Həsən Əli Yücəl tərcümə haqqında
Humanizm ruhunu anlamaq ve hiss etməkdə ilk mərhələ, insan varlığının ən maddi izahı olan sənət əsərlərinin mənimsənilməsidir. Sənət bölmələri içində ədəbiyyat, bu izahın düşüncə elementinin ən zəngin olanıdır. Buna görə də bir xalqın, digər xalqların ədəbiyyatlarını öz dilində, daha doğrusu öz düşüncəsində yeniləməsi, zəka və dərrakə gücünü o əsərlər nisbətində artırması, canlandırması və yenidən yaratması deməkdir. Bax biz tərcümə fəaliyyətini bu baxımdan önəmli və mədəniyyət davamız üçün təsirli sayırıq. Zəkasının hər üzünü bu cür əsərlərə çevirə bilmiş xalqlarda düşüncənin ən silinməz vasitəsi olan yazı və onun arxitekturası olan ədəbiyyatın, bütün kütlənin ruhuna qədər işləyən və hopan bir təsiri var. Bu təsirin fərd və cəmiyyət üzərində eyni olması, zamanda və məkanda bütün sərhədləri deşib keçəcək bir sağlamlıq və yayqınlığı göstərir. Hansı xalqın kitabları bu yöndə zəngindirsə, o xalq, mədəniyyət dünyasında daha yüksək bir düşüncə səviyyəsindədir. Bu baxımdan tərcümə fəaliyyətini sistemli və diqqətli bir şəkildə idarə etmək, onun genişlənməsinə, irəliləməsinə xidmət etməkdir.
23 İyun 1941
Milli Təhsil Naziri
Həsən Əli Yücəl
ŞƏRHLƏR