Əsas səhifə > Kitab, Mədəniyyət > Luigi Pirandello – Siciliya portağalları

Luigi Pirandello – Siciliya portağalları

SİCİLYA PORTAĞALLARI

(1910)

İştirakçılar:
Micuccio Bonavino – bandoda çalğıcı
Marta Marnis – ana
Sina Marnis – müğənni
Ferdinando – nökər
Dorina – xidmətçi
Çağrışlılar (qonaqlar)
Digər nökərlər

Şimali İtaliya şəhərlərindən birində. Bugün. Səhnədə keçid otağı görünür. Əşya azdı: Kiçik bir stol, bir neçə stul. Səhnənin (aktyora görə) sol küncü bir pərdəylə örtülüb. Sağda və solda yan çıxışlar. Dərinlikdə, böyük şüşəli qapının açıldığı qaranlıq bir otaq  və bu otağı parlaq işıqlı bir salona birləşdirən bir qapı. Qapının şüşələrindən  bu salonda çox zəngin bir süfrə qurulduğu görülür. Gecə, otaq qaranlıq. Pərdənin arxasında bir nəfər xoruldayır. Pərdə açıldıqdan bir az sonra, sağdakı qapıdan, əlində fanarla Ferdinando girir. Köynəkdədi, amma bir frak geyindimi süfrədə xidmət edə bilər. Arxasında da, kəndli olduğu ilk baxışda anlaşılan Micuccio Bonavino. Kürəyində, yaxasını qulaqlarına qədər qaldırdığı paltosu, ayağında dizinə qədər olan çəkməsi. Bir əlində köhnə bir torba, o birinidə köhnə bir çamadan və yorğunluqdan güclə daşıdığı bir çalğı qutusu var idi. Otaq işıqlananda pərdənin arxasından gələn xorultu kəsilir və Dorinanın səsi gəlir.

DORINA
– Kimdir  o?
FERDINANDO
Fanarı stolun üstünə qoyaraq :
– Ey Dorina, qalx! Bax,  Mister Bonvicino gəlib.
MICUCCIO
(Burnunun ucundakı bir damla düşsün deyə başını silkələyərək özünü doğruldur)
– Bonvicino yox, Bonavino.
FERDINANDO
– Düzdü,  Bonavino.
DORINA
(Pərdənin arxasından, əsnəyərək)
– Yaxşı, bəs kimdi o?
FERDINANDO
– Xanımın qohumu.
(Micuccioya)
– Xanım  nəyinizdi, quzum? Bacısı oğlusunuz yəqin?
MICUCCIO
(Çaşqınlıqla, qətiyyətsizliklə)
– Yox, tam qohum deyilik… Şeydi… Micuccio Bonavinoyam mən, o bilir.
DORINA
(Marağına səbəb olub, yuxusunu tam almasa da, pərdənin arxasından çıxır)
– Xanımın qohumumu?
FERDINANDO
(Tələsik)
– Dayan bir! İmkan ver anlayaq.
(Micuccioya)
– Hemyerlisisiniz, yoxsa ? Marta elə isə “Xala”nın olub-olmadığını nə üçün soruşdunuz? (Dorinaya)
– Başa düşürsən? Qohumu, bacısı oğlu olduğunu düşünmüşdüm mən də. Sizi içəri buraxa bilmərəm dosdum.
MICUCCIO
– Məni içəri ala bilməzsiniz ? Bəlkə xüsusilə onun üçün gəlmişəmsə? Xüsusilə…
FERDINANDO
– Xüsusilə nə üçün?
MICUCCIO
– Onu görmək üçün…
FERDINANDO
– E e e, bu saatda görməyə gələrlər, canım. Evdə yoxdu!
MICUCCIO
– Qatar bu saatda gəlirsə mənim günahım nədi? “Daha sürətli get ay qatar” deyə bilməzdim ki?
(Əllərini birləşdirib, xoş görünmək istəyən kimi gülümsəyərək)
– Qatardı da! Nə vaxt gəlməsi lazımdı o vaxt gəlir. İki gündü yoldayam…
DORINA
(Başdan ayağa süzərək.)
– Görünür!
MICUCCIO
– Görünür hə? Çox görünür? Necəyəm?
DORINA
– Pis gündə dosdum. İnciməyin.
FERDINANDO
– Sizi içəri buraxa bilmərəm. Sabah tezdən gəlin, evdə olacaq. Xanım teatrdadı indi.
MICUCCIO
– Nə səhər tezdən! Hara gedim indi mən, geceyarısı, heç kimi də tanımıram eləmirəm. Evdə yoxdusa, gözləyərəm. Böyük problemdi ha! Nə olacaq ki, burda gözləsəm?
FERDINANDO
– Sizə deyirəm ki, icazəsiz…
MICUCCIO
– Nə icazəsi? Siz məni tanımırsınız…
FERDINANDO
– Tanımadığıma görədi də onsuz da. Sizin üstünüzdə azar eşitmək istəmirəm!
MICUCCIO
(Onu inandırmaq istəyilə gülümsəyərək, barmağıyla xeyir deyə işarə edir)
– Rahat olun.
DORINA
(Ferdinandoya)
– Xanım da bu axşam tam onunla əlləşəcək haldadı aa!
(Micuccioya)
– Görürsünüz, dosdum?
(Dibdəki işıqlı salonu göstərir)
– Böyük şənlik var bu axşam!
MICUCCIO
– Doğurdan? Nə şənliyi?
DORINA
– Xanımın…
(Əsnəyir)
….şərəfinə.
FERDINANDO
– Allah bilir, səhərə kimi oyağıq bu gecə!
MICUCCIO
– Yaxşı, lap yaxşı! Əminəm ki, Teresina məni görən kimi…
FERDINANDO
(Dorinaya)
– Başa düşürsən? Teresina deyir ona, o qədər. “Müğənni Teresina” burdamı yaşayır deyə soruşdu məndən.
MICUCCIO
– Nədir yaxşı? Müğənni deyil ki? Belə deyilsə… Mənə sizmi öyrədəcəksiniz?
DORINA
– Onu yaxından tanıyırsınız, hə?
MICUCCIO
– Yaxından? Bir yerdə böyümüşük ikimiz!
FERDINANDO
– Neynəyək?
DORINA
– Qoy gözləsin.
MICUCCIO
(İncimiş halda)
– Əlbəttə gözləyəcəm… O nə deməkdi? Bura gələndən sonra…
FERDINANDO
– Burda oturun  heç olmasa. Mən əllərimi yuyum. Süfrəni hazırlamalıyam.(Dibdəki salona gedir)
MICUCCIO
– Ox, nə  ƏLA! Sanki mən… Bəlkə də məni belə, səfər kir-pası içində görüb deyə… Bunu, teatrdan dönəndə Teresinaya desəydim..
(Bir şeydən şübhələnmiş kimi ətrafına baxır)
– Bağışlıyın, bu ev kimindi görəsən?
DORINA
(Micuccioyu başdan ayağa süzüb məzələnərək)
– Burda yaşadığımıza görə, bizimdi yəqin.
MICUCCIO
– Elə isə!
Yenidən salona tərəf baxır)
– Ev böyükdü?
DORINA
– Elə-belə.
MICUCCIO
– Ora salondu yəqin.
DORINA
– Mərasimlər üçün. Bu gece yemək var.
MICUCCIO
– Doğrudan! Nə süfrədi amma! Necə gözəl işıq! Par-par!
DORINA
– Gözəldi, elə deyilmi?
MICUCCIO
(Məmnun bir tövrlə əllərini ovuşdurur)
– Deməli doğru imiş!
DORINA
– Nədi doğru olan?
MICUCCIO
– həə… görünür… vəziyyətləri yaxşıdır…
DORINA
– Sina Marnis kimdir, bilirsiniz?
MICUCCIO
– Sina? Hə, doğurdan! İndi belə deyirlər. Marta xala yazmışdı. Teresina… əlbət… Teresina: Sina…
DORINA
– Dayanın görüm… başa düşdüm deyəsən… siz…
(Ferdinandonu salondan çağırır)
– Ey y! Gəl, Ferdinando… Kim olduğunu bilirsən? Anasının həmişə məktub yazdığı…
MICUCCIO
– Düz-əmməli də yaza bilmir, yazıq…
DORINA
– Bəli, bəli, Bonavino. Amma… Domenico! Adınız Domenicodur?
MICUCCIO
– Domenico, ya da Micuccio, eyni şeydi. Biz Micuccio deyirik.
DORINA
– Bu yaxınlarda xəstələnmişdiniz, elə deyil?
MICUCCIO
– Bəli, çox pis. Öləcəkdim. Öləcək! Başucumda şamlar.
DORINA
– Xanım Marta sizə nəsə göndərmişdi. Bəli, yadımdadı… Poçta birlikdə getmişdik.
MICUCCIO
– Bəli, göndərmişdi. Gəlişimin bir səbəbi də budur. Yanımdadı pul.
DORINA
– Geri gətirdiniz?
MICUCCIO
(Həyəcanlanır)
Önəmli deyil canım! Puldu da… söz etməyə dəyməz! Gəlməklərinə çoxmu qalıb görəsən?
DORINA
(Saata baxır)
– Eh, xeyli var… Sonra, bu gecə… hələ bir düşünün!
FERDINANDO
(Süfrə dəsti ilə salondan soldakı çıxışa tərəf gedərkən, bağırır)
– Gözəl! Bravo! Bis! bis! bis!
MICUCCIO
(Gülümsəyərək)
– Nə səsi var amma, elə deyilmi?
FERDINANDO
(Gedərkən)
– Bəli, elədir… səsi də…
MICUCCIO
(Yenə əllərini ovuşdurur)
– Öyünə bilərəm! Mənim əsərimdi!
DORINA
– Səsimi?
MICUCCIO
– Mən kəşf eləmişəm!
DORINA
– Hə, doğrudan?
(Ferdinandoya)
– Eşitdinmi, Ferdinando? O kəşf edib – səsini.
MICUCCIO
– Çalğıçıyam, mən.
FERDINANDO
– Hə! Çalğıçı? Bravo! Nə çalırsınız? Trompet?
MICUCCIO
(Əvvəlcə barmağıyla inkar edir, sonra ciddi bir tövrlə)
– Yox. Nə trompeti! Fleyta. Orkestrda çalıram. Bizim qəsəbənin bələdiyə orkestrində.
DORINA
– Adı nəydi… Dayanın, dilimin ucundadı…
MICUCCIO
– Palma Montechiaro əlbəttə, nə olsun istəyirsiniz?
DORINA
– Hə, elədi, Palma, elədi hə…
FERDINANDO
– Deməli səsini siz kəşf elədiniz?
DORINA
– Hə, danışın necə oldu bu! Qulaq as, Ferdinando.
MICUCCIO
(Çiynin silkələyir)
– Necə oldu? Mahnı oxuyurdu…
DORINA
– Və siz, o dəqiqə, bir çalğıcı olaraq… hə?
MICUCCIO
– Yox, dərhal yox, əksinə…
FERDINANDO
– Vaxt lazım oldu buna?
MICUCCIO
– Dayanmadan mahnı oxuyurdu… bəzilərin də acığına…
DORINA
– Hə?
FERDINANDO
– Nə üçün, acığına?
MICUCCIO
– Bir çox şeyi düşünməmək üçün…
FERDINANDO
– Nə kimi?
MICUCCIO
– Dərdlər, çətinliklər, yazıq, həə, o vaxtlar! Atası ölmüşdü. Mən, bəli, kömək edirdim, amma… Marta xalayla, anasıyla ikisinə. Anam istəmirdi doğrusu… və… nəticədə…
DORINA
– Onu sevirdiniz, deməli?
MICUCCIO
– Mən? Teresinanı? Güldürməyin adamı! Anam onu tərk etməyimi istəyirdi, çünki heç bir şeyi yox idi yazığın, atasız idi… Halbuki mənim, yaxşı-pis orkestrda bir yerim var idi…
FERDINANDO
– Amma… Əvvəl axır, nişanlanmışdınız?
MICUCCIO
– Ailəm istəmirdi, o vaxtlar! Acığına mahnı oxuyardı Teresina da…
DORINA
– Hə! Bax hələ… bəs siz?
MICUCCIO
– Allah! Allahın ilhamı, başqa şey deyil canım! Heç kim fikir verməmişdi, mən də. Birdən, bir səhər…
FERDINANDO
– Qismət!
MICUCCI
– Heç unutmaram! Bir aprel səhəri idi. Pəncərədə, damlara mahnı oxuyurdu… Tavanarası pəncərəsində!
FERDINANDO
– Görürsən?
DORINA
– Sus!
MICUCCIO
Ne pis şey var ki bunda? Səbrin sonu sağlamlıqdır deyiblər…
DORINA
– Elədir! Sonra? Mahnı oxuyurdu?
MICUCCIO
– Daha əvvəl, bəlkə min dəfə qulaq asmışdım, ondan, o bizim məmləkət havasını…
DORINA
– Hava?
MICUCCIO
– Bəli, bir mahnı parçası! Heç üstündə durmamışdım. Amma o səhər… Bir mələk, bəli, sanki bir mələk mahnı oxuyurdu! Nə anasına, nə özünə bir şey demədən, axşama doğru orkestr şefini gətirdim tavanarasına, özü dostumdur … Çox yaxşı dostdur, ona görə, Saro Maloviti… Çox yaxşıdır, yazıq… Onu dinlədi… İşini bilir, yaxşı şefdir… Hamı tanıyır Palmada… “Bu səs” dedi, “bir mələk səsi!” Düşünün bir, nə qədər sevindim! Dərhal bir pianino kirayə götürdüm, çardağa çıxartdım… heç danışım! Notlar aldım, və dərhal, şef dərsə başladı… Pul ilə deyil amma, arada bir  kiçik hədiyədən paydan verirdim… Mən kim idim ki? İndi kiməmsə o: Kasıbın biri… Pianino bahalı idi, notlar da əlbəttə… sonra Teresina yaxşı qidalanmalıydı…
FERDINANDO
– Hə, elədi!
DORINA
– Mahnı oxumağa gücü olsun deyə…
MICUCCIO
– Ət alırdım, hər gün! Bununla öyünə bilərəm!
FERDINANDO
– Vay canına!
DORINA
– Halaldı.
MICUCCIO
– Öyrənməyə başladı. Dərhal hiss olundu bu. Orda otururdu, göy üzündəymiş kimi … Bütün       qəsəbədən eşidilirdi, nə səs idi… Xalq… Beləcə, aşağıda, küçədə, dinləyirdi…Yanırdı, yanır, qətiyyətli… Mahnı oxumağı qurtaranda qollarımdan tuturdu məni… Bax belə… (Ferdinandonu tutur)  Və titrəyirdi… Elə bilərdin dəli olub… Artıq bilirdi çünki, nə olacağını görürdü… Şef də deyirdi sonra. Mənə necə təşəkkür edəcəyini bilmirdi. Marta xala isə, əksinə, yazıq…
DORINA
– İstəmirdimi?
MICUCCIO
– İstəmirdi yox, inanmırdı, vəssaalam. Həyatı boyu o qədər əziyət çəkib ki, yazıq, o qədər vaxt ərzində boyun əydiyi vəziyyətini dəyişdirməyi Teresanın ağlından keçirməyini belə istəmirdi. Qorxurdu yəqin. Mənə necə baha başa gəldiyini yaxşı bilirdi həm də… qohumlarıma da… Amma hamısı ilə əlaqəmi kəsdim, atamla, anamla, hamısıyla. Qıraqdan bir musiqiçi gəlmişdi Palmaya… konsertlər verirdi… Adı yadımda deyil indi… Olduqca tanınmış birisiydi! Teresinanı dinlədi və onu bir şəhərə, büyük bir konservatoriyaya göndərməməyin bir günah, böyük bir günah olacağını dedi… Bax onda hirsləndim, hamısıyla əlaqəmi kəsdib atdım, rahib olan bir dayımın öləndə mənə miras qoyub getdiyi tarlanı satıb Teresanı Napoliyə, konservatoriyaya göndərdim.
FERDINANDO
– Siz hə?
MICUCCIO
– Bəli, mən.
DORINA
(Ferdinandoya)
– Öz pulu ilə, başa düşürsənmi?
MICUCCIO
– Dörd il oxutdum onu. Dörd. O vaxtdan bəri heç görmədim.
DORINA
– Heçmi?
MICUCCIO
– Heç. Çünki… sonra teatrlarda mahnı oxumağa başladı, başa düşürsüz? Gah burda, gah orda … Uçmağa başladı… Napoliden Romaya, Romadan Milana… sonra İspaniya… Rusiya… sonra yenə burda…
FERDINANDO
– Fırtına kimi!
MICUCCIO
– Həə, bilirəm! Hamısı burdadı, çamadanımda, qəzetlər… məktublar da yanımdadı… (pencəyinin döş cibindən bir dəsdə məktub çıxarır.)
Onun və anasının məktubları… Budur burdadı: Onun sözləri bunlar, ölmək üzərə ikən mənə pul göndərdiyi vaxt yazmışdı: “Sevgili Micuccio, sənə yazmağa vaxtım yoxdu. Anamın dediklərinə qoşuluram. Özünə yaxşı bax, tez sağal və məni sev – Teresina.”
FERDINANDO
– Həə… Çox göndərmişdi?
DORINA
– Min liretti,  elə deyil?
MICUCCIO
– Elədi, min.
FERDINANDO
– Bağışlayın, satdığınız tarlanın dəyəri nə qədər idi?
MICUCCIO
– Nə dəyəri olabilər ki? Az… Bir parça torpaq idi…
FERDINANDO
(Dorinaya göz vuraraq)
– Elə…
MICUCCIO
– Pul da yanımdadı, burda. Heçbir şey istəmirəm. Elədiklərimi ona görə elədim. Peşəsində irəliləsin deyə, iki-üç il gözləməyə qərar vermişdik… Marta xala da hər zaman yazırdı mektublarında. Həqiqət budur ki, bu pulu gözləmirdim. Amma göndərdiyinə görə, yaxşı qazanır, peşəsində irəliləyib deməli…
FERDINANDO
– Özü də nə irəliləmək!
MICUCCIO
– Elədisə vaxtı gəldi…
DORINA
– … evlənməyin?
MICUCCIO
– Mən burdayam.
FERDINANDO
– Sina Marnis ilə evlənmək üçün gəlmisiniz?
DORINA
– Sus! Ortada söz varsa! Heç  nə başa düşmürsən … Əlbət ki! Evlənmək üçün…
MICUCCIO
– Mən heç nə demirəm: Burdayam. Hər şeyi qəsəbədə tərk etdim: ailəmi, orkestri, hər şeyi. Ölüb-ölüb dirildiyim bir anda gələn min liretə görə ailəmlə dalaşdım. Özü gizlətmək istəyən anamın əlindən zorla qopardım. Xeyir, pul heç önəmli deyil! Micuccio Bonavino üçün pul, heçdi! Mən harda olsa, dünyanın o biri üzü də olsa yaşayaram, çörəyimi daşdan çıxardar, yaşayaram. Əlimdə sənətim var. Fleyta da yanımda…
DORINA
– Doğrudan? Fleytanız yanınızdadı?
MICUCCIO
– Necə olmasın! Bir bədəndə iki ruh kimiyik biz!
FERDINANDO
– Biri mahnı oxuyur, o biri çalır. Başa düşürsən?
MICUCCIO
– Orkestrda çala bilmərəm ki guya?
FERDINANDO
– Əlbət ki çalarsınız! Niyə də olmasın?
DORINA
– Yəgin ki, çox gözəl çalırsınız!
MICUCCIO
– Aşağı-yuxarı 10 ildir çalıram…
FERDINANDO
– Bizim üçün birşey çala bilərsiz?
(Çalğı alətini gətirməyə gedir)
DORINA
– Bəli, bəli. Bravo! Bir şeylər çalın daha!
MICUCCIO
– Olmaz! Bu saatda olar heç?
DORINA
– Bir-iki parça, nə olar!
FERDINANDO
– Kiçik bir parça…
MICUCCIO
– Olmaz axı!
FERDINANDO
– Yalvartmayın bizi!
(Qutunu açıb aləti çıxardır)
– Budur alətiniz!
DORINA
– Hə!  bir parça…
MICUCCIO
– Amma olarmı?.. belə… tək başına…
DORINA
– Önəmli deyil! Hələ bir yoxlayın!
FERDINANDO
– Yoxsa mən çalacam ha!
MICUCCIO
– Siz istəyəndən sonra mənim üçün fərqi yoxdu… Teresinanın o gün çardaqda oxuduğu mahnını çalım sizin üçün?
FERDINANDO ve DORINA
– Bəli, bəli, bəli! Bravo! Onu!
(Micuccio oturur ve böyük bir ciddiliklə çalmağa başlayır. Ferdinando və Dorina gülməmək üçün özlərini güclə saxlayırlar. Başqa bir fraklı qulluqçu, aşbaz, aşbaz köməkçisi də qulaq asmağa gəlir. Əvvəlkilər susub dinləməyi işarə edirlər. Micuccionun çalmasını bir zəng səsi kəsir)
FERDINANDO
– Budur, xanım gəldi!
DORINA
(Digər qulluqçuya)
– Get qapını aç!
(Aşpazla köməkçisinə)
– Siz də gedin işinizə! Gələn kimim süfrəyə oturmaq istədiyini demişdi.
(O birilər gedir)
FERDINANDO
– Frak? Hara qoydum?
DORINA
– Oradadı!
(Pərdənin arxasını göstərir və qaçaraq gedir. Əlində instrument, çaşqın, Micuccio ayağa qalxır. Ferdinando gedib frakını tapır və tələsik geyinir, sonra, Micuccionun da Dorinanın arxasınca getmək istədiyini görəndə, kobud bir şəkildə dayandırır)
FERDINANDO
– Siz burada qalın! Əvvəlcə xanıma xəbər verməliyəm.
(Ferdinando gedir. Micuccio kədərli, çaşqın, içində sıxıntılı bir hiss əzici ağırlığıyla tək qalır)
MARTA XALANIN SƏSİ
(İçəridən)
– İçəri, Dorina! Salona! Salona!
(Ferdinando, Dorina, digər qulluqçular sağdakı qapıdan, səhnədən keçib dibdəki salona tərəf gedirlər. Çiçək dolu səbətlər, çələnglər vardı əllərində. Micuccio başını uzadıb salona baxır və aralarında anlaşılmaz bir şəkildə danışan fraklı bəylər görür. Dorina büyük bir həyəcanla səhnəyə qayıdır, sağdakı qapıya yönəlir.)
MICUCCIO
(Qoluna toxunaraq)
– Gələnlər kimdi?
DORINA
(Dayanmadan)
– Qonaqlar!
(Gedir. Micuccio yenidən baxır. Görüntü dumanlanır. Çaşqınlığı, coşğusu o qədər büyükdür ki, gözlərinin yaşla dolduğuna belə fikir verməz. Gözlərini yumar, sanki cingildəyən bir qəhqəhənin yaratdığı şübhələr və böyük ağrıya qarşı dözmək üçünmüş kimi, büzülür: Sina Marnistir gülən, o biri tərəfdə. Əlində iki yeni çiçək səbətiylə yenə Dorina girir.)
DORINA
(Dayanmadan, salona yönələrək)
– Bu nədi? Ağlıyırsınız?
MICUCCIO
– Mən? Yox!.. Bütün bu izdiham…
(Sağdakı qapıdan başında şapkası, kürəyində, sanki onu əzən, zəngin, görkəmli bir yun paltoyla, yazıq yaşlı Marta xala girir. Micuccionu görəndə qışqırmamak üçün güclə saxlayır özünü)
MARTA
– Necə! Micuccio… Sən burdasan?
MICUCCIO
(Üzünü açır və sanki qorxurmuş kimi, ona baxır)
– Marta xala… Oh Allahım… Siz, belə?
MARTA
– Nə… Necə gördün məni?
MICUCCIO
– Siz,  şapkayla?
MARTA
– Hə, elə…
(Başını yelləyir, bir əlini qaldırır.  Sonra, tələsik.)
– Hardan çıxdın belə? Xəbər verməmiş! Ne olub?
MICUCCIO
Gəl… gəldim…
MARTA
Elə bu axşam! Oh Allahım,  Allahım…gözlə… Nə edək? Nə edək? Görürsən camaatı, görürsən oğlum? Teresinanı təbrik edirlər…
MICUCCIO
– Bilirəm.
MARTA
– Onun gecəsidi, başa düşürsən? Gözlə, gözlə biraz burda…
MICUCCIO
– Əgər… əgər sizcə, getmək lazımdırsa…
MARTA
– Yox: Biraz gözlə deyirəm.
(Salona gedir)
MICUCCIO
– Mən hardan bilim… bu məmləkətdə…
(Marta xala qayıdır, əlcəkli əli ilə işarə edir ki, gözləsin və salona girir. Bir an böyük bir səssizlik olur və sonra, Sina Marnisin bu aydın, nəzakətli sözləri eşidilir: “Bir dəqiqə, bəylər”. Micuccio yenə üzünü əlləriylə örtür. Amma Sina gəlmir. Əksinə, şapqasız, əlcəksiz, paltosuz, çaşqınlığı biraz keçmiş, Marta xala qayıdır)
MARTA
– Budur gəldim… budur gəldim…
MICUCCIO
– Bəs … Teresina?
MARTA
– Xəbər verdim… dedim ona… indi, indi gələcək… bir dəqiqəlik… əllərindən qaça bilsə gəlib görünəcək… Ona qədər biz burda oturarıq, hə?.. məmnunsan?
MICUCCIO
– Mənim üçün…
MARTA
– Mən səninlə qalacam.
MICUCCIO
– Yox amma… əgər, əgər istəyirsiniz, siz də ora getməlisinizsə…
MARTA
Yox yox… Yemək yeyirlər indi, başa düşürsən? Pərəstişkarları… Meneceri… Peşə, başa düşürsən? Biz ikimiz burda qalacağıq. Dorina, tez bizə bir süfrə qur… və… Biz də birliktə yeyərik, mən və sən, burda, hə? Nə deyirsən? İkimiz başbaşa. Gözəl günləri xatırlayarıq…
(Soldakı qapıdan bir stol örtüyü və süfrə dəstiylə Dorina girir)
– Cəld, Cəld Dorina… Gəl bura… Mənim üçün, bu sevgili oğlum üçün… Sevgili Micucciom! Səninlə birlikdə olduğuma inana bilmirəm heç cür.
DORINA
– Budur, siz oturun.
MARTA
(Oturaraq)
– Bəli, bəli… Burda, beləcə ayrı,təkcə ikimiz… Orda, başa düşərsən… bir çox bəylər… O, yazıq, neynəsin! Başqa cür edə də bilməz ki! sənətdi bu… Neynəyəsən! Q qəzetləri gördün? Böyük şeylədir, oğlum! Böyük şeylər… Bax mən, bilirsən? dəniz üstündə imiş kimiyəm…Səninlə burda, bu axşam belə başbaşa olduğumuza heç cür inana bilmirəm.
(Əllərini ovuşdurur, duyğulu gözlərlə baxaraq gülümsəyir)
MICUCCIO
(Dalğın, sıxılmış bir səslə)
– Gələcəyini demişdi eləmi? Heç olmasa bir dəfə görmək istəyirəm… Heç olmazsa…
MARTA
– Əlbəttə ki, gələcək! Bir dəqiqə belə sərbəst olsa, demədim ki, sənə? Amma, bir fikirləş, onun da nə qədər xoşuna gələrdi, burda, bizimlə bir yerdə olmaq… Səninlə, bu qədər vaxtdan sonra… neçə il keçib? Çox, çox… Ah, oğlum, dən olub elə bil, hərdən də sonzuluq qədər uzaq imiş kimi … Nələr, nələr çəkdim… həqiqət deyil sanki. Desəydilər inanmazdım, orda, Palmada ikən daha… çardaq arasında gəlirdin ee sən… damın altında qaranquş yuvaları var idi e, xatırlayırsan? Otağın içində uçuşurdular… Üzümüzə sürtülürdülər sanki… Bəs mənim pəncərədəki saxsılarım… bəs Annuza, qonşu qadın Annuza nə oldu, necədir?
MICUCCIO
– Eh…
(“Öldü!” mənasında işarə eləyir)
MARTA
– Ölübmü? Həə, təxmini bilirdim… Qoca qarı, məndən də yaşlı idi… Yazıq Annuzza … Bir diş sarımsaq istəyərdi, xatırlayırsan? Bu bahanə ilə gələrdi… tam iki loxma bir şey yemək üçün oturanda, borca bir diş sarımsaq… həə… Yazıq! Həə, kim bilir daha kimlər öldü, ha, Palmada? Amma! heç olmasa orda, öz qəbirstanlığımızda yatırlar, atalarının yanında… Mən isə… Kim bilir harda qalacaq sümüklərim… Bəsdi… gəl bunları qoyaq kınara!
(Dorina ilk yeməklə gəlir və qabına qoymaq üçün Micuccioya yaxınlaşır)
– Oo, afərin Dorina!
(Micuccio, əvvəlcə Dorinaya, sonra Marta xalaya baxır, çaşqın haldadı və utanıb, yeməyi almaq üçün əllərini qaldırır, səfərdən kir-pas içində olduqlarını görür və yənə də endirir, daha çox çaşqın)
Bura, bura qoy, Dorina! Mənə bax, ona mən verərəm… (Yemək qoyur)
Bax belə… Necədi, yaxşıdırmı, hə?
MICUCCIO
– Bəli, bəli… Təşəkkürlər…
MARTA
(Özünə də yemək qoyub)
– İndi oldu…
MICUCCIO
(Göz vuraraq məmnunluğunu bildirən əl hərəkəti edir)
– Hımm… əla… çox dadlıdır…
MARTA
– Şərəf gecəsidir, başa düşürsən? Gəl, yeyək! Amma, əvvəl…
(Xaç çəkir)
– Burda eləyə bilərəm, sənin qabağında…
(Micuccio da xaç çəkir)
– Afərin oğlum! Sən də… Afərin Micucciom, həmişəki kimisən, yazıq! İnan, orda yemək istəyəndə, xaç çəkməmiş boğazımdan aşağı enmir, yediyim… Ye, ye!
MICUCCIO
– Oxx, elə acam ki! Bilirsiz, iki gündü bir şey yeməmişəm?
MARTA
– Necə! Yolda yeməmisən?
MICUCCIO
– Yemək götürmüşdüm… Burdadı, çamadanda. Amma…
MARTA
– Amma?
MICUCCIO
– Deyim? Utandım, Marta xala. Gözümə az göründü… Hamı da elə bil mənə baxırdı…
MARTA
– Ah, axmaq, ah! Oruc tutdun, deməli? Dayanma ye, yazıq Micuccio. Çox acsan yəqin! İki gün deməli… İç… al, iç…
(Şərab verir)
MICUCCIO
– Təşəkkürlər… İndi içirəm…
(Arada bir, qulluqçudan yemək qabları ilə dibdəki salona girib çıxanda qapını hər dəfə aralı qoyanda, qarışıq sözlər və qəhqəhə dalğası gəlir. Micuccio, həyəcanlanır, başını qabdan qaldırır, Marta xalanın əzab çəkən, sevgi dolu gözlərinə baxır, orda  bir izah oxumaq istəyirmiş kimi)
– Gülürlər…
MARTA
– Elədi… İç, iç… Hardadı bizim yaxşı şərabımız, Micuccio! Necə də darıxıram, bilməzsən! Altımızda yaşayan Miçelanınkını hələ… Miçeladan nə xəbər, Miçeladan?
MICUCCIO
– Miçela?  Yaxşıdı, yaxşıdı…
MARTA
– Bəs qızı Luzza?
MICUCCIO
– Evləndi… İki uşağı var…
MARTA
– Doğurdan? Bizə qonaq gələrdi, yadındadı? Həmişə şən idi! Ah, Luzza… gör hələ… Evləndi deməli… Kim ilə evləndi?
MICUCCIO
– Toto Licasi, vergi məmuru, tanıyırdınız?
MARTA
– A, doğurdan? Çox yaxşı… həə, Mariangela nənə oldu deməli? Nənə oldu?  Nə xoşbəxtdir! İki uşaq dedin?
MICUCCIO
– Hə, iki…
(Salondan gələn yeni bir gurultu dalğasıyla həyəcanlanır)
MARTA
– İçmirsən?
MICUCCIO
– Bəli, indi…
MARTA
– Fikir vermə! Gülürlər də, bilirsən, çoxlu insan olanda! Həyat belədir, dostum, nə olsun istəyirsən? Sənətdi. Meneceri də burdadı…

(Dorina əlində yemək qabı ilə gəlir)

– Bu da, Dorina… ver, Micuccio, boşqabını ver… Bu da xoşuna gələcək.

(Bir az qoyaraq)

– Sən də…

MICUCCIO

– Siz qoyun, siz qoyun!

MARTA

(Bir az da qoyaraq)

– Budur, bəsdir.

(Özünə də qoyur. Dorina gedir)

MICUCCIO

– Nə gözəl öyrənmisiniz! Məni təəcübləndirirsiniz!

MARTA

– Məcburi olaraq, oğlum!

MICUCCIO

– Sizi o yun paltoda, başınızda şapka ilə görəndə…

MARTA

– Məcburi olaraq! Ağlıma salma belə şeyləri!

MICUCCIO

– Bilirəm… Bəli! Rolunuzu oynamağa məcbursunuz! Amma sizi bir görsəydilər, bu görkəmdə görsəydilər, Palmada, Marta xala!

MARTA

(Üzünü əllərinin arasında gizlədərək)

– Oy Allah, ağlıma salma deyirəm! İnan, fikirləşdikcə elə utanıram! Özümə baxıb “Mən belə hə?” deyirəm öz-özümə və karnaval üçün geyinmiş kimi hiss eliyirəm… Amma, neynəyəsən? məcburən!

MICUCCIO

– Amma, deməli… deməli, deyirəm ki, tamamilə… Hədəfinə çatıb artıq? Görünür! Böyük şeylər! Yaxşıca pul verirlər ona, elə deyil?

MARTA

– Elədi, bəli… yaxşı…

MICUCCIO

– Bir axşama nə qədər?

MARTA

– Dəyişir. Fəsilə, teatrına görə, başa düşürsən? Amma, bilirsən, oğlum? Çox, çox  bahalıdır bu həyat… Pulun necə gəlib-getdiyini başa düşmürsən! Çoxlu, çoxlu pul gedir, bir bilsən! Gəlib-gedir… Paltarlar, bər-bəzək… Hər cür xərclər…

(Dibdəki salondan yüksələn yeni bir gurultu eşidib susur)

SƏSLƏR

– Hardadı? Hardadı? Bilmək istəyirik! Hardadı?

SİNANIN SƏSİ

– Bir dəqiqə! Bir dəqiqə deyirəm sizə!

MARTA

– Bu odu! Onun səsidi… Gəlir…

(Sina, xışıldayan ipəklər, par-par parıldayan lal-cəvahirat içində, bəzəkli: sinəsi, qolları, çiyinləri çılpaq, tələsik gəlir. O da birdən-birə təəcüblənir)
MICUCCIO
(əlini bardağa uzadarkən, üzü qızarmış, ağzı açıq, gözləri qızarıb, çaşqın, xəyali bir görüntü qarşısında imiş kimi, baxa-baxa qalır, kəkələyir)
– Teresina…
SİNA
– Micuccio? Hardasan? Ah, budur burdasan… İşlər necədir? Necəsən? Yaxşısan, indi? Afərin, afərin… Xəstələnmişdin sən, hə? Bax, birazdan  görüşərik yenə… Anam da burdadı həm də, yanında… Razılaşdıq, hə? Birazdan …
(Yenə qaçıb, gedir. Olduqca təəcüblənmiş, donub qalır Micuccio. Salonda isə, Sinanın qayıdışı qışqırıqlarla qarşılanır)
MARTA
(Uzun bir səssizlikdən sonra, içinə düşmüş çaşqınlığı pozmaq üçün, ürkək bir şəkildə soruşur) Yemirsən daha?
(Micuccio  heç nə başa düşmədən axmaq-axmaq ona baxır)
– Ye…
(Qabı göstərir)
MICUCCIO
(İki barmağı ilə, dumandan qaralmış, böyümüş yaxasını dartışdıraraq, uzun bir nəfəs almağa çalışır)
– Yemək?
(Barmaqlarını, salam verirmiş kimi, bir neçə dəfə çənəsinin yanında oynadır, yeyə bilmirəm artıq mənasında.  Bir qədər də, bir az əvvəl gördükləri haqda fikrə dalıb, səssiz qalır, sonra yavaşdan)
– Necə olub… Həqiqət… Həqiqət deyilmiş kimi gəlir mənə… Bütün… bütün… belə… (Təhqir eləmədən, ama çaşqın, Sinanın çılpaqlığına işarə edir)
– Bir xəyaldı… Səsi… gözləri… O deyil… Teresina deyil artıq…
(Marta xalanın dalğın-dalğın başını yellədiyinin və onun da, gözləyirmiş kimi, yeməyi dayandırdığını görərək)
– Nə! Heç vaxt… Bir daha düşünmək belə lazım deyil… Hər şey qurtardı… Kim bilir nə vatxdan bəri!.. Nə axmaq imişəm, nə gic imişəm mən… Halbuki məmləkətdə  demişdilər… Amma mən… Sümüklərim qırıldı bura gələcəyəm deyə … Otuz altı saat qatarda… bunun… buna görə… Buna görəymiş məgər, gülməkləri, qulluqçunun, o birilərin… Dorinanın… buna görə imiş! Mən isə… (İki əlinin işarə barmaqlarını təkrar-təkrar bir-birinə yaxınlaşdırıb ayıraraq, kədərlə gülümsəyir, başını yelləyir)
Amma hardan bilərdim bunu? Özü də Teresinanın söz verdiyini düşünərək… Amma bəlkə…  elə olsa da!.. Amma o da hardan bilərdi ki, bir gün belə olacaq? Mən orda, orda fleytamla qalarkən, o belə irəliləyərsə… Amma nə! Artıq fikiləşmək artıqdı…
(Qətiyyətlə, Marta xalaya baxmaq üçün çevrildi)
– Ona görə nəsə elədimsə, adı belə xatırlanmır indi, Marta xala, bu gəlişimlə, ağlınıza əsla bundan yararlanmaq istədiyim fikri gəlməsin…
(Getdikcə daha çox həyəcanlanaraq ayağa qalxır)
– Hətta, gözləyin!
(Bir əlini pencəyinin döş cibinə soxaraq pul qabını çıxarır)
– Gəlişimin bir səbəbi də bu idi: mənə yolladığınız bu pulu geri qaytarmaq. Görürəm ki, Teresina bir… bir kraliça olub! Görürəm ki… nəysə, heç nə! Düşünməyin faydası yoxdu artıq! Amma bu pul, xeyir! Buna layiq deyildim… Nə əlaqəsi var! Qurtardı, danışmayaq artıq… Amma pul, olmaz! Mənə pul, xeyir! Yalnız, hamısını gətirmədiyim üçün təəssüf edirəm…
MARTA
(Titrəyir, kədərlidi, gözləri yaşlı)
– Nə deyirsən, nə deyirsən sən, oğlum?
MICUCCIO
(Susmasını işarə edir)
– Mən xərcləmədim bunları: Ailəm xərcləyib, mən xəstə ikən, xəbərim olmadan. Həmişə ona xərclədiyim qəpik–quruşun söhbətini edirlər… Yadınızdadı? Nə önəmi var… Düşünməyək artıq bunu. Qalanı burdadı. Mən də gedirəm.

MARTA

– Necə olar! Belə tez? Gözlə, gözlə, Teresinaya deyim, heç olmasa. Səni bir daha görmək istədiyini unutdun? Xəbər verməyə gedirəm…

MICUCCIO

(Onu dayandırıb oturdaraq)

Xeyir, xeyri yoxdu. Qulaq asın!

(Salondan, bütün qonaqların, qarmaqarışıq, qəhqəhələr arasında birlikdə oxuduğu kobud opera mahnısı ilə pianino səsi gəlir)

– Qoyun orda qalsın. Onun yeri oradı, orda rahatdı ona… Mən, yazıq… gördüm onu, mənə bəsdi… Hətta siz də… siz də gedin ora… Qulaq asın, necə gülürlər! İstəmirəm mən, istəmirəm mənə gülsün… Gedirəm…

MARTA

(Micuccionun bu ani qərarını ən pis mənada, yəni bir təhqir, qısqanclıq davranışı olduğunu düşünərək və gözyaşı ilə danışaraq.)
– Amma mən… mənə qulaq asmır ki, oğlum…
MICUCCIO
(Gözlərində, birdən, hələ düşmədiyi şübhəni oxuyaraq, üzü qaralır və bağıraraq)
– Niyə?
MARTA
(Çaşır, üzünü əlləriylə gizlədir, amma gözyaşlarının birdən axmağının qarşısını ala bilmir, hıçqırıqlar arasında boğularaq danışır)
– Bəli, bəli, get oğlum, get… Sənə görə deyil artıq, düz deyirsən… Əgər mənə qulaq assaydınız…
MICUCCIO
(Üstünə əyilərək sözünü kəsərək, bir əlini zorla üzündən ayıraraq)
– Deməli… Ah, deməli o, deməli… artıq mənə layiq deyil  deməli?
(Salonda piyano səsi ve  xor davam edir)
MARTA
(Kədərli, ağlayaraq, başıyla bəli işarə edir və sonra elə kədərli bir davranışla əllərini qaldırıb dua eləməyə başlayır ki, Micuccionun hirsi o dəqiqə keçir)
Yazığın gəlsin, mənə yazığın gəlsin Micucciom, yazığın gəlsin mənə!
MICUCCIO
– Bəsdir, bəsdir… Fərqi yoxdu, mən gedirəm… Əksinə, Əksinə… onsuz da indi…
(O anda, Sina salondan içəri gəlir. Micuccio o dəqiqə Marta xalanı buraxıb ona çevrilir, bir qolundan tutub önə dartır)
– Ah, buna görə, deməli… həmişə, həmişə belədi?
(İyrənti ilə çılpaqlığına işarə edir)
– Sinə… qollar… çiyinlər…
MARTA
(Yenidən, yalvarışlı, ürkəkcəsinə)
– Yalvarıram, Micuccio!
MICUCCIO
– Xeyir. Sakit olun. Heç nə eləməyəcəm. Gedirəm. Nə axmağam, Marta xala! Başa düşməmişdim… – Ağlamayın, ağlamayın… – Nə etmək olar? Tale, tale belədir…
(Belə deyərək, çamadanını, torbasını götürür və getməyə başlayır, amma torbada, məmləkəttən Teresinaya gətirdiyi gözəl portağalların olduğu yadına düşür)
– Ax, unutmuşdum az qala: Baxın, Marta xala… Bunlara baxın…
(Torbanın ağzını açır, gözəl qoxulu meyvələri stola boşaldır)
SINA
(O tərəfə atılaraq)
Ah! Portağallar! Portağallar!
MICUCCIO
(O dəqiqə dayandıraraq)
Sən toxunma onlara! Baxmamalısan hətta, hətta uzaqdan da baxmamalısan!
(Meyvələrdən birini götürüb Marta xalanın burnuna yaxınlaşdırır)
Duyun, məmləkətimizin qoxusunu duyun… Bunları içəridəki mədəni bəylərin başına tullasam?
MARTA
– Xeyir, nə olar eləmə!
MICUCCIO
– Qorxmayın. Baxın, Marta xala, yalnız sizin üçündü bunlar! Ona gətirmişdim…
(Sinanı göstərir)
– Vergi ödədim həm də…
(Biraz əvvəl pulqabından çıxardığı pulu stolun üstündə görüb alır, Sinanın yaxasından içəri soxur, Sina hıçqırıqlara qərq olur)
– Sənin payına düşən budur indi! Bura, bax  bura! Bax ! belə! Bəsdir! – Ağlama! – salamat qal Marta xala!
(Boş torbanı cibinə soxur, çamadanını, instrumentini götürüb çıxıb gedir)

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: