Əsas səhifə > Kitab, Maraqlı, Mədəniyyət > Dəyişən başlar-beşinci hissə

Dəyişən başlar-beşinci hissə

V hissə

Hind əfsanəsi

Tomas Man

Qayalıqların içində oyulmuş ana qucağından, bayırda gözləyənlərin yanına qayıtdıqda onların əvvəl səssiz durduğunu, sonra da qısa bir yalvarış üçün içəri girib bu qədər vaxt ərzində dönməyən Şridamanın nə etdiyi haqqında bir-birinə sual verdiyini görürük.  Nandanın arxasında oturan gözəl Sita, keçi burnunu və aşağı təbəqəyə xas olan qalın dodaqlarını qoşulu heyvanlara tərəf tutan Nanda kimi susub, gah onun peysərini izləmiş, gah baxışlarını qucağına doğru endirmişdi. Amma onlar bir müddət keçdikdən sonra yerlərində tərpənməyə başladılar. Bir az da keçəndən sonra gənc qadına dönərək:
– Bizi niyə gözləttiyini, orada bu qədər uzun müddət nə etdiyini bilirsən? dedi.
Qadın:
– Nə bilim, Nanda? Deyəndə səsi kişinin eşitməkdən qorxduğu şirin bir ahəng alıb, təxmin edib qorxduğu kimi, cümləsinə ehtiyac olmayan Nandanın adını da əlavə etmişdi.  Özü də “harada qaldı?” soruşacağı halda, “Şridaman harda qaldı?” deyə bilərdi…
Qadın sözünə davam etdi:
– Çoxdandır buna bir məna verə bilmirəm. Həm əziz Nanda, əgər bunu sən mənə dönüb soruşmasaydın, bir az sonra mən sənə dönüb soruşacaqdım.
Kişi qismən dostunun gəlməməsinə çaşdığı üçün, qismən də qadının ehtiyac olmayan sözlərindən qaçmaq üçün başını iki tərəfə yellədi. Çünki “dönüb” sözünü olduğu kimi işlədə biləcəyi halda Şridamanı  gözləyərkən heç də təbiii olmayan şirin bir səslə, bir də təhlükəli sayılan qədər gərəksiz olan “mənə” sözünü də əlavə etmişdi.
Səsinin təbii olmayan bir şəkildə çıxması və ona adı ilə səslənməsi səbəbindən, eyni şeyi onun da edə bilməyəcəyindən qorxduğu üçün Nanda susdu. Gərgin bir səssizlikdən sonra yəni bir təklif edən yenə qadın oldu:
– Sənə bir şey deyəcəm, Nanda, dedi. Arxasından get harda qaldı bir bax. Əgər yalvarışa aludə olubsa güclü qollarınla onu silkələ, çünki artıq gözləyə bilmərik. Həm də yolumuzu səhv saldığımıza görə yetərincə vaxt itirmişkən, gün yüksəldiyi halda bizi gözlətməsi çox qəribədir. Ana və atam gecikdiyimizə görə yəqin ki, bəlkə də çox narahat olmağa başlayıblar. Çünki məni çox istəyirlər. Belə olan halda xahiş edirəm get onu gətir Nanda. Hətta gəlmək istəməzsə, sənə qarşı gəlsə belə. Hər halda sən ondan güclüsən.
Nanda:
– Yaxşı gedib onu gətirəcəyəm, əlbəttə yaxşılıqla, dedi. Onda zaman xatırlatmaq bəs edəcək. Bundan başqa, yolu səhv salmağımıza səbəb olan mənəm, bunda başqasının günahı yoxdur. Mən də arxasından getməyi düşünmüşdüm, amma düşündüm ki, birdən qorxarsan. Onsuz da bir-iki dəqiqəlikdir.
Bu sözləri söylədikdən sonra arabaçı yerindən hoppanaraq müqəddəs yerə tərəf yeridi. Və onu hansı bir mənzərə gözlədiyini bilən bizlər də onunla birlikdə. Heç nədən şübhələnmədən keçərək toplaşma salonuyla qübbəli salondan keçərək ana qucağına enək. Orada boğuq bir hayqırtı ilə səndələyərək Şridamanın söykəndiyi Ligsam daşlarına söykəndi və dostu kimi onu da qorxudan və həyəcanlandıran təsvirin təsiri ilə deyil, yerdə gördüyü mənzərənin dəhşəti ilə sarsıldı. Orada sarığı açılmış, bal mumu rəngində olan gövdəsindən ayrılmış başı ilə, dostu uzanmışdı. Qan bir çox yolnan cığıra axırdı.
Orada sarığı çözülmüş, bal mumu rəngli gövdəsindən ayrılmış başıyla, dostu yatır, qan bir çox yoldan çuxura doğru axırdı. Yazıq Nanda bir fil qulağı kimi titrəyirdi. Üzüklü əsmər əlləri ilə yanaqlarını tutmuş, aşağı sinfə xas dodaqlarından təkrar-təkrar dostunun adı səslənirdi. Parçalanmış halda yerə sərilmiş Şridamana tərəf əyilib anlaşılmaz hərəkətlər edir, başa yoxsa bədənəmi, hansı parçasına gedəcəyini, hansı parçasını qucaqlayıb səslənəcəyini bilmirdi. Axırda başa qərar verdi, çünki bu onun əsas orqanı idi, solğun üzünə tərəf əyilərək diz çökdü və keçi burunlu üzü acı göz yaşlarıyla islanaraq ona səslənməyə başladı, amma bir tərəfdən də əlinin birini gövdəyə söykəyib hərdən bir ona da səslənirdi.
– Şridaman, deyə hıçqırdı. Dostum, neynədin? Belə çətin işi necə oldu ki, bacardın? Bu, sənə görə iş deyildi.  Amma kimsənin səndən ummadığını sən bacardın. Hər vaxt sənə heyran olardım, halbuki,  indi etdiyin bu ən çətin işdən sonra bədəninə də heyran oluram. Kim bilir içində nələr baş verdi ki, bunu elədin. Yüksək ruh və pərişanlıq əl-ələ vurub bağrında nə cür bir qurban rəqsi oynadılar ki, sən özün-özünü qurban elədin. Ah, heyf, o zərif baş bədinindən ayrılıb. Hələ də köhnəsi kimi azca yağlı, amma əsl başla bağlılı çatışmadığı üçün daha mənası qalmayıb. De görüm günah məndədi, bu elədiyinə mənim etdiklərim  olmasa belə mənim varlığımmı səbəb oldu? Bax başım hələ düşünə bildiyi üçün mən də sənin düşüncələrini təkrarlayıram.  Sən bəlkə də bu ayırmanı fəlsəfəyə görə edəcək və insanın varlığıyla səbəb olduğu günahı edildikdən sonra daha vacib sayacaqdın. Amma insan davranışlarını yəhərləməkdən daha artığını edə bilərmi?  Mən də qumrular kimi  danışmamaq üçün mümkün olan qədər susdum. Lazımsız şey söyləmədim. Ona səslənərkən adını anmadım. Səndən danışarkən mənim xeyrimə danışdığı halda duymamazlıq elədiyimə məndən başqa şahidlərim yoxdur. Amma mən ətim və canımla günahkar olandan sonra bütün bunların nə xeyri var. Çölə gedib tənha olaraq əzab çəkməliydim. Dağınıq bir durumda etiraf eləyirəm ki, bunları sən mənə demədən özüm etməliydim. Amma günahımı yüngüllətmək üçün onu da deyim ki, əgər bunu məndən istəsəydin qətiliklə edərdim. Ey sevgili baş, qopmazdan əvvəl hələ başın bədəninin üstündə ikən bunları mənə demədin? Başlarımız həmişə danışdı, səninki ağıllı, mənimki də çılğın. Amma sən iş ciddi və təhlükəli hal alanda susdun. İndi iş-işdən keçib, düzdü sən danışmadan yüksək ruh və fövqəladə şəkildə nə edəcəyimi mənə göstərdin. Hərhalda səndən geridə qalıb sənin zəif qollarınla etdiyini mənim güclü qollarımın edə bilməyəcəyini düşünməmisən. Səndən ayrı qala bilməyəcəyimi çox demişdim və vaxtilə eşq xəstəliyinə görə  sənə bir yandırma daxması düzəltməyi tapşırdığın  zaman, belə bir şey edəcək olsam bunu iki nəfərlik düzəldəcəyimi, səninlə birlikdə içinə girəcəyimi demişdim. Düşüncələrimin qarışıqlığı içindən ancaq indi Nanda adına verilmiş bir qərarı aydın şəkildə seçə bildim. İndi nə etməli olduğumu çox yaxşı bilirəm. Bunu içəri girib səni, yəni bədənini burada, başını da ora dığırlanmış halda gördüyüm anda anlamışdım.  Madam ki, səninlə yanmağa razı idim, onda səninlə birlikdə qanımı axıdacağam. Çünki mənim üçün başqa yol yoxdur. Yoxsa bayıra çıxıb xəbər verib qorxu qışqırtısındakı sevincimi dinləyim? Ləkəli bir adla  gəzib haqqımda: “Alçaq Nanda arvadına duyduğu hisslərə görə dostunu öldürdü” deyilməsinə icazə verim? Bu ola bilməz. Heç vaxt. Mən də ardınca gəlirəm, mənim qanımı da səninki ilə birlikdə içsin.
Bunları deyib qurtaran kimi, başı buraxıb bədənə çöndü və qurumağa, bərkləşməyə başlayan əllərindən qılıncı alaraq çevik qollarıyla verdiyi qərarı yerinə yetirdi. Başda xatırlanası bədəni Şridamanın bədənin üstünə çarpaz şəkildə yıxıldı. Sevimli başı da dostunun başının yanına dığırlanaraq gözləri çevrilmiş halda dayandı. Qanı da eyni biçimdə, yəni başlanğıcda vəhşi  və sürətli şəkildə fışqırdı, sonra arxlarla axışını yavaşlandıraraq çuxura istiqamətləndi.

  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: