Əsas səhifə > Maraqlı, Sosial, Xəbər > Şou-biznes ölənlərimizdən üstündür???

Şou-biznes ölənlərimizdən üstündür???

Mayın 3-dü. O məlum dəhşətli terrordan cəmi 3-4 gün keçir. Bəs biz nə edirik? Ölənlərimizi, yaralılarımızı unuduruq, belə görürəm ki, hə. Bu qədər insanın ölümü deyəsən bizi ayıltmayıb, yoxsa təsir edib o qədər qəddarıq ki, bizim üçün adi hadisəyə çevrilib? Cəmi 3-4 gün bundan əvvəl ölən yaşıdlarımız da bizim kimi yaşayır, nəfəs alır, dərsə gedir, gələcəkləri haqda düşünürdü. Bir axmağın gülləsinə tuş gəlib həyatlarının ən gözəl çağlarında bu dünyadan köçmək onların istəyi deyildi. Nə də bu terrorun qurbanı olmaq onların öz günahları deyildi. Bəs biz nə etdik? Bir gün hamı ondan danışdı, hamı gah ağladı, gah da hadisə yerinə qaçıb yaxınlarından bir xəbər öyrənməyə çalışdı. Kimi yaxınının, doğmasının sağ qalmağına şükür edir, kimi də gedib doğma insanın ölüm xəbərini eşidib sarsılır. Bəs sonra. Səhərisi gün gənclər aksiya keçirir, terrora yox deyir. Bir tərəfdən də xəstəxanalarda neçə-neçə cavan insan ölüm-qalım mübarizəsi aparır. Sonra nə olur, heç nə hər gün eyni xəbərlər – bir anormal Fərda haqqında məlumat verilir. Heç kim düşünmək istəmir ki, bəlkə o tək olmayıb, başqa günahkarlar da axtarılsın.

Bu gün isə televiziya kanallarında xəbərlərə baxıram, hamısında həftə ərzində olan hadisələr, birinci də Azərbaycan Dövlət Neft Akademiyasında olan terror verilir. Eyni məlumatlar, hələ ki, yeniləşən bir şey yoxdu. Bu hadisənin səbəbi, günahkarlarını tapan yoxdu. Və sonra… Telekanalları bir-bir çevirirəm ki, bəlkə yeni bir xəbər oldu, bəlkə terror haqqında yenə nəsə verildi. Terror nədi, daha lazımlı, gərəkli bir veriliş başlayır ATV telekanalında – “Çal-çağır”. Heç vaxt baxmadığım bu verlişə baxmağa qərar verdim. Səbəb isə bu idi – bəlkə mövzu 30 aprel terrorundan oldu. Görüm qonaqlar kimdi, bu haqda nə danışacaqlar. Yox terror nədi, ölən kimdi, yaralanan kimdi. Verlişin çox dəyərli qonaqları və çoooxxx lazımlı mövzusu var – plastik əməliyyat. Özümü çox pis, təhqir olunmuş hiss edirəm. Amma məcburi baxıram, ümid edirəm ki, tez mövzu terrorla bağlı hadisələrə dəyişəcək. Yox, bütün ümidlərim puç olur, söhbətin mövzusu Samir Bağırov niyə depressiyaya düşmüşdü? Rəqsanə neçə dənə plastik əməliyyat keçirib? Bunlar hansılardır, harda olub, indi vəziyyəti necədi? Zöhrə Abdullayeva niyə əməliyyat olunub, həə bildim 7 dənə xalını götürmək üçün. Düşünürəm insanlar bu qədərmi qəddarlaşıb, yoxsa səviyyəsiz mövzular bizə hər şeydən gərəklidir? Neçə-neçə evdə hüzrdü, ölənlərin doğmaları qan ağlayır, olanlarla barışa bilmir. Yaralıların doğmaları bütün günü dua edir, doğma insanları, yaxınlarının sağalması üçün Allaha yalvarır. ATV telekanalı isə konsert verir, Rəqsanənin burnunun kəsilməyindən danışır. Bu qədər olmaz!!! Bu qədər qəddarlıq olmaz! Ayılın, ölənlər, yaralananlar bizim vətəndaşlardı, bizim doğmalarımızdı. Rəqsanənin burnundan, Samirin depressiyasından həmişə danışmaq olar. Bəs o hadisənin şahidlərinin, doğmalarını itirən insanların depressiyasından kim danışacaq??? İnsanların beynini səviyyəsiz mövzularla doldurmayın. Heç olmasa ölənlərin ruhlarına hörmətiniz olsun!!!

  1. May 6, 2009 tarixində, saat 21:46

    I can’t. Life is a comlex chain. and we are part of chain ! If u won’t think about things around, u don’t have a right to talk about them. or to talk about urself ! ur failure and things u gain depends on things around u ! !

  2. guest
    May 6, 2009 tarixində, saat 18:16

    Resh Ali stop thinking of everybody and everything around you. nobody values that. first think of urself.

  3. Ali Resh
    May 3, 2009 tarixində, saat 22:23

    Pul oluden hemishe hormetlidir ! Insanlar pul qazanirlar satirlar ! her shey satilib vijdanlari da ! daha ne gozleyesen ? /

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: