Əsas səhifə > Kitab, Mədəniyyət > Luigi Pirandello – Axmaq (1922)

Luigi Pirandello – Axmaq (1922)

Iştirakçılar

Luka Fazio
Leopoldo Paroni
Səyyar Satıcı
Roza Laveçiya
Birinci Yazar
İkinci Yazar
Üçüncü Yazar
Dördüncü Yazar
Beşinci Yazar

Səhnə, Kostanovada nəşr olunan “Vedetta Republicana” qəzetinin rəhbəri Leopold Paroninin orta səviyyəli iş otağını göstərir. Qəzetin redaksiyası da Respublikaçı Partiyanın bölgə rəhbəri Paroninin evində yerləşir. Təmizliyə az önəm verdiyi üçün hər yerdə köhnə, qırıq əşyalar gözə dağılmış və kir içindədi. Yazı stolunun üstü dağ boyda kağız qalağı ilə doludur, ora-bura atılmış stulların üstündə kitablar,sənədlər yığılıb,hər tərəf qəzetdir, qarmaqarışıq rəflər necə gəldi qoyulmuş kitablarla doludu. Bir tərəfdə köhnə dəri divan, üstü kir pasaq içində, yırtıq-yırtıq, yırtıqlarından içi çıxan bir yastıq gözə çarpır. Giriş qapısı aktyorun solundadı. Səhnənin arxa tərəfində(dibdə) qəzetin  redaksiya heyətinin işlədiyi otağa açılan şüşəli qapı var. Sağdakı isə Paroninin yaşadığı otaqlara açılan qapıdır.

Axşamdır. Pərdə açılanda qaranlıq iş otağı dibdəki salonun buzlu şüşələrindən süzülən işıqla bir az işıqlanır.

Çiyinlərində tünd rəngli bir yun şal, başında günəş eynəyi gözlərinin üstünə enmiş bir səfər papağı olan Luka Fazio, kürəyini yastığa vermiş, ayaqlarını divana uzatmış, tərpənmədən oturmaqda idi.

Şalın altında bir dəri, bir sümük qalmış əllərinin birində yumrulanmış cib dəsmalı var. Onun 26 yaşı var. İş otağı işıqlandıqca seyrək bığları, orda-burda çıxmış saqqalı, sapsarı, ovurdları çökmüş, ölü üzünə oxşar üzü görünmür. Ovcundakı yumrulanmış dəsmalı ara-bir ağzına basaraq sinəsini yırtacaqmış kimi xırıldayan öskürəklə savaşır. İşıq gələn şüşəli qapıdan bir neçə dəqiqə Paroni ilə “Vedetta” yazarlarının qarmaqarışıq bağırtıları eşidilir.

PARONI

(Içəridən)

– Ona kökündən hücum etməliyik deyirəm sizə!
QARIŞIQ SƏSLƏR

– Bəli, bəli, bravo! Hücum etməliyik! – Çox yaxşı! – kökündən! – Xeyir canım! – Elə olmaz!
BİRİNCİ YAZAR

(O birilərdən daha yüksəs səslə)

– Bu ancaq Kappadonanın işinə yarayar!

QARIŞIQ SƏSLƏR

– Doğrudur! Düzdür! – Kral tərəfdarlarına yarayar! – Onu kim deyir? – Yox canım!

PARONI

(Gurlayaraq)

– Heç kim buna inanmaz! Biz öz yolumuzla gedirik! Ona da düşüncələrimizə, prinsiplərimizə görə hücum edirik! Bəsdir daha! İmkan verin yazım!

(Səslik çökür. Luka Fazio tərpənmir. Soldakı giriş qapısı bir az aralanır və bir səs soruşur: “Girmək olar?” Luka Fazio cavab vermir. Səs, bir az sonra, yenidən soruşur: “Gəlmək olar?”  və qətiyyətsizliklə irəliləyir. Qırx yaşını ötmüş Piyemonteli Səyyar Satıcıdır gələn)

SƏYYAR SATICI

– Heç kəs yoxdur?

LUKA

(Tərpənmədən, batıq səslə)

– Ordadılar.
SƏYYAR SATICI

(Səsi eşidəndə diksinir)

– A! Üzr istəyirəm. Mister Paronisiniz, elədir?

LUKA

(Əvvəlki kimi)

– Ordadır! Orda!

(Şüşəli qapını göstərir)

SƏYYAR SATICI

– Girə bilərəm?

LUKA

(bezgin)

– Məndən niyə soruşursunuz! İstəyirsiniz girin.

(Səyyar Satıcı dibdəki qapıya tərəf gedir, amma heç qapıya vurmamış redaksiya otağından yeni səs uğultusu və sanki bunun əks sədası olaraq yaxınlıqdan keçən nümayişçilərin uğultusu gəlir. Səyyar Satıcı gicəllənmiş kimi olub qalır)

QARIŞIQ SƏSLƏR

(Yazı otağından)

– Budur, eşidirsiniz? – Nümayiş!  – Nümayiş !  Alçaqlar! – Kappadonaçılardı!

BİRİNCİ YAZAR

– “Yaşasın Kappadona!” deyə bağırırlar. Mən deməmişdim?

PARONI

(Stola bir yumruq vurub bağırır)

Guido Mazzariniyi öldürmək lazımdır deyirəm sizə! Kappadonanın nə önəmi var?

(Bayırdan yüksələn uğultu, bir anlıq, redaksiya otağındakı bağırtıları örtür.  Qaçaraq keçən nümayişçilər “Yaşasın Kappadona!”, “Rədd olsun Ümumo Müfəttiş!” deyə bağırırlar. Uğultu uzaqlaşından sonra redaksiya otağındakıların bağırtısı eşidilir: “İtlər! İtlər! Kappadona buna görə cavab verəcək! Vətən xainləri!” və birdən-birə, çox hirslənən iki yazar başlarında şapkaları və əllərində çəlikləri şüşəli  qapını açıb, nümayişçilərin arxasınca getmək üçün qapıya tərəf atılırlar)

İKİNCİ YAZAR

(Qaçaraq, hirsindən titrəyərək)

– Alçaqlar! Alçaqlar!

(Çıxır)

ÜÇÜNCÜ YAZAR

(Səyyar Satıcı ilə qarşılaşanda üzünə bağıraraq)

– “Yaşasın Kappadona!” deyə bağırmağa cəsarətləri də çatır!

(Çıxır)

PARONININ SƏSİ

– Gedin, hamınız gedin! Mən yazı yazmaq üçün burda qalıram!

(Şüşəli qapıdan başlarında şapkalarıyla digər üç yazar çıxıb qarmaqarışıq bağırışlarla böyük qapıya doğru atılırlar: “Alçaqlar! İtlər! Satılmışlar!” Biri, Səyyar Satıcının üzünə bağırır yenə: “Yaşasın Kappadona! Başa düşdünüz də?” Hamısı çıxır)

SƏYYAR SATICI

Heç nə başa düşmədim…

(Luka Fazioya)

– Bağışlayın amma, nə baş verir?

(Lukanı güclü öksürək tutur və dəsmalı ağzına sıxır. Səyyar Satıcı ağrıyan, haldan düşmüş, gizlədə bilmədiyi diksintidən bezgin Lukaya baxmaq üçün əyilir)

LUKA

– Tütün qoxurlar, bədbəxtlər! Aralı durun, hava, hava! Hələ bir nəfəs alım!

(Sonra sakit)

– Siz Kostanovalı deyilsiniz?

SƏYYAR SATICI

– Xeyir, burdan keçirdim.

LUKA

– Hamımız keçirik, mister.

SƏYYAR SATICI

– Sangone Kağız Fabrikinin satıcılarındanam. Qazetinizin kağız ehtiyacı mövzusunda Mister Paroni ilə görüşmə istəyirdim.

LUKA

– İndi vəziyətin elə də əlverişli olduğunu düşünmürəm.

SƏYYAR SATICI

– Elədi, hiss elədim. Nümayişdi deyəsən?

LUKA

(Gizli bir məzəylə)

– Seçimlərdən səkkiz ay keçsə də, millət vəkili Guido Mazzariniyə duyduqları hirs heç cür azalmadı.

SƏYYAR SATICI

– Sosyalistdi?

LUKA

– Bilmirəm. Məncə elədir. Burda, Kostanovada hər kəs ona qarşıdır, amma digər seçki məntəqələrindən aldığı səslərlə qalib gəldi.

(İşarə barmağı ve baş barmağıyla “pul var” işarə edirik deyir)

Böyük adamdı. Gördüyünüz kimi, üstəlik hirsi də hələ soyumayıb. Çünki Mazzarini, qisas almaq üçün – açılın, açılın bir az, nə olar, hava ala bilmirəm – Kostanova Bələdiyəsinə Ümumi Müfəttiş göndərtdi. – Təşəkkürlər. – Bir Ümumi müfəttiş: böyük bir şeydi bu.

SƏYYAR SATICI

– Amma “Rədd oldun!” deyə bağırırdılar.

LUKA

– Elədi. Müfəttişi istəmirlər. Kostanova böyük bir qəsəbədir, əziz mister. Kainat bütün varlığıyla onun çevrəsində fırlanır, təsəvvür elə. Pəncərəyə yaxınlaşıb göy üzünə baxın. Ulduzlar nə üçün orda durur, bilirsiniz? Kostanovanı müşahidə etmək üçün. Ulduzların nəyinə lazımdır Kostanova deyənlər də var, amma siz onlara fikir verməyin: hamısı Kostanova kimi şəhərləri olsun deyə, canlarını da verərdilər. Bəs kainatın taleyi hara bağlıdır, bilirsiniz? Kostanova Bələdiyyə Məclisinə. Bələdiyyə Məclisi dağılar-dağılmaz kainat alt-üst oldu. Bunu Paroninin üzündən görə bilərsiniz. Baxın, baxın, ordan, o qapının şüşələrinin arasından bakın hələ.

SƏYYAR SATICI

(Qapıya istiqamətlənib, sonra dayanır)

– Görünməz axı, bunlar buzlu şüşədi.

LUKA

– Hə, elədir. Heç fikirləşməmişdim.

SƏYYAR SATICI

– Siz qəzetin redaksiya heyətindən deyilsiniz?

LUKA

– Xeyir, dostlarıyam. Daha doğrusu, əvvəllər elə idim. Mən ölmək üzrəyəm sevgili mister. Bilirsiniz, mənim kimi xəstələrdən Kostanovada çoxdu? İki qardaşım da redaksiya heyətində idi, ölməzdən əvvəl. Mən ötən günə qədər tibb üzrə tələbə idim. Bu səhər qayıtdım, evimdə ölmək üçün. Siz qəzet kağızı satırsınız?

SƏYYAR SATICI

– Bəli, qəzet kağızı da. Özü də çox uyğun qiymətlə.

LUKA

– Qəzetlər daha çox çap olunsun deyə?

SƏYYAR SATICI

– İnanın, kağız qiyməti promlemi, bu günkü bazar şərtləri daxilində…

LUKA

(Sözünü kəsərək)

– Sizə inanıram. Kim bilir neçə il şəhər gəzib fabrikin kağızlarını regionlarda nəşr olunan həftəlik kiçik qazetlərə uyğun qiymətlərə satacağınızı düşünmək belə məni necə ovudur bir bilsəniz?! Bəlkə on il sonra, indi olduğu kimi bir axşam yenə bura gələcəyinizi, bu evdəki divanı, əlbəttə mənsiz və Kostanovanı, bəlkə səssiz olaraq, görəcəyinizi fikirləşin…

(Bir az əvvəl nümayişin arxasınca qaçan yazarların üçü, gurultayla bağırışaraq böyük qapıdan girirlər)

BİRİNCİ YAZAR

– Paroni! Paroni!

İKİNCİ YAZAR

– Tanrı hirsi meydanın üstünə boşaldıb!

ÜÇÜNCÜ YAZAR

– Gəl, gəl, Leopoldo!

(Şüşəli qapıdan əlində hisli qaz lampası olan, məğrur respublikaçı Leopoldo Paroni çıxır. Əllidən çox yaşı var. Aslan tüklərinə oxşar gur saçlar, iri burun, dik bığlar, sivri Mefisto saqqal, qırmızı boyunbağı)

PARONI

– Nə var? Döyüş oldumu?

(Kağızların arasında yer eləyib lampanı stolun üstünə qoyur)

İKİNCİ YAZAR

– Ölümünə.

BİRİNCİ YAZAR

– Kəndlərdən gəlmiş sosialist bir qaragüruh!

PARONI

(Cəld)

– Kappadonaçılaramı hücum edirlər?

ÜÇÜNCÜ YAZAR

– Yox canım, bizimkilərə, bizimkilərə!

BİRİNCİ YAZAR

– Gəl, danışaq. Sənə ehtiyac var.

PARONI

(Özünü qurtararaq)

– Dayanın. Polis nə günə qalıb, Tanrı eşqinə? Polis?

BİRİNCİ YAZAR

– Polis? Bizimkilərin yumruq təpik yeməyi ümumi müfəttişin xoşuna gəlməyəcək deyirsən? Gəl, gəl!

PARONI

– Gedək, bəli, gedək!

(Dərhal  davranan üçüncü yazara)

– Get, şapkamla çəliyimi gətir. – Konti ile Fabrizi hardadı?

İKİNCİ YAZAR

– Ordadılar. Bacardıqları qədər müqavimət göstərirlər.

BİRİNCİ YAZAR

– Özlərini müdafiə edirlər!

PARONI

– Kappadonaçılar da  polis çağırmadımı canım?

BİRİNCİ YAZAR

– Bir nəfəri belə yoxdu ortalıqda. O dəqiqə yox oldular.

PARONI

– Yaxşı, siz niyə məni çağırmağa üçünüz birdən gəldiniz? İkiniz orda qalıb  yalnızca birinizi göndərə bilərdiniz!

ÜÇÜNCÜ YAZAR

(redaksiya otağına qayıdaraq)

– Çəliyi tapa bilmirəm.

PARONI

– Küncdədi canım, asılqanın yanında.

BİRİNCİ YAZAR

– Gedək, gedək daha! Mən özümünkünü sənə verərəm!

PARONI

– Bəs sən döyüş vaxtı nə edəcksən çəliksiz?

(Tam o an ürkmüş, təngi-nəfəs, xanım Roza Lavecçia girir içəri. 50-dən çox yaşı olan, qırmızı saçlı, zəif, eynəkli, kişi kimi geyinmiş, evdə qalmış bir qızdır)

ROZA

(Çox yorğundu, az qala nəfəsi kəsilir)

– Tanrım, aman Tanrım!

PARONI ve DİGƏRLƏRİ

(Həyəcan və kədərlə)

– Nə var? Nə var? Nə oldu?

ROZA

– Bilmirsiniz?

PARONI

– Kimisə öldürüblər?

ROZA

(Heç nədən xəbəri olmayan bir baxışla)

– Yox. Harda?

BİRİNCİ YAZAR

– Necə? Nümayiş olduğunu bilmirsiniz?

ROZA

(Əvvəlki kimi)

– Nümayiş? Xeyir,xəbərim yoxdu. – Yazıq Pulinonun evindən gəlirəm.

İKİNCİ YAZAR

– Nə olub?

ROZA

– Özünü öldürüb.

BİRİNCİ YAZAR

– Özünü öldürüb?

PARONI

– Pulino?

ÜÇÜNCÜ YAZAR

– Lulu Pulino özünü öldürüb?

ROZA

– İki saat əvvəl. Evinin mətbəxində, qaz lampası taxılan çəngəldə asılı tapıblar.

BİRİNCİ YAZAR

– Asılı?

ROZA

– Nə nümayiş! Görməyə getdim. Gözləri və dili çöldə, barmaqları büzülmüş, qapqara qaralmışdı…  o uzun boyuyla otağın ortasında asılı idi…

İKİNCİ YAZAR

– İşə bax hələ, yazıq Pulino!

BİRİNCİ YAZAR

– Zəifləmişdi onsuz da, yazıq, son günlərini yaşayırdı.

ÜÇÜNCÜ YAZAR

– Amma belə bir son!

İKİNCİ YAZAR

– Əzab çəkməkdən xilas oldu heç olmazsa!

BİRİNCİ YAZAR

– Artıq ayaqda durmağa belə halı qalmamışdı…

PARONI

– Amma, məncə, yaşamaqdan bezən bir insanın belə bir şey etməsi axmaqlıqdır.

BİRİNCİ YAZAR

– Nə etməsi?

İKİNCİ YAZAR

– Özünü öldürməyi?

ÜÇÜNCÜ YAZAR

– Nə üçün axmaqlıq olsun, canım?

BİRİNCİ YAZAR

– Günləri sayılıdısa artıq!

İKİNCİ YAZAR

– Onun yaşamağı da yaşamağıydı?

PARONI

– Yaxşı da! – Yol pulunu da verərdim mən üstəlik! –

ÜÇÜNCÜ YAZAR

– Yol pulunu? –

BİRİNCİ YAZAR

– Sən nə deyirsən?

İKİNCİ YAZAR

– O biri dünyaya?

PARONI

– Xeyir, Romaya: Romaya səfərinin pulunu ödəyərdim deyirəm! – Kimsə həyatından bezib, heyatına son qoymaq istəyincə, son qoymazdan əvvəl… Ah, bilsəniz!.. Nə böyük bir sevinc olardı mənim üçün… Heç olmazsa ölümümlə bir işə yarayardım, deyirəm! Bağışlayın, Xəstəyəm: Sabah öləcəyəm, məmləkətimin üzü qara, varlığı hamımız üçün utanc duyduğumuz bir adam var, Guido Mazzarini: Yaxşı, bəs öncə onu öldürərəm, sonra da özümü! Bax bunu eləmək lazımdır! – Kim belə etməsə axmağın biridir!

ÜÇÜNCÜ YAZAR

– Heç düşünməyib yazıq!

PARONI

– Onun iki saat əvvəl yaşadığı kimi, hamımızı əzən, bütün bir məmləkətin utandığı, hətta aldığımız havanı ağırlaşdıran bu utancla yaşanılırsa, düşünməmək olar? Mən verərdim tapançanı əlinə! Əvvəl onu öldür, özünü sonra öldürərsən axmaq!

(Bu an böyük qapıdan, digər iki yazar sevinclə içəri girir)

DÖRDÜNCÜ YAZAR

– Tamamdır! Bitdi!

BEŞİNCİ YAZAR

– Zopa ilə qovuldular, qoyun sürüsü kimi!

BİRİNCİ YAZAR

(Soyuq)

– Polis qarışdı işə?

DÖRDÜNCÜ YAZAR

– Bəli, amma ən axırda…

BEŞİNCİ YAZAR

– Bizimkilər çoxdan – görməliydiniz – aslanlar kimi idilər – adamları qabaqlarına qatdıqdan sonra!

DÖRDÜNCÜ YAZAR

– Dəriləri qopdu zopa yeməkdən!

(Sonra, özü ilə dostunun həyəcanına heç kimim qoşulmadığını görüb)

– Nə olub axı sizə?

ROZA

– Yazıq Pulino…

BEŞİNCİ YAZAR

– Pulinonun nə əlaqəsi var?

BİRİNCİ YAZAR

– İki saat əvvəl özünü asıb!

DÖRDÜNCÜ YAZAR

– Nə? Lulu Pulino özünü asıb hə?

BEŞİNCİ YAZAR

– Yazıq Lulu! Bəli, deyirdi, mənə də demişdi ki, ağrılarına son qoyacaq… Can verməyəcək heç olmasa, çox yaxşı eləyib!

PARONI

– Daha yaxşısını eləməliydi! Aramızda bunu danışırdıq biz də! Tutaq ki, özünü öldürməyə məcbur idi, Romaya gedib hər kəsin düşməni olan Guido Mazzarinini öldürərək, hər kəsə, məmləkətinə, yaxşılıq eləyə bilməzdi? Ondan heç nə getməzdi, səfər də, yol pulunu da mən verərdim, bax bu da şərəf sözü verirəm sizə. Bu cür isə tam axmaqcasına öldü!

BİRİNCİ YAZAR

– Kifayətdi, gec oldu daha!

İKİNCİ YAZAR

– Bəli, bəli… Bu axşamın xəbərləri də sabaha qalsın!

ÜÇÜNCÜ YAZAR

– Bazar gününə qədər vaxtımız var onsuz da.

İKİNCİ YAZAR

(Yazığı gəldiyini göstərərək içini çəkərək)

– Yazıq Pulinodan da söz açarıq!

ROZA

(Paroniye)

– İstəsən, mən onun haqqında danışa bilərəm, Paroni, gözlərimlə gördüm.

DÖRDÜNCÜ YAZAR

– Ordan keçəndə evinə dəyib biz də görə bilərik, canım.

ROZA

– Bəlkə hələ də asılı görə bilərsiz! Götürmək üçün deyəsən Borgodan qayıdan hakimi gözləyirlər.

PARONI

– Heyf! Məmləkətimizin qisasını alsaydı, bazar günkü sayımızı tamamilə ona ayıra bilməyimizi düşünməyəcəyik!

BİRİNCİ YAZAR

(Axır ki, divanın üstündəki Lukaya fikir verərək)

– O… Bura baxın! Luka Fazio burdadır!

(Hamı dönüb baxır)

PARONI

– Ey, Luka, sənsən?

İKİNCİ YAZAR

Nə? Ağzını açmadan oturmusan orda, hə?

ÜÇÜNCÜ YAZAR

– Nə vaxt gəldin?

LUKA

(Yerindən tərpənmədən, quru səslə)

– Bu səhər.

DÖRDÜNCÜ YAZAR

– Yaxşı deyilsən deyəsən.

LUKA

(Cavab verməkdə ləngiyib, əvvəlcə əliylə bir işarə edir, sonra)

– Təxmini Pulino kimi.

PARONI

(Səyyar satıcını görərək)

– Bəs siz, bağışlayın amma, kimsiniz?

SƏYYAR SATICI

– Kağız ehtiyacınız üçün gəlmişəm, Bister Paroni.

PARONI

– Hə… Sangone Kağız Fabriklərinin səyyar satıcısısınız deməli? Sabah gəlin zəhmət  olmazsa, indi gecdir.

SƏYYAR SATICI

– Yalnız, gündüz vaxtı, axşam olmamış  yola düşmək istəyirəm çünki.

BİRİNCİ YAZAR

– Gedək. Gecən xeyrə qalsın, Leopoldo.

(Ona cavab verən Paroniniylə digərləri də sağollaşır)

DÖRDÜNCÜ YAZAR

(Luka Fazioya)

– Sən gəlmirsən?

LUKA

(Düşüncəli)

Xeyir. Paroniyə bir şey deməliyəm.

PARONI

(Şübhəli)

– Mənə?

LUKA

(Əvvəlki kimi)

– İki dəqiqəlik.

(Birdən ağıllarına gələn, “özünü axmaqcasına öldürən” Pulinonun vəziyyəti ilə onun ümüdsüz vəziyyəti arasındakı oxşarlıq, danışılanlardan sonra, hamısının çaşqınlıqla ona baxmasına səbəb olur.)

PARONI

– İndi, hər kəsin yanında olmaz?

LUKA

– Xeyir, yalnız sənə.

PARONI

(O birilərə)

– Elədirsə, siz gedin. Gecəniz xeyrə qalsın, dostlarım.

(Yenidən sağollaşırlar)

SƏYYAR SATICI

– Saat ona kimi gələrəm.

PARONI

– Daha erkən gəlin hətta, daha erkən, istəsəniz. Gülə-gülə.

(Paroni və ayaqlarını divandan yerə endirib eləcə əyilmiş, önünə baxaraq oturmaqda olan Luka Faziodan başqa hamı gedir. Paroni istəksiz bir tərzlə Lukanın yanına yaxınlaşıb bir əlini çiyninə qoymaq istəyir)

– Deməli, sevgili Luka, sevgili dostum, demək…

LUKA

(Dərhal qolunu qaldıraraq.)

– Yox, yaxınlaşma.

PARONI

– Nə üçün?

LUKA

– Öksürdürsən.

PARONI

– Doğurdan xəstəsən sən, görünüşündən də bəllidi…

LUKA

(Başıyla bəli deyə işarə edərək)

– Ancaq səninlə danışmaq üçün gücüm var. O qapını yaxşıca bağla.

(Başıyla böyük qapını göstərir)

PARONI

(Dediyini edərək)

– Bu dəqiqə.

LUKA

– Arxasını da bağla.

PARONI

(Gülərək bu dediyini də eləyir)

– Nə ehtiyac var, heç kim gəlməz daha. İstədiyin kimi danışa bilərsən. İkimizin arasında qalacaq.

LUKA

– Bu qapını da bağla.

(Şüşəli qapını göstərir)

PARONI

(Əvvəlki kimi)

– Niyə canım? Tənha yaşadığımı bilirsən. Heç kim yoxdu orda. Hətta gedib ışığı da söndürüm.

(Gedir)

LUKA

– Sonra yenə bağla. Elə pis sigaret iyi gəlir ki…

(Paroni yazı redaksiya otağına girir, işığı söndürür, sonra qayıdır, qapını bağlayır. Bu müddətdə Luka Fazio da ayaq üstə qalıbdır)

PARONI

– Bunu da elədim. Həə, indi de görüm.

LUKA

– Aralan, aralan…

PARONI

– Niyə canım, özünə görə deyirsən, yoxsa mənə görə?

LUKA

– Sənə görə də.

PARONI

– Amma mən qorxmuram.

LUKA

– Dayan hələ, qorxmuram deməklə tələsmə.

PARONI

– Demək istədiklərindən danış. Otur, otur…

LUKA

– Xeyir, ayaq üstə duracam.

PARONI

– Romadan gəlirsən?

LUKA

– Romadan. Gördüyün bu halımla. Bir neçə liretim var idi. Hamısını yemişəm. Az qalmışdı, onu da…

(Bir əlini pencəyinin cibinə soxub iri bir tapança çıxarır)

…bu tapançanı satın aldım.

PARONI

(Silahı görən kimi sapsarı olur və şüuraltı olaraq əllərini yuxarı qaldırır)

– O nədir? Dolu olmaz?

(Lukanın tapançanın ora-burasına baxdığını görərək)

– Ey, Luka, doludur?

LUKA

(Soyuq)

– Doludur.

(Sonra, ona baxaraq)

– Qorxmadığını demişdin.

PARONI

– Yox, amma… Tanrı saxlasın…

(Silahı əlindən almaq istəyən kimi yaxınlaşmağa başlayır)

LUKA

– Yaxınlaşma, qulaq as. Romada otağıma qapanmışdım, həyatıma son qoymaq üçün.

PARONI

– Dəlilikdir bu!

LUKA

– Bəli, dəlilikdir: Həqiqətən bu dəliliyi eləmək üzrə idim. Həm də axmaqca, bəli, sən haqlısan!

PARONI

(Ona baxır, sonra sevincdən parıldayan gözlərlə)

– Ah, yoxsa sən, yoxsa sən həqiqətən…?

LUKA

(Dərhal)

– Gözlə, nə olduğunu görəcəksən.

PARONI

(Əvvəlki kimi)

– Pulino haqqında dediklərimi eşitdin?

LUKA

– Bəli. Onsuz da ona görə burdayam.

PARONI

– Sən bunu eləyərsən?

LUKA

– Elə bu dəqiqə.

PARONI

(Həyəcanla)

– Eləmi, çox yaxşı!

LUKA

– Dayan bir qulaq as mənə. Elə tapançanı gicgahıma dayamışdım ki, qapının döyüldüyünü eşitdim.

PARONI

– Sən, Romada?

LUKA

– Romada. Açdım. Kim gəlmişdi səncə? Guido Mazzarini.

PARONI

– O? Sənin evinə? Bəs sonra?

LUKA

– Məni əlimdə tapançayla görüb üzümdən də etmək istədiyimi anlayanda mənə tərəf qaçdı, qollarımdan tutdu, silkələyərək bağırdı: “Necə olur? Özünü belə öldürürsən hə? Aman Luka, düzü sənin bu qədər axmaq olduğunu bilməzdim! Yox, hökmən bunun edəcəksənsə… Yol pulunu mən verərəm… Dərhal Kostanovaya get və əvvəlcə Leopoldo Paronini öldür, mənim üçün.”

PARONI

(Bu qəribə və qorxuducu xəyala quruyub qalır, ürəyi döyünərək bir zərbə gözləyərkən və sanki əlinin-qolunun tutmaz olduğunu duyaraq birdən kədərli boş bir gülümsəməylə ağzını açır)

– …Zarafat eləyirsən?

LUKA

(Bir addım geri çəkilir, bir yanağının burnuna yaxın yerində peyda olan kimi olan bir titrəyişlə, ağzını əyərək)

– Xeyir, zarafat eləmirəm. Mazzarini yol pulumu verdi.

PARONI

– Sənin? Nə danışırsan?

LUKA

– Mən də budur gəlmişəm. İndi, əvvəlcə səni öldürəcəyəm, sonra da özümü.

(Tapançalı qolunu qaldırıb nişan alır)

PARONI

(Ürkək bir halda əlləriylə üzünü örtərək silahdan qorunmağa çalışır və bağırır)

– Eləmə, dəlisən? Belə zarafat olar? Dəli olmusan sən?

LUKA

(Hökmlə, qorxunc şəkildə)

– Tərpənmə, atəş açaram yoxsa!

PARONI

(Daş kimi donub qalır)

– Yaxşı… Oldu… Oldu…

LUKA

– Dəli hə? Sənin gözündə dəliyəm deməli? İndi mənə dəli deyirsən amma, hələ bir az əvvəl, özünü asmazdan əvvəl Romaya gedib Mazzarinini öldürmədiyi üçün yazıq Pulinoya axmaq deyirdin.

PARONI

(Ona qarşı çıxmağa çalışaraq)

– Arada böyük fərq var amma. Çox böyük fərq. Mən Mazzarini… Mazzarini deyiləm.

LUKA

– Fərq? Sizin həyatınızla, bütün bu təlxəkliyinizlə bir əlaqəsi qalmayan Pulino kimi, mənim kimi biri üçün nə fərq olacağını düşünürsən? Səni, bir başqasını, ya da yoldan ilk keçəni öldürməyin heç bir fərqi yoxdur.

PARONI

– Bağışla, amma, heç de eyni şey deyil. Cinayətlərin ən yararsızı, ən gicbəsəri olardı onda!

LUKA

– Deməli, sən, bizim üçün hər şeyin bitdiyi son anda belə, sənin, ya da bir başqasının kininin, şarlatanca ziddiyətlərinizin vasitəçisi  olmağımızı istəyir, olmayanda da axmaq deyirsən bizə hə? Yaxşıdı, mənə də Pulino kimi axmaq deyilməsini istəmirəm mən, bu səbəbdən də səni öldürəcəyəm. (Yenidən silahını qaldırıb nişan alır)

PARONI

(Tapançanın lüləsinin  önündən qaçmaq üçün qıvranıb yalvararaq)

– Yazığın gəlsin mənə! Yox, Yox… Neynəyirsən? Yox! Nə üçün amma? Həmişə dostun olmuşam sənin… Yazığın gəlsin…

LUKA

(Gözlərində tətiyi çəkmək istəyinin alışdırdığı dəli bir parıltıyla)

– Qalx! Qalx! Diz çök!

PARONI

(Dizi üstə çökərək)

– Bax… Bax… Yazığın gəlsin mənə! Eləmə!

LUKA

(Hırıldayaraq)

– Hə, kimsə həyatından bezərsən… Təlxək! – Sakit ol, öldürməyəcəm səni. Qalx ayağa, uzaq dur ancaq…

PARONI

(Qalxaraq)

– Çox pis zarafatdı bu elədiyin , bilirsən? Əlində silah olmasaydı, çətin  belə davrana bilərdin.

LUKA

Əlbəttə. Sən də qorxursan, bunu eləməklə mənim heç nə itirmədiyimi bilirsən çünki. Yaxşı respublikaçı olaraq da azad düşüncəlisən, hə?  Tanrıya da inanmazsan sən. Əlbəttə. Pulinoya axmaq deyə bilməzdin, yoxsa.

PARONI

– Amma mən o sözü… dedim, çünki… məmləkətimin əvəzinə necə utanıram, bilirsən… ona görə…

LUKA

– Afərin, afərin… Azad düşüncəlisən amma, rədd edə bilməzsən bunu. Qazetində də həmişə yazırsan həm də.

PARONI

(Mənasız danışaraq)

– Azad düşüncəli… Amma sən də, başqa bir dünyada cəza, ya da mükafat gözləmirsən, məncə.

LUKA

– Yox, Xeyir! İyirmi altı illik təcrübəmi də o biri dünyaya aparmaq dözülməz olardı.

PARONI

– Deməli… görürsən ki…

LUKA

(Dərhal)

– Bunu eləyə də bilərdim. Səni heç nəymiş kimi öldürə bilərdim, mənim üçün də biri dünya qayğısı olmadığı üçün. Amma öldürmürəm. Nə də öldürməsəm axmaq olacağıma inanmıram. Yazığım gəlir sənə, məsxərəliklərinə. Necə də gələcəyini görə bilirəm, bir  bilsən! Kiçik, sevimli görünürsən hətta gözümə. Bəli, yazıq kiçik adam, qızıl saçların, hələ o boyunbağın? – Amma, bilirsən? Bu elədiyin məsxərəlik də sənədsiz qalmamalıdır hər halda.

PARONI

(Çaşqınlıqdan yaxşı eşitmir)

– Nə deyirsən?

LUKA

– Sənəd deyirəm, sənəd. Haqqı da var  buna, mənim kimi, həyatla ölüm arasındakı sərhəddə gəlmiş bir adamın. Qarşı da gələ bilmərsən. Otur, otur burada yaz.

(Tapançasıyla yazı stolunu göstərir)

PARONI

– Yazımmı? Nə yazım? Ciddi deyirsən?

LUKA

– Ciddi, ciddi. Get, otur orda yaz.

PARONI

– Amma nə yazmağımı istəyirsən?

LUKA

(Əvvəlki kimi, tapançanı sinəsinə istiqamətləndirərək)

– Sənə qalx, get otur ora dedim!

PARONI

(Silahdan duyduğu qorxuyla yazı stoluna gedərək)

– Qurtarmadı daha?

LUKA

– Otur və qələmi əlinə al… Qələmi götür, cəld.

PARONI

(Dediyini edərək)

– Nə yazacam yaxşı?

LUKA

– Söyləyəcəklərimi. İndi hiyləgərlik eləyirsən, amma səni tanıyıram mən. Sabah, mən də Pulino kimi özümü öldürəndə, dərhal pipiyin qızarar, hər gördüyünə mənim dəli olduğumu deyəcəksən.

PARONI

– Yox amma! Bu fikirləşdiyinə bax bir! Uşaqlıqdı bunlar!

LUKA

– Səni tanıyıram. Pulinonun qisasını almaq istəyirəm mən, özüm üçün eləmirəm. Yaz!

PARONI

(Kiçik stolun üstünə baxaraq)

– Amma hara yazmağımı istəyirsən?

