Əsas səhifə > Xəbər > Cibimizdən çıxan manatlar !

Cibimizdən çıxan manatlar !

İndicə qapı döyüldü.  Qapını açdım, Azerisudan gəldiyini deyən bir xanım idi. Sayğacın sənədini gətirmişdi. Sayğacın plombu aşılsa bu sənədəi göstərmək lazım imiş. Qol çəkdim sənədi də götürdüm. Qapını açıdım ki, getsin.

Xanım: “İki manat verməlisiniz”.

Soruşuram nə üçün.  Deyir ki, bilmirsiniz veriməlisiniz də. Axı nə üçün, hansı qanuna görə? axı bunun bir səbəbi olmalıdır. Deyir bizdə belədir.

Xanım: “Yaxşı onda  bir manat verin”.

Deyirəm ki. 2 manatdısa 2 manat verim ama bilim də nəyə görə hansı qanuna görə?  bir vərəqə görə 2 manat?

Deyir qayda belədir. Onda dedim ki mən jurnalistəm mən belə qanun bilmirəm. Qadını tər götürdü. Başını dikdi yerə. Yavaş səslə: “Yaxşı onda mən gedim, o biri evlərə də getməliyəm”. və çıxıb getdi. O biri evlərə də qalxmadı.

Ola bilər ki kimsə fikirləşsin ki, əşi 2 manat nədir axı, verərdin çıxıb gedərdi. İki manat çox pul deyil ama hamıdan alınsa kiçik məbləğ eləmir. Azərsunun hesabatlarına görə :

01.01.2009-ci il tarixə sayğac quraşdırılmış abonentlərin sayı 312185 çatmışdır.

Bu sayğac quraşdırılanların 50%-indən bu 2 manatı ala bilsələr eləyir 300 000 manat. Təbii ki, əgər bu Azərsu tərəfindən edilirsə. Yox əgər işçilər tərəfindən edilirsə onda bu kiminsə bir aylıq maaşının iki üç dəfə artmasına səbəb olacaq.

Mən bu iki manatı vermədin. Eləcə də bundan sonra məndən qanunsuz olaraq istənilən heç bir məbləği ödəmək fikrim yoxdur. Bu cür hallarda vətəndaşların sayıqlığı çox vacibdir. Sizdən istənilən pul nə qədər cuzi olsa belə qanunsuz olduğu halda heç vaxt ödənilməməlidir. Əks halda özümüzü əfəll yerinə qoyub rüşvətin artmasına xidmət edirik.

Kateqoriyalar: Xəbər
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: