Əsas səhifə > Xəbər > Aprel ayında təkrar avtomobil bazarında aktivlik qeydə alınıb

Aprel ayında təkrar avtomobil bazarında aktivlik qeydə alınıb

27.05.2009. Aprel ayında təkrar avtomobil bazarında aktivlik qeydə alınıb. Bu barədə AJAŞ Xəbər-ə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən (ƏBİ İB) məlumat veriilb. Məlumatda bildirilir ki, cari ilin mart ayında avtomobil bazarında aparılan islahatların yekunlaşması, təkrar bazarın bir mərkəzdə cəmləşməsi bazarın bu seqmentində dinamikaya ciddi təsir göstərib. Ekspertlər bazarın bu seqmenti üzrə qeydə alınan aktivliyi əsasən mövsümi amillərlə bağlayırlar. Mart ayı ilə müqayisədə aprel ayında bazarda təklif üzrə azalma 9.9% təşkil edib. Araşdırmalar göstərir ki, ölkəyə avtomobil idxalının zəifləməsi özünü ümumi təklif portfelində göstərib. Təklifin azalmasına baxmayaraq, tələbdə artım (3.4%) qeydə alınıb ki, bu da bağlanan əqdlərin dinamikasının artmasına müsbət təsir göstəribdir (4.4%). Ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və bu rəqəm mart ayında olduğu kimi 16240 ABŞ dollarına bərabər olub. Bazarda müşahidə olunan aktivlik avtomobillərin ekspozisiya müddətinin artmasının qarşısını ala bilməyib. Mart ayında ekspozisiya müddəti daha 1 gün artaraq 89 günə çatıb. Müvafiq olaraq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi bir qədər də aşağı düşüb. Aprel ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6200-ə qədər avtomobilin cəmi 37%-i bazara məhz aprel ayı ərzində təklif olunub. Qalan 63%-i isə əvvəlki aylardan qalan avtomobillər olduğu müəyyələşib. ƏBİ İB-nin monitorinq qrupu müəyən edib ki, avronun dolları üstələmə tendensiyası idxal olunan avtomobillərin qiymətlərində də özünü göstərib. Belə ki, avtomobillərin satış qiymətləri artmasa da, sahibkarlar xarici valyutaların denominasiyasından əziyyət çəkdiklərini gizlətmirlər. Bu tendensiyanın qarşıdakı aylarda davam edəcəyi təqdirdə, qiymətlərin artacağı istisna olunmur. Əvəz Qurbanlı

Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: