KİV haqqında Qanuna təklif edilən dəyişikliklər təhlükəlidir.
Media Hüququ İnstitutu Kütləvi İnformasiya Vasitələri qanununa edilmiş əlavələrin mətbu nəşrlərin azadlığı və müstəqilliyi üçün ciddi təhlükə yaradacağından narahatdır. Bu əlavələr qüvvəyə minərsə mətbu nəşrlər bir neçə halda mütənasiblikdən çox uzaq olan qorxunc sanksiyalarla üzləşə biləcəklər.
Qanununun 19-cu maddəsinə edilmiş əlavələr bir sıra hallarda “Müvafiq icra hakimiyyəti orqanı”na aşağıdakı hallarda “mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması” kimi sərt və adekvatlığı bə-raətləndirilə bilməyən cəza verilməsi “barədə məhkəmə qarşısında iddia” qaldırmaq, məhkəmələrə isə be-lə sanksiyaları qoymaq səlahiyyəti verib.
Əlavələrin həm qanun yaradıcılığı meyarlarına, həm də ifadə azadlığı standartlarına uyğunluq baxımından ciddi çatışmazlıqları var. Bu səbəbdən Əlavələrin müəyyən etdiyi müddəalar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununa və Avropa İnsan Haqları Konvensiyasının 10-cu (İfadə azadlığı) maddəsinə və bu maddə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin presedent hüqu-qunun müəyyən etdiyi meyarlara ziddir.
Baş redaktor vəzifəsini tutan şəxs üçün müəyyən olunmuş təhsil və vətəndaşlıq senzi ifadə azadlığı prin-sipləri baxımından mübahisəli sayılan məhdudiyyətlərdir. Üstəlik bu qaydaya əməl etməməyə görə mətbu nəşrun 2 ay müddətinə qapadılması bütün hallarda adekvat olmayan sanksiyadır və ifadə azadlığına ko-bud müdaxilədir.
Nəşriyyatların dövrü mətbu nəşrlərin məcburi nüsxələrini 10 gün ərzində təsisçiyə, dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərməməsinə görə mətbu nəşrlərin 2 aylığa qapadılması sanksiyası isə açıq-aşkar qeyri adekvat, ədalətsiz olmaqla yanaşı, cəza hüququnun mahiyyətinə ziddir. Bu norma nəşriy-yatların etməyə borclu sayildığı vəzifəni yerinə yetirməməyə görə nəşriyyatları yox, mətbuatı cəzalandırmağı nəzərdə tutur.
Təklif edilmiş daha bir dəyişikliyə görə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibatı məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törədilməsi səlahiyyət verir ki, mətbu nəşr 2 ayadək müddətə qapadılsın.
Mətbu nəşrin fəaliyyətinin 2 ayadək müddətinə qapadılması çox-çox ağır sanksiya növü olduğundan onun qanuna əlavələrdə göstərilən hallarda tətbiqi mətbu nəşrlərin azadlığına bəraətləndirilə bilməyən, mü-tənasib olmayan, ədalətsiz zərər vuracaqdır. Mətbu nəşrin hətta qısa müddət ərzində belə qapadılması le-gitim məqsədə yönəlik xüsusi hallarda, təxirəsalınmaz və qaçılmaz sosial zərurətin basqısı altında edildik-də və cəzanın məqsədinə proporsional olduqda tətbiq edilə bilər.
Əlavələrdə göstərilən halların heç biri bu ağır sanksiyanın qoyulmasına bəraət verən hallar kimi qəbul edilə bilməz. Bu səbəbdən də onların tətbiqi bütün hallarda Konstitusiyanın və Avropa Konvensiyasının 10-cu maddəsini pozacaqdır.
Media Hüququ İnstitutu media azadlığını məhdudlaşdırmağa yönəlik belə qanunların hazırlanması və qəbulunun qeyri-şəffaf, geniş müzakirələrsiz aparıldığına təəssüf edir və hökumətin bu Əlavələrin qanuna çevrilməməsi üçün addımlar atacağına ümid bəsləyir.
ŞƏRHLƏR