Dəyişən başlar – altıncı hissə
VI hissə
Tomas Man
Hind əfsanəsi
Bu vaxt Sita bayırda təntənəli arabada oturub, artıq qarşısında peysərinə baxılası bir nəfər olmadığı üçün vaxt heç cür getmirdi. Hər gün onu səbirsizliyə düçar edən peysərin nə halda olduğundan xəbəri yox idi. Hər nə qədər içindən zərərsiz olan bir sıra ehtimallar keçir və ona dayanmadan ayaqlarını yelləməyinə səbəb olan narahatlıq verir və gözləmək məcburiyyətində qalmasının səbəbini, qorxunc bir hadisənin öncədən hiss edirdisə də, yalnız ehtimallardan ibarət olan və ayaqlarını sallamasına mane olmayan bu hiss, səbirsizlik və hirslə qarşılanacaq qədər deyildi.
Bir müddətdir ki, fövqəladə qaydada qohumluğu olan bir şəraitdə yaşayaraq təcrübələr qazanan gənc qadının, bu cür ehtimalları ciddi qəbul etməsinin gərəkdiyini deyə bilərik. Amma o, bunu özünə etiraf edə bilmirdi.
Düşündü: nə deyiləsi, nə çəkiləsi şeydi bu doğrusu. Bu kişilərin hamısı bir-birinin tayıdır, heç birini o birindən üstün tutmaq olmaz, çünki heç birinə güvənmək mümkün deyil. Biri insanı başqası ilə tək qoyub gedər, bilmirəm bu hərəkətin qarşılığı nə olmalıdır? O birini də arxasınca yolladınızsa, bu dəfə də tək qalarsınız. Həm də bütün bunlar günəşin tam qalxdığı vaxt olur, onsuz da yolu səhv saldığımıza görə o qədər vaxt itirilərkən. Hardasa hirsimdən partlayacam. Əvvəlcə birinin gəlməməsini, sonra onu çağırmağa gedənin də dönməməyini uyğun və ağıla batan səbəblərlə haqlı göstərmək mümkün deyil. Ağlıma gələn ən son ehtimal budur: Şridaman yalvarışa aludə olub və yerindən ayrılmaq istəmədiyi üçün sözləşib, sonra isə dalaşıblar. Ərimin zəif olmasını bilən Nandanın da, bütün gücünü istifadə etməyə cəsarəti çatmayıb. Çünki hərdən imkan düşdükcə dəyəndə mənə dəmirdən yaranmış hisslərini verən qollarıyla onu uşaq kimi çölə çıxara bilər. Bu, Şridaman üçün çox kiçildici bir hal olardı amma, bu gözləmə hardasa Nandanın bu formada davranmasını arzulamağıma səbəb olacaq. Ürəyim tək başına ata evinə getmək istəyir. Eh, çölə çıxsaydınız ora da boşalardı. Əgər əri və dostu tərəfindən tərk edildiyi üçün tək başına geri qayıtmaq çox təhqiramiz bir şey olmasaydı, bunu çoxdan edərdim. Elə isə (artıq vaxtı gəldiyi üçün) yerimdən qalxıb ne etdiklərini öz gözümlə görmək üçün ora getməkdən başqa bir yolum yoxdur. Mənim kimi yazıq, hamilə qadının bu fövqəladə, sirli davranış formasının arxasında nələr gizləndiyindən qorxması qədər təbii bir şey ola bilərmi? Amma düşünəbiləcəyim şeylərin ən pisi, mənim bilmədiyim hərhansı bir səbəblə dalaşaraq gecikməkləridir. Bu halda mən aralarına girib ağıllarını başlarına gətirərəm.
Gözəl Sita bu sözlərlə arabadan enərək bədənini örtən paltarın altından ombalarını dalğalandıraraq ana evinə tərəf yeriməyə başladı və əlli dəfə nəfəs aldıqdan sonra qorxunc hadisəylə qarşı-qarşıya gəldi.
Qollarını havaya qaldırdı, gözləri yuvasından az qaldı çıxsın və huşsuz halda yerə uzandı. Ancaq bu nəyə yarayardı? Qorxunc mənzərənin onu gözləməyə vaxtı bol idi, bəxtsiz qadın uzun müddət huşsuz qaldı, amma özünə gələn zaman yenə hər şey əvvəlki kimi idi. Az qala yenidən huşunu itirəcəkdi, amma güclü quruluşu buna yol vermədi. Daş pilləkanlarda oturaraq əlləriylə saçlarını tutub gözlərini qopmuş başlara, bir-birinin üstünə aşmış bədənlərə və qana dikdi.
– Siz ay tanrılar, ruhlar və böyük əzabkeşlər mən məhv oldum. İki kişinin hər ikisi – artıq məhv oldum. Mənim alovun ətrafında hərlənən ərim və ağam, hörmətli başlı, müqəddəs evlilik gecələrində mənə öyrənə bildiyim qədər həzz öyrədən isti bədənli Şridamanımın hörmətli başı gövdəsindən ayrılıb ölüb. Digəri də ölüb, məni yelləncəkdə yellədən, mənə elçi gələn Nandanın da qanlı başı gövdəsindən ayrılıb- budur ordadır, “Xoşbəxtlik danası” hələ də sinəsindədi – başsız, indi nə olacaq? Əgər cəsarətim olsaydı ona toxunar qollarının və budlarının gözəlliyini, gücünü əlləyərdim. Amma olmaz, vaxtilə necə şərəf və dostluq aramıza bir hədd çəkibsə, indi də qanlı ölüm eyni işi görür. Bir-birilərinin başını uçurdublar. Artıq danılmayacaq bir səbəblə yağ tökülmüş ocaq kimi hirslə alovlanaraq elə qorxunc bir döyüşə girişiblər ki, əllərindən bu qarşılıqlı cinayət gəlib. Bəli, gözümlə görmüş kimiyəm. Amma ortalıqda bir qılınc var. O da Nandanın əlindədi. Bu iki hirsli adam necə olub ki, tək qılıncla döyüşdülər? Hər halda Şridaman bütün biliyini və yazığı gəlmə hissini boğaraq qılıncını qaldırıb dərhal Nandanın başını kəsdi, digəri də – amma yox. Nanda bu bədbəxtlikdə məni ürpərdən səbəblərə görə Şridamanın başını kəsdi, bundan sonra o biri – “yox canım” ola bilməz. Düşünməkdən əl çək, onsuzda bu qanlı qaranlıqda başqa şey əldə etmək imkansızdır. Yalnız bir şey aydındır, o da, hər ikisinin də vəhşilər kimi davranaraq məni heç düşünməmələridi. Yəni məni düşündülər, çünki onların kişiliyini qabardan şeyin yazıq mən olduğumu düşündükcə ürpərirəm, amma onlar məni sırf öz nəfsləri səbəbiylə düşündülər, yoxsa məni, mənim nə olacağımı deyil – o hirsli vaxtlarında da indi başsız, dinc yatarkən olduğu kimi mənim nə edəcəyimi düşünmədilər. Nə edəcəyimi?
Burda ediləcək deyil, yandırılacaq şey var. Bir dul olaraq sürünüb ağasına yaxşı baxmadığı üçün onu ölümə aparan bir qadın kimi hər kəsin nifrətinə dözüm? Bu onsuz da hər dulun başına gələn bir şeydi, hələ tək başıma atamın, ya da qayınatamın evinə qayıtsam, təxmin edirəm nələr olacaq. Ortalıqda bir qılınc var, ikisi də bir-birinin başını kəsə bilməzdimi, bir qılınc iki nəfərə bəs etməzdi. Amma üçüncü adam qalır. O da, mənəm. Mənə qudurmuş qadın, ərini və dostunu öldürdü deyəcəklər – rahatlıqla sübut olunur. Doğru deyil, amma sübut oluna bilər. Bu vəziyyətdə günahsız yerdə mənə damğanı vuracaqlar. Xeyir, tamamilə günahsız deyiləm və əgər hər şey bitməmiş olsaydı, özümü aldatmağın zəhmətinə dəyərdi, amma indi mənası yoxdu. Günahsız deyiləm, çoxdan bəri günhasız deyiləm, qudurğanlığa gəlincə onun da doğru olan tərəfləri var – həm də bir xeyli, amma insanların təxmin edəcəkləri kimi yox, onda deməli səhv səbəbindən ədalətli olmaq mümkündür – mən bu ədalətdən tez davranıb öz haqqımda veriləcək qərarı özüm verəcəyəm. Mən də onların arxasınca getməliyəm – başqa bir çarə yoxdu. Bədənimə zərər vərməkdən qorxan bu kiçik əllərlə qılıncı istifadə edə bilmərəm. Ah, gözəlliyimə heyif olacaq, amma bundan sonra nə həzz, nə də şəhvət oyandırmaq üçün donuq və mənasız olmalıdır. Budur qəti olaraq görüləsi iş budur. İstəyir buna görə qurbanların sayı dördə çıxsın. Həm dul uşağının həyatdan qisməti nə ola bilər ki? Heç şübhəsiz şikəst bir zərərçəkmiş, özünü mənə bağışlayanın qarşısında həzzlə qarışıq bir kədərlə solaraq gözlərimi yumduğum üçün kor və bənizi soluq olacaqdır. Nə edəcəyimi mənə buraxıblar. Baxın, başımın çarəsinə necə baxacam.
Yerindən durdu. Sağa-sola yellənərək pilləkanları dırmaşdı və gözlərini ölüm bürümüş olaraq məbəddən çölə çıxdı. Məbədin önündə budaqlarından lianalar sallanan əncir ağacı var idi. Yaşıl sarmaşıqlardan birini tutaraq bir ilmək düzəldir və boynuna keçirdərək özünü asmağa hazırlaşır.
ŞƏRHLƏR