Əsas səhifə > Xəbər > Yoxsulluğun metodologiyasında ciddi dəyişiklilərə ehtiyac var

Yoxsulluğun metodologiyasında ciddi dəyişiklilərə ehtiyac var

Qubad İbadoğlu: “Statistik göstəricilər reallığı əks etdirmir”

11.06.2009. “2009-cu Azərbaycanda yoxsulların sayı getdikcə artmağa məhkumdur”. Bu barədə İqtisadi Tədqiqtlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu AJAŞ Xəbər Agentliyinin müxbiri ilə söhbətində bildirib. Q. İbadoğlunun sözlərinə görə, böhran ili olduğu üçün iş yerlərinin bağlanması prosesi geniş miqyas alıb: “Bir çox müəssisələr üzrə işdən azad olunmalar müşaiyət olunub. Eyni zamanda işsizlərin sosial müavinət hüquqlarının tam və real şəklidə ödənilməməsi problemi var”. 
Ekspert, qeyd edib ki, Azərbaycanda rəsmi statistik tədqiqatlar və hesablamalar yoxsulluğun səviyyəsinin azalmasını təsdiq edir: “Ancaq hesab edirəm ki, statistik göstəricilər reallığı əks etdirmir. Rəsmi statistik rəqəmlər yoxsulluğun azalmasını, amma mövcud, real vəziyyət isə artmasını təsdiq edir. Azərbaycanda yoxsulluğun metodologiyasında ciddi dəyişiklilərə ehtiyac var. İndiki halda, rəsmi gəlirlərin istehlak səbəti ilə müqayisəsi səhv nəticələrə gətirib çıxarır. İstehlak səbətinin dəyərini nə qədər aşağı götürürüksə, bir o qədər də yoxsulların sayını azaltmağa nail oluruq”.
İqtisadçı ekspert, böhran nəticəsində 2009-cu ildə BMT-nin dünyada 73 milyondan 105 milyona qədər insanın kasıb yaşayacağını proqnozlaşdırdığı bu rəqəmə görə Azərbaycanda təxminən yoxsullar bu il neçə faiz təşkil edəcək sualını da cavablandırıb: “Azərbaycanda böhran nəticəsində mövcud olan yeni yoxsulların təxmini sayını deməyə çətinlik çəkirəm. Ancaq bu deyilən rəqəmin böyük əksəriyyəti Afrikanın, Cənub-Şərqi Asiyanın çox əhalisi olan, lakin az inkişaf etmiş ölkələiri üçün xarakterikdir”
Q. İbadoğlu həmçinin bildirib ki, İqtisadi Tədqiqtlar Mərkəzi zavod və fabriklərin bağlanması nəticəsində işsiz qalan insanların sayını araşdırmaq üçün tədiqaqata başlayacaq: “Böhranın sosial vəziyyətə təsirini araşdırmaq niyyətindəyik. Hal-hazırda bizim tədqiqatımız layihə formasında təsdiq olunub. Biz yaxın gələcəkdə belə bir tədqiqatın nəticəsini təqdim etmək niyyətindəyik”.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2008-ci ilin yekunları ilə bağlı hazırladığı hesabata görə Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu ilin əvvəlinə 13,2% təşkil edib.

Şamo Eminov

Kateqoriyalar: Xəbər Etiketlər: ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: