Əsas səhifə > Xəbər > Şuşasız, Laçınsız 17 il!!!

Şuşasız, Laçınsız 17 il!!!

1992-ci ilin qara, ağrılarla bol olan may ayından 17 il keçir. Niyə də ağır olmasın axı? Bəyəm Şuşanı, Laçını bu ayda itirməmişik? İtirmişik – mayın 8-də Şuşamızı, 17-də isə Laçınımızı itirdik.
Şuşanın əsası XVIII əsrin 40-cı illərində Pənahəli xan tərəfindən qoyulub. Amma Pənahəli xan hardan biləydi ki, əziyyətlə qurub-yaratdığı Şuşa bir zamanlar düşmən əlinə keçəcək.Şuşa 1 şəhər, 30 kənddən ibarətdir. Ərazisi 289 kv.km,  əhalisi 25 mindən Hacıbəyovun, Xan Şuşinskinin, xarı bülbülün, şuşalıların Şuşası 17 ildir ki, düşmən əlində doğmalarını gözləyir. Elə Laçın da. Azərbaycanın cənub-qərbi dağlıq ərazisində yerləşən Laçının ərazisi 1875 kv.km, əhalisi isə 60 mindən çoxdur. Laçınlıların 259 şəhidi, 6 milli qəhrəmanı var.
May ayı köhnə dərdlərin, yaralı xatirələrin təzələndiyi vaxtdır.
Hər il elə işğal olan rayonlarımızın ildönümü qeyd edirik. 17 il çox uzun zamandır, necə deyərlər bir igidin ömrüdür. Artıq yorulmuşam, mən işğal günlərini deyil, Qarabağımızın düşməndən azad olunma ilini qeyd etmək istəyirəm. Məncə buna haqqım var. Tək mənim yox bütün qarabağlıların, bütün azərbaycanlıların haqqı var bunu istəməyə!!!

Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,
  1. Gunay Kerimova
    May 9, 2009 tarixində, saat 11:57

    Ay Fərid, onu duz deyirsen, deyəsən chox xeyallar aleminde yaşayıram. 17 ildir Şuşasız, Laçınsız, Qarabağsız olmağımızı hiss elətdirmək istəmirlər. Əsas odur bayramlar yüksək əhval-ruhiyyə ilə qeyd edilsin. 30 aprel faciəsində də bunun şahidi olduq. O qədər terrora qurban gedənlərimizə 1 günlük matəm olunmadı, lazım deyil də yəqin. Əsas odur gül bayramı qeyd edilsin. Əsas o deyil ki, Şuşada bayram keçirək. Əsas odur ki, yalandan dildə də olsa hər televiziyaya çıxan onu desin ki, İnşallah tezliklə Şuşada, Qarabağda bayram keçirərik…

  2. FERID
    May 9, 2009 tarixində, saat 03:38

    Salam ezizim Gunay.Basa dusurem hisslerini.Ancaq meslehet deyil bu movzuya toxunmagin.Cunki gozumuzu acandan beri hormetli YAPARTEID ve onun tulalari ya yeni il, ya da ki, novruz bayramini Susada kecirmeyimizden dem vurur.Bu movzuya toxunduqca artiq bayagilasir.Gelin realliqlar bariwaq.17 ildi ne Lacin,ne de ki,Susa var.Dozurukde.117 ilde dozerik.Biz Qarabagi resmen 15 ildi itirmisik!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: