Tomas Man

Thomas Man

Tanınmış yazıçı Tomas Man 1875-ci il iyunun 6-da Lübek şəhərində anadan olub. O, bir müddət Münhendə yaşadıqdan sonra Almaniyanı tərk edib İsveçrəyə köçür. Üç il burada yaşadıqdan sonra isə 1936-cı ildən Amerikada məskunlaşır. İkinci Dünya Müharibəsindən sonra Almaniyaya qayıdan Man vətənində soyuq qarşılanır. Tomas Man litseydə oxuduğu zaman sənət, ədəbiyyat və fəlsəfəyə aid jurnal çap etdirir.

Onun “Balaca bəy Friedman” (1918) və İtaliyada olarkən yazmağa başladığı iki cildlik “Buddənbrooks Ailəsi” (1897) romanları tənqidçiləri çox maraqlandırır. “Buddənbrooks Ailəsi” əsərində Lübek əsilzadələrindən tanınmış bir ailənin həyatı və necə çökməsi təsvir edilib. Bu əsərlə yazıçı çağdaş Alman ədəbiyyatında önəmli yer tutub. Tomas Man özünəməxsus incə duyumu, kəskin tənqidi, izah etmə bacarığı, varlığını hiss edə bildiyimiz hər şeyi, bütün incəliklərilə aydın şəkildə təsvir edir. “Buddənbrooks Ailəsi” əsərindən başqa, “Königliche Hoheit”(1909), “Venesiyada Ölüm” (1913) və iki cildli “Sehirli Dağ” (1922) romanlarında da yaşam və ruh arasındakı ziddiyət yer alıb. “Tristan” (1903) və “Tonio Krüger” (1911) “Buddənbrook Ailəsi” formasında yazılan uzun hekayələridir. Tomasın “Nizamsızlıq və erkən acı”(1926), “Mario ve Sehirbaz” (1930), “Benç ve Ben”(1906), “Sual və Cavab”(1916),”Siyasətçi Olmayan Bir Adamın Müşahidələri”(1918), “Çabalar” (1925 ) və s. əsərləri onun daha yüksək inkişafa çatdığını göstərir. Man mühafizəkar olsa da, sonradan respublikaçı demokratlara meyllənib. Onun “Alman Dinləyicilər” əsəri sosial humanist və demokratların Hitler ilə olan mübarizəsini əks etdirir. Tomas Man 1929-cu ildə Nobel mükafatını qazanıb. Man bir tərəfdən Nietzsche, Schopenhauer və Wagner fəlsəfələrinin təsiri altında qalmış, digər tərəfdən isə “Lotte Veimar” adlı romanı, “Doktor Faust və Doktor Faust’un Doğuluşu” adlı əsərlərində Hoethe formasında insani yetkinlik düşüncəsini hədəf alıb. Yazıçının 1933-1949-cu illərdə yazdığı üç cildli “Yusif və Qardaşları” adlı mifoloji əsər insan ruhunun çağdaş psixologiyasından bəhs edir. Əsərin birinci hissəsi Gənc Yusif, ikinci Yusif Misirdə, üçüncüsü isə Hami Yusifdir. 1944-cü ildə qələmə aldığı “Yasa və ya Musa Əfsanəsi” adlı romanı da eyni formalı əsərdir. Tomas Manın 1930-cu ildə yazdığı “Dəyişən Başlar” əsəri bir Hind əfsanəsidir. Bu əsərində də Man insan ruhunu, çatışmazlıqları özünəməxsus, dəqiq fikirləri, kəskin izah etmə bacarığı və lağlağa ədasıyla formalaşdırıb. Əsərin qəhrəmanlarından biri olan Şridaman ruhca incəlmiş, bədəncə kobudlaşmış Brahmanlar sinfindəndir. Nanda isə daha aşağı bir təbəqədəndir. O, mədəniyyətcə zəif, bədəncə isə çox çevik və gülcü bir gəncdir. Hər ikisi özlərinə çatışmayan xasiyyəti digərində tapdığı üçün aralarında bir az qiptə, bir az lağ və bir az heyranlıqdan yaranan gülcü dostluq vardı. Amma bir gün aralarına bir qadın da girir – Sita. O, Şridamanın avradıdır. Sita ağıllı və bilikli ərinə hörmət bəsləyir, amma onun zəif və yağlı bədənini sevə bilmir. Xəyallarında isə çevik bədənli Nanda olur. Nanda da Sitaya böyük bir ehtiras duyduğu üçün, çox keçmir ki, onların üçünün dözülməsi çətin olan həyatı başlayır. Bərabər yola çıxdıqları səfər əsnasında, kimsəsiz bir dağ məbədinə yalvarmaq üçün girən Şridaman, tanriçanın bütü qarşısında özünü qurban etmək və əzablı həyatına son qoymaq istəyir. Amma Nanda da dostu kimi bu fikrə düşür. Tək qalan Sitaya tanriçanın yazığı gəlir. O, gənclərin hər ikisini həyata qaytaracağını bildirir və Sitaya qopan başları olduğu kimi yapışdırmasını buyurur. Sita bu buyruğa əməl edir, amma tələsdiyi üçün Nandanın başını ərinin bədəninə, ərinin başını isə Nandanın bədəninə qoyur. Bu zaman gənclərin hər ikisi ər olduğunu iddia edir. Bu çətinliyi ağıllı bir kasıb həll edir və Sita ərinin başına, dostunun çevik bədəninə sahib olan gənclə evə qayıdır. Nanda başlı olan isə meşəliyə çəkilir. İlk vaxtlar cənnət həyatını xatırladan evlilikləri, sonradan heç gözləmədikləri bir nəticə verir. Şridaman yenə də bir Brahman kimi geyinməyə və yaşamağa başladığı üçün qısa vaxtdan sonra bədəni çevikliyini itirir, zərif cizgiləri olan üzü də kobud bədəninin təsirilə kobudlaşır. Bu dəyişikliyi görən Sita meşəlikdə olan Nandanın həsrətini çəkir, bir gün balaca oğlunu götürüb Nandanı axtarmağa gedir. İki gənc bir müddət xoşbəxt yaşayırlar. Amma Şridaman arvadını tapır. İki köhnə dost birlikdə ölməyə qərar verirlər. Çünki Sita onların hər ikisi ilə birlikdə xoşbəxt ola bilərdi, bu isə mümkün deyildi. Bu halda onların hər ikisi öləcək və uşağına şərəfli gələcək bəxş etmək istəyən Sita da onlarla birlikdə diri-diri yandırılmağa razı olacaqdı. Manın “Friedrich der Grosse und die Koolisation” (1918), “Böyük Ustadların Əzabları”(1945), “Ruhun Soyluluğu”(1945), “Ölçü və Dəyər”(1934-1940), “Yeni Şeirdə Şairin Mövqeyi”(1922), “Seçmə əhvalatlar”, “Almaniya və Almanlar”, “Schopenhauer”, “Yeni İşlər”, “Fırıldaqçı Felixin Etirafları” kimi önəmli əsərləri də var.

Yaxın zamanlarda yazıçının “Dəyişilmiş başlar” əsəri bloga yerləşdiriləcək.

Türkcədən tərcümə

Kateqoriyalar: Kitab, Mədəniyyət Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: