Arxiv

Archive for İ

“Конец второй республики”

İyun 22, 2009 Bir şərh yazın

book-lamp_1

“Конец второй республики”4_zardusht_alizade

Зардушт Ализаде

скачать

Dəyişən başlar-beşinci hissə

V hissə

Hind əfsanəsi

Tomas Man

Qayalıqların içində oyulmuş ana qucağından, bayırda gözləyənlərin yanına qayıtdıqda onların əvvəl səssiz durduğunu, sonra da qısa bir yalvarış üçün içəri girib bu qədər vaxt ərzində dönməyən Şridamanın nə etdiyi haqqında bir-birinə sual verdiyini görürük.  Nandanın arxasında oturan gözəl Sita, keçi burnunu və aşağı təbəqəyə xas olan qalın dodaqlarını qoşulu heyvanlara tərəf tutan Nanda kimi susub, gah onun peysərini izləmiş, gah baxışlarını qucağına doğru endirmişdi. Amma onlar bir müddət keçdikdən sonra yerlərində tərpənməyə başladılar. Bir az da keçəndən sonra gənc qadına dönərək:
– Bizi niyə gözləttiyini, orada bu qədər uzun müddət nə etdiyini bilirsən? dedi. Ətraflı…

Dəyişən başlar – dördüncü hissə

IV hissə

Hind əfsanəsi

Tomas Man

Bundan sonra yola çıxaraq hər  biri öz işinin dalınca  getmək üçün ayrıldılar və bir müddət ayrı yollarla getdilər. Yelkənlilərin keçdiyi Camna çayına çatdıqları və üfüqdə Krukşeta şəhərinin kölgələri görünməyə başlayan zaman Şridamanın talaşa və düyü döymək üçün qab alacağı adamın şəhərin izdihamlı küçələrindən birindəki evini tapmaq üçün öküz arabaları ilə dolu olan geniş şosedən getməli idi. Ətraflı…

KİV haqqında Qanuna təklif edilən dəyişikliklər təhlükəlidir.

İyun 18, 2009 Bir şərh yazın

mriMedia Hüququ İnstitutu Kütləvi İnformasiya Vasitələri qanununa edilmiş əlavələrin mətbu nəşrlərin azadlığı və müstəqilliyi üçün ciddi təhlükə yaradacağından narahatdır. Bu əlavələr qüvvəyə minərsə mətbu nəşrlər bir neçə halda mütənasiblikdən çox uzaq olan qorxunc sanksiyalarla üzləşə biləcəklər. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , ,

Ölülər -Molla nəsrəddin jurnalından

İyun 16, 2009 2 şərh

Qabaqca bir neçə söz
Bu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik, amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elani yazırıq ki, bizim jurnalımıza təzə il uüçün abunə olsunlar ve bizə pul gondərsinlər, bir yandan da başlamışıq musəlmanlara sataşmağa. Söz yox, heç bir molla bələ eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz bələ bir dua eləyəydik:  Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,

Dəyişən başlar – üçüncü hissə

Hind əfsanəsi

 III hissə

Bundan sonra bir müddət susdular.  Şridaman uzanaraq eləcə göyü seyr etməyi davam etdirdi. Nanda dizini sinəsinə dayayıb əlləri ilə ayaqlarını qucaqlayaraq oturduğu yerdən yoxuşdakı Kali Ananın yuyunma yerinə baxırdı.
-Sus, ilahi..! pıçıldayaraq barmağını qalın dodaqlarına tutdu. Şridaman, qardaşım yavaşca otur ora bax. Bu, yuyunmağa girənə deyirəm. Gözlərini aç, bu zəhməti çəkməyə dəyər. O bizi görmür, amma biz onu görürük. Ətraflı…

Dəyişən başlar – ikinci hissə

İyun 14, 2009 Şərhlər bağlıdır

Hind əfsanəsi

II hissə

Tomas Man

Quş cıvıltılarıyla dolu sevimli bahar fəslində Nanda ilə Şridaman, hər biri özü ilə əlaqəli bəzi şəxsi səbəblərə görə piyada yola çıxmışdılar. Atası Nandanı, dillərini bildiyi, bellərinə təkcə qamışdan qurşaq bağlayan və dəmir daşından əritmə üsulu ilə xam maddə əldə etməyi bacaran aşağı sinifdən olan insanların yanına, bir miqdar xam maddə almağa yollamışdı. Onlar Camna çayı sahilində, Şridamanın görüləsi bir işi olan izdihamlı Indraprastanın biraz şimal tərəfində, Kurukşeta qəsəbəsinin yaxınlığında və iki dostunun yurdlarından bir neçə ev şərqdə olan Kralendə yaşayırdılar. Şridaman da “İnəklərin Xoşbəxtliyi”ndə qıtlığa çevrilmiş düyü ovutma qablaları ilə xüsusi növ yağ əldə edəcək və bunları, yurdundakı qadınların incə bir ipdən toxuduqaları rəngli parçaların (mosulin) əvəzi olaraq, mümkün qədər sərfəli şəkildə alacaqdı. Ticarət edəcəyi adam da ailəsinin şəhərdəki iş dostu, özləri kimi “ev atası” mərtəbəsində olan Brahman idi. Ətraflı…

Dəyişən başlar – birinci hissə

Hind əfsanəsi

I hissə

Tomas Man

Qaramal saxlamaqla məşğul olan döyüşçü soylu Sumatranın gözəl qızı Sita ilə iki ərinin əhvalatı dinləyənlərdən ruh yüksəkliyi tələb edəcək və Mayanın qəddarca gözbağlayıcılığına qarşı bütün ağlını istifadə etdirəcək qədər qanlı və çaşdırıcıdır. Bunda başqa dinləyicilərin əhvalatı danışanın dözümlülüyünü özlərinə örnək götürmələri arzu olunur. Çünki belə bir hekayəni danışmaq, oxumaqdan daha çox cəsarət tələb edir. Hekayə əvvəldən sona kimi aşağıdakı formada olub. Ətraflı…

Bir röyanın dəhşəti

İyun 12, 2009 1 şərh
Elçin Həsənov

Üç gün əvvəl Bakının mərkəzi küçələrinin birində yerləşən 40 otaqlı, geniş, işıqlı, güllə keçirməz villanın (lap prezidentin yeni iqamətgahı kimi) uzun dəhlizi ilə addımlayırdım. Hələ binaya girməmişdən öncə dollar işarəsini müasir standartlara uyğun inşa edilmiş bu binanın fasadında gördüyümdən məndə belə bir təəssürat yaratdı ki, yəqin analoqu olmayan villanın sahibi haçansa ünlü biznes adamı olub. Ətraflı…

Kateqoriyalar: Düşüncə

Yoxsulluğun metodologiyasında ciddi dəyişiklilərə ehtiyac var

İyun 12, 2009 Bir şərh yazın

Qubad İbadoğlu: “Statistik göstəricilər reallığı əks etdirmir”

11.06.2009. “2009-cu Azərbaycanda yoxsulların sayı getdikcə artmağa məhkumdur”. Bu barədə İqtisadi Tədqiqtlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. Q. İbadoğlunun sözlərinə görə, böhran ili olduğu üçün iş yerlərinin bağlanması prosesi geniş miqyas alıb: “Bir çox müəssisələr üzrə işdən azad olunmalar müşaiyət olunub. Eyni zamanda işsizlərin sosial müavinət hüquqlarının tam və real şəklidə ödənilməməsi problemi var”.  Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: ,