Azərbaycan Media Mərkəzində qalmaqal baş verib
29.06.2009. Bu gün Azərbaycan Media Mərkəzində qalmaqal baş verib. Hüquq Siyasəti və Dövlət Quruculuğu Parlament komissiyasının sədri Əli Hüseynov İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu ilə “QHT-ın böhrandan çıxış yolu” mövzusunda debatda üz-üzə gəlməyib. Brifinqdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkli Azay Quluyev sabah parlamentdə müzakirə olunacaq QHT haqqında qanuna yenidən əlavə və dəyişikliklər barədə məlumat verib: “ Bu gün Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasının keçirdyi iclasda QHT sektorunu, ayrı-ayrı vətəndaş cəmiyyəti təmsilçilərini narahat bütün maddələr ilə bağlı ümumi bir fikir ifadə olundu ki, bu maddələr gündəmdən çıxarılsın. Haqqında danışdığımız qanun layihəsi gündəmdədir. Amma Milli Məclisə sabah tamamilə yeniləşmiş bir variant təqdim olunacaq. Mən düşünürəm ki, iyunun 19-da təqdim olunan variantdan köklü şəkildə fərqli olacaq. Bu fərq QHT sektorunu narahat edən bütün maddələrı əhatə edir”.
A.Quliyev ümid edir ki, bundan sonra QHT-ə, xüsusilə də onların fəaliyyətinə məhdudiyyət yarada biləcək hallar qanunvericilikdə olmayacaq. “Əlbəttə rəsmi sənəd təqdim olunandan sonra, biz tam əmin olacağıq ki, vəziyyət hansı istiqamətdədir”.
A. Quliyevin sözlərinə görə, yeni QHT-nın fəaliyyəti üçün müsbət qeydiyyat, hüquqi status almaq tələbi, filal və nümayəndliklərin yaradlması ilə bağlı tələb, üzvlər haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanında reysterə daxil edilməsi məcburiyyəti, qeydiyyatı ləğv olmuş QHT təmsilçilərinin məhkəmə yolu ilə sanksiyaya məruz qalması məsələsi və QHT-in auditdən keçməsi maddəsi də aradan qaldırılıb.
Millət vəkili həmçinin xarici QHT və nümayəndəliklərin yaradlması üçün Azərbaycan hökuməti ilə xarici QHT-nin təmsil etdiyi ölkə ilə müqavilənin bağlanması maddəsinin də aradan qalxacağını ehtimal etdiyini bildirib: “Mən düşünürəm ki,QHT-ə xarici mənbələrdən daxilolmaların 50 %-dən artıq olmaması tələbi də ardan qaldırılacaq”.
A.Quliyev politoloq İlqar İbrahimlinin tənqidi münasibətindən sonra brifinqi yarımçıq tərk edib. Sonda İTM-nin rəhbəri Qubad İbadoğlu qanuna əlavə və dəyişiklərə etiraz əlaməti olaraq, Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin sabah saat 11-də MM-in binasının qabağında piket keçirəcəklərini bildirib.
Şamo Eminov
ŞƏRHLƏR