Əsas səhifə > Xəbər > “22 milyon manat xərclənsə də bir nəfər də ipoteka krediti almayıb”

“22 milyon manat xərclənsə də bir nəfər də ipoteka krediti almayıb”

Vüqar Bayramov: “Hökümət, o cümlədən MB problemli proqramların həyata keçirilməsində maraqlı deyil”

26.05.2009. “22 milyon manatın xərclənməsinə baxmayaraq, bir nəfər də olsun ipoteka krediti almayıb və dövlət ipoteka fondu (İF) bunu məhz yerində maliyyələşdirməyə yönəldilməsi ilə izah edib. 2008-ci ildə ipoteka kreditləri üçün ayrılan 34 milyon vəsaitin 22 milyon manatının, yəni 65 faizinin xərclənməsi, amma hec bir nəfərin də ipoteka krediti götürməməsi kifayət qədər şübhəli və təəccüblüdür”. Bu barədə İqtisadi Araşdırmalar Mərkəzinin sədri Vüqar Bayramov AJAŞ Xəbərin əməkdaşı ilə söhbətində bildirib.

Ekspert həmçinin 2006-cı ildə bir milyon iki yüz yetmiş altı min manatlıq ipoteka krediti verildiyini, 2007 ci ildə isə verilən ipoteka kreditlərinin məbləğinin altmış iki milyon iki yüz qırx iki min manat olduğunu xatırladıb: “2007-ci ildə ipoteka kerditlərinin verilməsinin artımı 2007-ci il yanvarın 20-də prezidentin ipoteka kreditlərinin veridiyi fərmanla bağlı olub və həmin fərmana görə adi ipotekalarla yanaşı, sosial ipotekalar tətbiq edilməyə başlayıb. Adi ipotekalar üzrə faiz dərəcəsi 12 faizdən 8 faizə endirilib və sosial ipoteka üzrə faiz dərcəsi 4 faiz müəyyənləşdirilib. Adi ipotekalar üçün maxsimum 50 min manat, sosial ipotekalar üşün isə 35 min manat nəzərdə tutulub.”

Vüqar Bayramovun sözlərinə görə, 2008-ci ildən 12 milyon manat qalıq şəkilində 2009-cu ilə keçib. 2009-cu il üçün isə dövlət büdcəsindən bu məqsədlə 14 milyon manat vəsait ayrılıb. Bütövlükdə 26 milyon manat İF-na dövlət büdcəsindən ayırma var. Eyni zamanda əvvəlki illərdə verilmiş ipoteka kreditləri üzrə ödənişləri nəzərə alınsa, təxminən 30 milyon manat İF-nun kredit vermək imkanları var..

Ekspert mərkəzi bankın (MB) 2008-ci ildə dörd dəfə ipoteka kreditlərinin bərpa ediləcəyi ilə bağlı məlumat verdiyini də qeyd edib: “2009-cu ilin əvvəlində isə mart ayında ipoteka kreditlərinin bərpa ediləcəyi bildirilib. Sonradan ipoteka kreditlərinin bərpası may ayına keçirilib. May ayının başa çatmasına baxmayaraq, ipoteka kreditləri verilməyib”

Vüqar Bayramov vurğulayıb ki, hökümət,o cümlədən MB adətən daha çox problemlərin ola biləcəyi proqramların maliyyələşməsində və həyata keçirilməsində maraqlı deyil. Əslində əmanətlərin qaytarılmasının həyata keçirilməməsi də birbaşa onunla bağlıdır. Hökümət bu tipli sosial proqramlardan, o cümlədən ipoteka proqramında həyata keçirilən zaman baş verə biləcək və gözlənilən ziddiyyətlərdən və problemlərdən qaçmağa çalışır. MB 2008-ci ildə ipoka kreditləşməsini bərpa etmək imkanlarına malik idi. Amma təəssüf ki, MB bunu etmədi. Bunun əsas səbəbi odur ki, MB bu tip problemləri yerinə yetirməməklə özünü sığortalamağa çalışır. İpoteka kreditləri verilmədiyi üçün də bu prosesdə problemlər və ziddiyyətlər yoxdur. İqtisadçının fikrincə, İF-na ayrılan kreditlərin istifadə edilməməsi iqtisadi baxımdan düzgün deyil, çünki vəsaitin qalması düzgün hesab edilə bilməz. Baxmayaraq ki, Nazirlər Kabineti MB-a ipoteka proqramının işə salınması, bərpa edilməsi ilə bağlı 2009-cu ilin əvvəlindən göstəriş verib. Amma hələlik MB bu prosessə başlamayıb. Güman olunur ki, iyul ayının birində MB ipoteka kreditlərinin verilməsinə başlayacaq. Artıq MB bununla bağlı müəyyən proseduraları hazırlayır. Ekspet adi ipoteka kreditlərinin verilməyəcəyinin proqnozlaşdırıldığını deyib: “Bu o deməkdir ki, heç də bütün vətəndaşlar dövlət büdcəsi hesabına verilən ipoteka kreditlərini almaq səlahiyyəti və hüququna malik olmayacaq. Adi ipoteka kerditlərindən bütün vətəndaşlar istifadə etmək hüququna malikdir. Ancaq sosial ipoteka kreditlərindən güzəştli təbəqə istifadə edəcək, hansı ki, prezidentin 23 yanvar 2007-ci il tarixli fərmanında müəyyənləşdirilib.Onlar güzəştli təbəqə hesab olunur: qaçqın və məcburi köşkünlər, şəhid ailələri , elmi dərəcəsi olanlar və hərbi qulluqçular . MB-ın adi ipotekanı bərpa etməməsi o deməkdir ki, yalnız bir qrup insan, vətəndaş ipoteka proqramından istifadə etmək hüququna malik olacaq. Heç də vətəndaşların hamısı ipoteka krediti ala bilməyəcək” .

Şamo Eminov

Advertisements
Kateqoriyalar: Xəbər
  1. NASIROV ELSHAN
    İyul 22, 2010 tarixində, saat 11:38

    TƏCİLİ!! ÇOX UCUZ!!! SU QİYMƏTİNƏ! TƏCİLİ
    Masazırda 3 sotda 3 otağı parketli, 20kv.m zalı, pəncərəsi plastik, dəmir raşotkalı, dəmir qapısı, içində 4 ədəd bahalı mebel qapısı, elektrik generatoru, tikinti materialı, bütün suvaq işləri görülüb, bütün sənədləri hazir, kupçalı, 6 daşdan hasarı. Qiyməti 25 min dollara. Aşağı yeri də var. Maşınla da dəyişə bilərəm. ev.434 31 27, 055 881 30 71 ELŞƏN NƏSİROV

  2. Ali Resh
    İyun 30, 2009 tarixində, saat 06:02

    sovietler daxilindeki dovletlere eyni xasiyet vermisdi. ama niyese en cox tesir eden biz turk dovletleri olduq. Bizde de sizdeki eynidir

  3. Ansar
    İyun 30, 2009 tarixində, saat 04:23

    Azerbeijanda da bu gibi köti isler cokmi? Post Sovet Dövlatlarinde jaxci degil.

  4. Ali Resh
    İyun 29, 2009 tarixində, saat 16:10

    melumati yenilediyiniz uchun teshekkurler 😉

  5. Sevinc
    İyun 29, 2009 tarixində, saat 16:10

    Bir nefer artiq Texnika Bankdan alib)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: