Arxiv

Archive for İ

Həbslər davam edir

May 10, 2009 2 şərh

Azadlıq radiosunun verdiyi məlumata görə Gül bayramına etiraz edənlərin polis tərəfindən həbsləri davam edir:

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyil məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.

Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.

C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.

C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.

Emin Milli, Rəşad Shirinov, Əli  Novruzov, eləcə də  ABŞ   Milli Demokratiya İnstitutunun nümayəndəsi Aryen de Volf və Liberal Gənclərin Beynəlxalq Federasiyasını  Baş Katibi Bart Woord və  30-dan çox gənc Musiqi Akademiyasının qarşısında etirazlarını bildirmək və ya Gül bayramını müşahidə etmək üçün toplaşmışdılar. Etirazçılar heç bir şüar səsləndirmir, qışqırmır və ya fit çalmırdılar. Əllərində qərənfil, qara lentlər bağlayıb parka baxır, öz aralarında söhbət edirdilər.

Saat təxminən 13:30 olduqda gənclər əllərindəki gülləri ADNA -nın qarşısına qoyub dağılışmaq istəyirdilər. Onlar  universitet tərəfə hərəkət edərkən, Mərkəzi Bankın yaxınlığında mülki geyimli şəxs onları dayandırıb gözləmələrini tələb etdi. Gənclər sakitçiliklə gözlədilər. Tezliklə polis maşınları gəlib  onları maşına mindirməyə başladılar.

Onların arasında Emin Milli, Rəşad Şirinov, Əli  Novruzov, Nigar Fətəli, Aryen de Volf və 15-dən  çox digər gənc də var  idi. Onlar 22-ci polis bolməsinə aparılıb və onlardan izahat alınır. İzahat yazıldıqdan sonra buraxılacaqları gözlənilir.

AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlı və bir neçə gənc zor gücü ilə maşına mindirilərək naməlum istiqamətdə aparılıb

May 8, 2009 11 şərh

Tədbir

Bu gün saat 18:00 da ADP nin ofisində bir sıra gənclər təşkilatı  forum keçirib. Forumda AXCP gənclər təşkilatı, Musavat Gənclər təşkilatı, Dalğa Gənclər Təşkilatı, Ol Gənclər Hərəkatı və sa gənclər təşkilatı iştirak edirdi. Forumda Moderatorlu edən Emin Milli bildirdi ki,  tədbirin məqsədinin gəncləri aksiya keçirməyə səsləmək deyil, aksiya keçirtmək, öz etirazı bildirmək istəyən gənclərə dinc, sivil qaydaya aksiya keçirməyə səsləməkdir. Son vaxtlar  internetdəki müxtəlif saytlarda 10 may gül bayramına etiraz etməklə bağlı yazıların artdığı üçün onlar  belə bir tədbir keçirmək fikrinə düşüblər.

Tədbirdə iştirak edən hər  bir  təşkilat nümayəndəsi də öz çıxışında  sivil qaydada aksiya keçirmək istədiklərini bildirdilər.

Tədbirdən sonra

Tədbir  qurtardıqdan sonra mən DALĞA-dan bir neçə uşaq AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, onunla birlikdə tanımadığım bir neçə gənc “28 may metrostansiyasına tərəf gedirdik. Mən və mənimlə birgə təzə tanıdığım gənc jurnalistlər söhbət edərək digərlərində xeyli arxada gedirdik. Birdən qara rəngli  iki sedan və bir iri cip formalı maşının qabaqda gedənlərin yanında saxlayaraq onları maşına basdığını gördük . Onlardan bəzisi geri qayıdaraq qacdılar.  Geridə qalanları maşına basıb tərpəndilər.  Hadisəni yaxından görən gənclərdən öyrəndim ki, AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlını və daha 4 nəfər maşına mindirilərək aparılıb. Maşınlardan birinin nömrəsi 10jf884 olub.

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,

Şuşasız, Laçınsız 17 il!!!

May 8, 2009 2 şərh

1992-ci ilin qara, ağrılarla bol olan may ayından 17 il keçir. Niyə də ağır olmasın axı? Bəyəm Şuşanı, Laçını bu ayda itirməmişik? İtirmişik – mayın 8-də Şuşamızı, 17-də isə Laçınımızı itirdik.
Şuşanın əsası XVIII əsrin 40-cı illərində Pənahəli xan tərəfindən qoyulub. Amma Pənahəli xan hardan biləydi ki, əziyyətlə qurub-yaratdığı Şuşa bir zamanlar düşmən əlinə keçəcək. Ətraflı…

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,

Şou-biznes ölənlərimizdən üstündür???

May 3, 2009 3 şərh

Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın. Ətraflı…

Ölüm və siyasət ! ! !

May 1, 2009 1 şərh

Bir çox gənc kimi mən də bu gün vətəndaş  və insani borcumu yerinə yetirmək üçün 28 maya yollanmışdım. Günün birinci yarısı alınmadığı üçün ikinci yarısı getdim. Tək deyildim.  Ele bu bloga yazan Günay, Elçin, Nahid də mənimlə idilər. Bizdən başqa DALĞA, OL , Gənc Müsavatçılar və başqa qrup gənclər də var idi.  Yığışanlar qara lent bağlamış, əllərində qərənfil qətlə yetirilmiş tələbələri anmaq  məqsədi ilə Akademiyaya tərəf getdik.  Çevik polislərimiz hadisənin qarşısını ala bilməsə də  gənclərin qarşısını ala bildi. Onlar bizi akadamiyanın qarşısına getməyə qoymadılar.
Sonda gülləri və şamları Akademiyanın birinci binasına qoymaq qərarına gəldik.  Daha sonra Azərbaycan Respublikasının Himnini oxuduq. Sonra isə dağılışmağa başladıq.  Sonra kimlərsə qışqırmağa başladılar – Terrora yox  və sairə.
Terrora yox demək lazımdır.  Amma mən gördüyüm qədərilə kimlərsə bu tədbirdən öz məqsədi üçün istifafə etmək istəyirdi. İnsanlar  oraya ölənləri yad eləməyə, hadisəyə etiraz etməyə gəlmişdilər. Onların nifrətini, kədərini öz  siyasi məqsədinə görə yönləndirmək alçaqlıqdır, ölülərin ruhuna hörmətsizlikdir.
Mən Ramin Hacılıya təşəkkür etmək istərdim.  Aksiyanın istiqamətinin dəyişməməsi üçün insaları səhv etməməyə çağırır, onları  yönləndirməyə çalışanların isə qarşısını aldı.
Bir də onu demək istərdim ki, aksiyanın keçirilməsi 0 səviyyədə idi. İnsanlar heç nəyi nəzərə almamışdılar.  Hər halda  bu cür aksiyalar hərtərəfli düşünülməlidir.
Amma  nəticə olaraq  mən məmnunam ki, gəncliyimiz  öz münasibətini  bildirməyə çəkinmədilər.  Müəyyən mənada birləşdilər  !

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,

1 saylı Şərab Zavodu da bağlandı

AJAŞ Xəbər/01.05.2009/. “Bakı-Şərab-1” Açıq Tipli Səhmdar Cəmiyyəti (ATSC) böhranla əlqədar fəaliyyətini dayandırıb. Bu barədə AJAŞ Xəbər-ə zavoddan məlumat verilib. “Bakı-Şərab-1”-in adının çəkilməsini istəməyən əməkdaşı zavodun fəaliyyətini dayandırmasını satışın olmaması ilə əlaqələndirib: “Satış yoxdur, ona görə zavod faktiki olaraq işləmir”. Zavodun məsul işçisi kimi özünü təqdim edən Hüseyn müəllim isə mövzu ilə bağlı sualları cavablandırmağa çətinlik çəkdiyini bildirib.

Şamo Eminov,

AJAŞ Xəbər

Kateqoriyalar: Xəbər