Əsas səhifə > Xəbər > Ölülər -Molla nəsrəddin jurnalından

Ölülər -Molla nəsrəddin jurnalından

Qabaqca bir neçə söz
Bu məqalədə biz bir para acı sözlər danışmaq istəyirik, amma gərək danışmayaydıq. Ondan ötrü ki, bir yandan abunə elani yazırıq ki, bizim jurnalımıza təzə il uüçün abunə olsunlar ve bizə pul gondərsinlər, bir yandan da başlamışıq musəlmanlara sataşmağa. Söz yox, heç bir molla bələ eləməz ki, biz eləyirik. Məsələn, qaydaya və adətə baxsaq, gərək abunə elanının altında biz bələ bir dua eləyəydik: 
“Ay bizə beşcə manat abunə pulu gondərən, allah görüm səni yerin ve göyün bəlasından hifz eləsin! Amin deyən dil lal olmasın. Amin ya rəbbül-aləmin! ”
Hələ Mollaları qoyaq kənara, hətta yazıçılarımızdan götürsən ki, bir parası elə yağlı dillər və sözlər ilə camaata yarınır ki, heç mersiyəxanlar da o sözləri bacarmazlar. Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayırlar “ay mənim yaxşı millətim, qadan alım ay mənim millətim, nə qədər canım sağdı hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim, ay millətlərin padşahı millətim!”
***
Amma vallah Molla Nəsrəddin yalan danışa bilməz: Biz deyirik ki, belə milləti biz canu dildən istəyə bilmənik (bəlkə içində bir-iki yaxşısı tapıla). Biz belə deyirik: Bir millət ki, müsəlman qəbirstanının yanından keçəndə gorə ki, bir özgə millət müsəlman ölülərinin sümüklərini çıxardıb tollayır kənara və öz ölüsünü onun yerində dəfn eləyir – biz belə millət istəyə bilmənik.
***
Əhvalatı başdan başlayaq.
Keçən vaxtlarda Bakıda bir köhnə qəbristan var idi. Hökümət müsəlmanlara təklif eledi ki, bu qəbirstanın ətrafına bir hasar çəksinlər ki, itlər gəlib orada məşğuliyyət eləməsinlər. Müsəlman camaati hökümətə ərizə yazıb cavab verdi ki, “bizim indi belə işlərə vaxtımız yoxdur, ondan ötrü ki, biz indi meşğuluq uşaqbazlığa, mütrübbazlığa, lotu ve qoçubazliğa və mollalarımız da ticarətə məşğuldurlar” .
Sonra Tağıyev qabağa düşüb qəbristanı hasarlatdı, amma müsəlman camaatına Tağıyevin hərəkəti xoş gəlmədi, çünki xalq elə güman elədi ki, Tağıyevin fikri axırda qəbristanlığa sahiblənmekdir.
Müsəlmanlar vurdular hasarı dağıtdılar.
Sonra da hökümət baxıb gördü ki, müsəlmanlar istəmirlər öz qəbristanlıqlarına sahib dursunlar. Hökümət bir az baxdı, baxdı, baxdı ve öz-özünə dedi ki, “vallah bura yaxşı yerdi və bu yer müsəlmana da lazım deyil”. Görüm nə dəyəcəkdim…
Mən deyirəm ki, Bakının qazisi indi bu saat gündə bir dəfə haman qəbristanlığın kənarından faytona əyləşib o tərəfə ve bu tərəfə keçəndə görür ki, müsəlman ölülərinin sümüklərini qazıb tollayırlar kənara.
Cənab qazi sümüklərə baxıb bir söz demir, amma yazıq sümüklər hər dəfə cənab qazını görəndə dilə gəlib deyirlər:
“Bax budur bizim diri qardaşlarımıza nicat paylayan, budu bizim qardaşların başının sahibi”.
***
Vətəni istəmək təbii bir şeydir. Vətən də ibarətdir vətəndaşlardan, yəni insanın öz millətindən. Bir adam istəyir öz millətini istəsin, amma sabah vətəndaşlarını küçədə görən kimi ikrah eləyir. O biri gün gena istəyir məhəbbət eləsin, amma o biri günü gena irgənir.
Və irgənmək çox asandır.
Molla Nəsrəddin
***
Molla Nəsrəddin Jurnalı, No. 46, 9 dekabr, 1907.
———— ——— ——— —-

*Vintage – 1) Müəyyən bir ildə yığılan üzüm məhsulu və ondan çəkilən şərab. 2) əski, lakin köhnəlməyən, dəbdən çıxmayan.

gönderdi: Xalid

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,
  1. İyun 18, 2009 tarixində, saat 12:53

    neyre gozumden dushmushdu. Eslinde bu da cox xoshuma gelmir. Tezlikle blogu hosta dasiyacam. Her sheyi de azerbaycan dilinde eleyecem

  2. İyun 18, 2009 tarixində, saat 11:52

    Ali Res,
    bloqun yeni dizaynı ilə təbrik edirəm, niyə dəyişdin ki ? Bezdirmişdi?

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: