞ-da qalan bütün dünyadakından çox bilgisayar var idi.  Bu gün bilgisayarın gücü bütün dünyaya yayılıb, ABŞ-ın payı azalır və İBM Yaponiyada NEC, “Hitcahi” və “Fujitsu”, Fransada “Goupe Bull”, Britaniyada “İCL” və bir çox başqa şirkətlərlə rəqabətdədir. Şənayə analitikləri “post-İBM” erası barədə spekulasiyalar edir.

Bütün bunlar xarici rəqabətin nəticəsi deyil. 20 il əvvəl 3 televiziya şəbəkəsi ABC, CBS VƏ NBC Amerika havadalğalarında dominantlıq edirdi. Onlar heç bir xarici rəqibləri yox idi. Bu gün onlar o qədər sıxılır ki, hətta həyatda qalmaları belə mübahisəlidir.

Bir başqa nümünə, 20 il öncə həkimlər Birləşmiş Ştatlarda ağ xalatlı allahlar idi. Xəstələr onların sözünü qanun kimi qəbul edirdilər. Həkimlər  bütün Amerika səhiyyə sisteminə nəzarət edirdilər. Onların siyasi təsiri böyük idi.

Bu gün ziddinə olaraq, Amerikanın həkimləri mühasirədir. Xəstələr onlara etiraz edirlər. Xidmət zamanı qanunsuzluğa görə onları məhkəməyə verirlər. Tibb bacıları cavabdehlik və hörmət tələb edirlər.  Farmasept şirkətlərin hörməti azalır. Və indi  Amerikanın səhiyyə sistemini həkimlər deyil, siğorta şirkətləri , təşkil olunmuş yardım qrupları və hökümət tərəfindən nəzarət edir.

Həmin dövrdə ABŞ  sərhədlərindən kənarda  ən güclü dövlətlərin  daxilindəki ən güclü institut və peşələri   Amerikanın xarici təsirini  itirdiyi 20 illik dövrdə öz  dominantlıqlarını itirdiklərini gördülər. Güc paylaşdırılmasındakı bu nəhəng silkələmənin supergüclərin qocalması xəstəliyi kimi görünsə də başqa bir yerə baxanda bunun əksi sübut olunur.

ABŞ-ın iqtisadi gücü solarkən, Yaponiyanın havaya uçurdu. Amma uğur da həmçinin güc dəyişikliklərinin tətiyi ola bilər. ABŞ -da olduğu kimi, Yaponiyanın ən güclü İkinci Dalğası və ya ən önəmli sənayeləri Üçüncü Dalğa sənayeləri yarandıqca əhəmiyyətini itirdi.  Hətta Yapon iqtisadiyyatının yüksəlişi artdısa da, onun artımına cavabdeh olan institutlar öz güclərinin kəskin aşağı endiyinin şahidi oldular. Birinci hakim Liberal Demokrat Partiyası oldu. İkinci  Beynəlxalq Ticarət və Sənaye Naziliyi(BTSN) oldu, hansı ki Yaponiyanın iqtisadi möcüzəsinin arxasında dayanan beyin mərkəzi olduğu sübut oluna bilər. Üçüncü Yaponiyanın siyasi baxımdan ən çox gücü malik  Keidanren  biznes birliyi oldu.

Bu gün LDP geri çəkilir, onların yaşlı kişi liderləri maliyyə və seksual skandallarla biyabır olub. O, ilk dəfədir ki, əsəbi və artan fəal qadın seçiciləri, istehlakçılar, vergi ödəyiciləri və fermerlərlə üzbəüz qalır. Hansı ki, əvvələr onu dəstəkləyirdi.

1955-ci ilin əvvəlində gücünü qoruyub saxlamaq üçün əsasın kənd seçicilərindən şəhər seçicilərinə dəyişməyə məcbur olacaq və əvəlkindən daha heterogen (müxtəlif çeşidi) əhali ilə iş görməli olacaq. Yaponiya üçün bütün yüksək texnologiyalı ölkələr kimi siyasət səhnəsinə yeni aktyorlarla  kütləvisizləşmiş (de-massified) cəmiyyət gəlir. LDP-in bu üzünmüddətli çevrilişi bacarması mübahisəlidir.  Mübahisə olunmayan isə odur ki, güc LDP-dən  üz döndərib.  BTSN üçün olduğu kimi hətta indi də bir çox Amerika akademik və siyasətçiləri ABŞ-ı BTSN-yə uyğunlaşmağa inandıdır- stil formalaşdırmaqda model kimi. Ancaq bu gün BTSN özlüyündə çətin vəziyyətdədir. Yaponiyanın ən böyük şirkətləri birincisi bürokratların xidmətində oynadılar, həvəslə və ya istəməyərək adətən onun direktivlərini izləyib. Bügün BSTN sürətlə solan güc olduğu halda şirkətlər burunları onun işlərini soxmaq üçün kifayət qədər güclənib.  Yaponiya xaricdə hələ də ən iqtisadi cəhətdən güclüdür, amma daxildə siyasi cəhətdən zəifdir.  Nəhəng iqtisadi çəki titrək siyasi baza üzərində dövrələyir.

Hətta Keidanrenin qüvvəsinin azaldığı da deyilir, hansı ki hələ də sürətlə zəifləyən bacalı sənaye earxiyası dominantlıq edir.

Hətta Yapon ficsal gücünün qorxmazları, Yapon Bankı və Maliyyə Nazirliyi, hansıların ki, nəzarəti yüksək inkişaf  dövründə, neft şoku, səhm bazarının iflası, iyenin qalxması zamanı Yaponiyaya rəhbərlik edirdi, indi iqtisadi stabilliyi pozan bazar qüvvələrinin  turbulentliyi qarşısında özlərini gücsüz hiss edirlər.

Hələ də təəccübləndirici güc dəyişiklikləri Qərbi Avropanın simasını dəyişir.  Bu güc Londan, Paris və Romadan uzaqlaşıb. Belə ki, Şərqi və Qərbi Almaniya iqtisadiyyatı qalanları qabaqladı. Bu gün Şərq kimi Qərbi Almaniya da proqressiv şəkildə iqtisadiyyatını birləşdirir. Bütün Avropa Almaniyanın qitədəki dominantlığından yenidən qorxu duyur.

Özlərini müdafiə etmək üçün Fransa və digər Qərbi Avropa ölkələri Britaniyanı çıxmaq şərti ilə tələsik Avropa cəmiyyətinin siyasi olduğu kimi iqtisadi inteqrasiyasına çalışır. Amm uğurları coxaldıqca onların dövlət gücü Bruseldə qərarlaşmış Avropa cəmiyyətinin damarlarına daha çox axmağa başlayır və hər an  onların suverenliyindən bir az daha qoparır.

Qərbi Avropa ölkələri bir tərəfdə Bon və Berlin, digər tərəfdə Brusel olmaqla sıxışdırılıb. Burada da güc yarandığı mərkəzlərdən uzaqlaşaraq dəyişir. Qlobal və daxili güc dəyişikliklərinin siyahısı sonsuzluğa qədər uzadıla bilər.  Onlar  qısa sülh dövrünü təmsil etdiyi önəmli dəyişiklik sırasını təmsil edir. Əlbəttə bəzi güc dəyişiklikləri bütün dövrlərdə  normal sayılır.

Amma çox nadir hallarda güc dəyişikliyi ayrılıqda, dünyanı əhatə edən dəyişiklikdən kənarda baş verir.  Güc oyununun bütün qaydaları birdən dəyişib təbiətini yenidən qurması tarixin ən nadir hallarındandır.

Bax, bu gün bunlar baş verir.  Bizi fərd və dövlətlər kimi müəyyənləşdirən güc yeni məna qazanır.

Kateqoriyalar: Kitab Etiketlər: , ,
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: