Nazim Məmmədov “Avtoqarant” ASC-ni zəbt edib
Şikayətçi: “Nazim Məmmədov “Avtoqarant” ASC-ni zəbt edib”
Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi millət vəkilinin təzyiqlərinə məruz qaldığını bildirib
25.06.2009. Bu gün “Avtoqarant” Açıq Səhmdar Cəmiyyətinin kollektivi Azərbaycan Media Mərkəzində mətbuat konfransı keçirib. Konfransda sözügedən cəmiyyətin millət vəkili Nazim Məmmədov və qohumları tərəfindən zəbt edildiyi bildirilib. Konfrans
Nazim Məmmədov və qohumları tərəfindən zəbt edildiyi bildirilib. Konfrans təşkilatçıları “Avtoqarant”-ın idarə heyətinin sədri Elmar Musayevin və qurumun 62% səhminin sahibi Ədalət Bağırovun N. Məmmədov tərəfindən təzyiq və təhqirlərə məruz qaldıqlarını, şərlənərək həbs edildiklərini jurnalistlərin diqqətinə çatdırıb. ASC-nin Müşahidə şurasının sədri Asif Şirinov bildirib ki, Nazim Məmmədov Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin 62% səhminin sahibi Ədalət Bağırovu, orada işləyən 15 nəfər kollektivi və icarədarları Cəmiyyətdən kənarlaşdırıb: “O, neçə illərdir ki, deputat səlahiyyətlərindən istifadə edərək bizi məhkəmələrdə süründürür. Azərbaycan Respublikasında elə bir məhkəmə instansiyası qalmayıb ki,”Avto-Qarant” ASC həmin instansiyanı keçməsin. 62% səhmin sahibi Ədalət Bağırov olduğu halda, o adamı cəmiyyətə buraxmırlar, “Avtoqarant”ın idarə heyətinin sədri Elmar Musayev Cəmiyyətə buraxlmır”. A.Şirinovun sözlərinə görə millət vəkili N.Məmmədov öz nüməndəsi Bəyalı Hacıyevi cəmiyyətə qanunsuz sədr təyin edib: “Ədalət Bağırovu isə cəmiyyətə buraxmayaraq məcbur edir ki, ya 62% səhmini mənə satmalısan, ya da həmin səhmləri qoyub Azərbaycandan getməlisən”. A.Şirinov həmçinin 2005-ci ildə Ə. Bağırovun təklifi ilə N.Məmmədovun millət vəkli şeçilməmişdən qabaq “Avtoqarant” ASC-nin 30 faiz səhmini aldığını da deyib: “Ancaq o deputat seçiləndən sonra iştahası böyüdü və Ədaləti sıxışdırmağa başladı. Müxtəlif bəhanələrlə onu məhkəməyə verdi, o isə cərimələrlə canını qurtardı. N.Məmmədov daha sonra deputat səlahiyyətlərindən istifadə edərək, Cəmiyyətin sədri Elmar Musayevi həbsxanaya saldırıdı. Millət vəkili müxtəlif variantlarla çalışır ki, 62 % səhmi ələ keçirsin. O, 2008-ci il avqustun 27-dən bu günə qədər “Avtoqarant” ASC zəbt edib. Ancaq bir manat da olsun nə vergi orqanına, nə Dövlət Sosial Müdafiə orqanına, nə də hər hansı başqa orqana vəsait ödəməyib”.
Konfransda “Avto-Qarant” ASC-nin 62% səhminin sahibi Ədalət Bağırov çıxış edərək, 2008 avqustun 27-də N. Məmmədovun qoluzorlularla gəldiyini və onun qollarını buraraq ASC-dən zorla çıxartdıqlarını bildirb.
Avto-Qarant” Açıq Səhmdar Cəmiyyətinin kollektivi və cəmiyyətin idarə heyətinin sədri Elmar Musayev, səhm sahibləri Rafiq Novruzov, Üzeyir Səmədov da çıxış edərək millət vəkili N.Məmmədəvun qanunsuz hərəkətlərini ictimaiyyətin diqqətinə çatdırıblar.
Şamo Eminov
Nazim Məmmədov Millət Vəkili olmaqla yanaşı həmişə xalqını sevib
Maraqlıdı göresen bizim Millet Vekillerinden bu ada kim layiqdir???? Şexsen men Nazim Memmedovu heyatda görüb ve söhbet de elemişem !! Her halda tanıdığım çox millet vekillerinden semimi,eli açıq insandır!!!
Nazim Memmedov Millet Vekil adina layiq deyil!!! Bildiyiniz kimiç Millet Vekili insanlara komek etmelidir!!! Nazim Memmedov kimi surundurmemelidir!!!