LUKA

– Bura, bu qarşındakı kağız parçasına yaz bəsdi…

PARONI

– Amma nə?

LUKA

– Budur. İki söz. Bir bildiriş.

PARONI

– Kimə?

LUKA

– Heç kimə. Sən yaz da. Yalnız bu şərtlərlə həyatını bağışlayaram. Ya yazarsan, ya da öldürərəm səni!

PARONI

– Yaxşı, yazıram. De.

LUKA

(Yazdırır)

– “Aşağıda imzası olan mən Leopoldo Paroni, duyduğum əzab və peşmanlığın…”

PARONI

(Etiraz edərək)

– Bəsdi görək, nə üçün peşman oluram ki?

LUKA

(Gülümsəyərək, zarafat edirmiş kimi silahı başqasına dayayaraq)

– Belə, peşmanlıq duymaq da istəmirsən deməli?

PARONI

(Silaha baxmaq üçün başını tərpədərək)

– Başa düşüm də nəyə peşman oluram?

LUKA

(Yenidən yazdırmağa başlayır)

“Aşağıda imzası olan mən Leopoldo Paroni, dost tanışlarımın yanında özünü öldürməzdən əvvəl Romaya…”

PARONI

– Hə, bu imiş səbəb?

LUKA

Bəli, bu. Yaz: “… Romaya gedib Mazzariniyi öldürmədiyi üçün Pulinoya axmaq dediyimə görə böyük peşmanlıq ve əzab duyuram”. Sözün düzü burda yol pulunu vermək hissəsini də adlayıram hətta. Yazdın?

PARONI

(Baş əyərək)

– Yazdım. Sonra?

LUKA

(Yenidən yazdırmağa başlayaraq)

– “Luka Fazio özünü öldürməzdən qabaq…”

PARONI

– Doğurdan özünü öldürmək istəyirsən?

LUKA

– O mənim öz işimdi. Yaz: “… Özünü öldürməzdən əvvəl gəlib məni tapdı…” Tapançalı olaraq deyə əlavə edək?

PARONI

(Dayanmadan)

– Bəli, bəli, icazənlə bu qədəri bəsdi!

LUKA

– Yaz, yaz, tapançayla. Onsuz da icazəsiz silah gəzdirdiyimə görə cəza verməyəcəklər. Bəli, yazdınmı? Davam elə: “… tapançalı olaraq, gəlib məni tapdı və Mazzarininin, ya da bir başqasının özünə, eyni şəkildə axmaq deməməsi üçün bir it kimi öldürməli olduğunu bildirdi”.

(Paroninin yazmağı bitirməsini gözləyir, sonra soruşur)

– “Bir it kimi” deyə də yazdınmı? Yaxşı! Yeni sətir. “Bunu edə bilərdi, amma eləmədi. Bunun səbəbi, etdiyim alçaqlıq qarşılığında…”

(Paroni başını qaldıranda, dərhal, əmr edərcəsinə)

– Xeyir, yaz, yaz: “yazığı gəlmə”, sonra əlavə et: “iyrənmə”. – Budur hazırdı. – “İyrənməklə qarışıq bir yazığı gəlmə duyğusu hiss etdi”.

PARONI

– Bu artıqdı…

LUKA

– Əsl həqiqətdir… Silahlıyam ona görə, təbiidir.

PARONI

– Xeyir, dostum, səni məmnun etməyə çalışıram indi mən…

LUKA

– Yaxşı, gözəl, məmnun elə onda. Yazdın?

PARONI

– Yazdım, yazdım. Bu qədəri də bəs eləyər, məncə.

LUKA

– Xeyir, gözlə: Qurtaraq! İki söz, yalnız iki söz qaldı qurtarmaq üçün.

PARONI

– Bundan başqa nə söz?

LUKA

– Bəli, belə yaz: “Luka Fazioya həqiqi axmağın mən olduğumu deməyim bəs elədi”.

PARONI

(Kağızı itələyərək)

– Bağışla, amma, bu daha ağ oldu!

LUKA

(Qəti şəkildə, heca-heca söyləyərək)

– “… həqiqi axmağın mən olduğumu deməyim bəs elədi”. Sən, dostum, təpəndəki bu silaha baxmaqdansa, qabağındakı kağıza baxsan, öz hörmətini daha çox qoruyarsan, məncə. Pulinonun qisasını almaq istədiyimi demişdim sənə. İmzala, indi.

PARONI

– Al, bu da imza. Başqa nəsə?

LUKA

– Ver bura.

PARONI

(Kağızı uzadaraq)

– Al. Yaxşı amma, bunu neynəyəcəksən indi? Özünü həqiqətən məhv etmək istəyirsənsə…

LUKA

(Cavab vermir, Paroninin yazdıqlarını oxuyub qurtarır, sonra)

– Yaxşı. Gözəl. Nə edəcəm? Heç! Üstümdə taparlar sabah.

(Dörd qatlayıb cibinə qoyur)

– Sən də indi mənim  sənin bir az əvvəl etdiyindən daha çətin bir işi görəcəyimi düşünərək təsəlli tapa bilərsən. Qapını aç.

(Paroni dediyini yerinə yetirir)

– Gecən xeyrə.

(Pərdə enir)

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: