Luigi Pirandello
Luigi Pirandello 1867-ci ildə Agrigentoda doğulub. 1936-cı ildə Romada vəfat edib. O, arxasınca böyük bir sənətkar, yaxşı və qürurlu bir adam şöhrəti qoydu. Ölümündən iki il öncə Nobel Ədəbiyyat mükafatı almışdı. Bütün dünyada müvəffəqiyyət və ün qazanmışdı, amma, olduqca gec və sıxıntılarla dolu bir həyatdan sonra oldu bunlar.
Atası imkanlı idi. Luigi Palermoda oxuyandan sonra Bonn Universitetini də bitirib Romaya məskən salır. Əvvəllər yalnız ədəbiyyatla məşğul olurdu. Amma atasının işinin pozulmasından sonra müəllimlik də etməyə başlayır. Həm də evlənmişdi, yaxşı bir ər, yaxşı ata olmuşdu.
Avropa və Amerikanın bütün teatrlarının ona qapılarını açdığı son illərində isə gəzdi. Son gününə qədər işlədi. Işləmək onun üçün “Yaşam deyilən xəstəliyin ən gözəl dərmanı” idi.
Məhsuldar yazar idi. Sənətə şeirlə girdikdən sonra qısa hekayələrə keçir, yaradıcı gücünü göstərərək istər italyan, istərsə də dünya ədəbiyyatındakı ilk yerini, yeni bir texnika və məzmun gətirən hekayələriylə almışdı. Yüzlərlə hekayələri ilə yanaşı, nəql etmə sahəsindəki yerini sağlamlaşdıran romanlarını da unutmamaq lazımdır.
Pirandellonun əsərləri içində pyesləri ən önəmli yeri tutur.
Pyesləri bütün dünya səhnələrində oynanıb, şöhrət qazanıb və dünya teatrına inkar olunmaz bir təsiri olub. Bu təsirin əsas səbəbi ənənəvi teatr qaydalarını təməlindən dağıtması, formasında etdiyi köklü yeniliklə yanaşı fərqli xüsusiyyət olan, sağlam bir məzmun gətirməsi idi. Pyeslərinin hər biri sənətçinin ağlını, ruhunu və ağlını məşğul edən problemlərdən birini alıb əskiksiz bir səhnə nizamı ilə örtülmüş, işlənmiş olaraq gün işığına çıxarır. Ən önəmli xüsusiyyətlərindən biri də insanpərvərliyi, insana istiqamətlənməyidir.
Dərhal bütün dünya dillərinə tərcümə olunan əsərlərindən: hekayələrini özünün ”Bir il üçün hekayələr” adı altında 15 kitabda (hər kitabda 24 hekayə)topladığını bildirdikdən sonra: roman və pyeslərinin yalnız ən önəmlilərini saymaqla kifayətlənək. Romanları: “Kölgə Adam”, “Yaşlılar və Gənclər”, “Bir, Heç kim və Yüzmin”. Pyesləri: “IV Henri”, “Altı nəfər yazarını axtarır”, “Sənə verdiyim həyat”, Yaxşı Fikirləş Giacomino”, “Çılpaqları Geyindirmək”, “Necə Bilinmir”, “Xanım Morli, Bir və İki”, “Sizə elə gəlirsə, elədir” və s.
ŞƏRHLƏR