Əsas səhifə > Xəbər > Ölüm və siyasət ! ! !

Ölüm və siyasət ! ! !

Bir çox gənc kimi mən də bu gün vətəndaş  və insani borcumu yerinə yetirmək üçün 28 maya yollanmışdım. Günün birinci yarısı alınmadığı üçün ikinci yarısı getdim. Tək deyildim.  Ele bu bloga yazan Günay, Elçin, Nahid də mənimlə idilər. Bizdən başqa DALĞA, OL , Gənc Müsavatçılar və başqa qrup gənclər də var idi.  Yığışanlar qara lent bağlamış, əllərində qərənfil qətlə yetirilmiş tələbələri anmaq  məqsədi ilə Akademiyaya tərəf getdik.  Çevik polislərimiz hadisənin qarşısını ala bilməsə də  gənclərin qarşısını ala bildi. Onlar bizi akadamiyanın qarşısına getməyə qoymadılar.
Sonda gülləri və şamları Akademiyanın birinci binasına qoymaq qərarına gəldik.  Daha sonra Azərbaycan Respublikasının Himnini oxuduq. Sonra isə dağılışmağa başladıq.  Sonra kimlərsə qışqırmağa başladılar – Terrora yox  və sairə.
Terrora yox demək lazımdır.  Amma mən gördüyüm qədərilə kimlərsə bu tədbirdən öz məqsədi üçün istifafə etmək istəyirdi. İnsanlar  oraya ölənləri yad eləməyə, hadisəyə etiraz etməyə gəlmişdilər. Onların nifrətini, kədərini öz  siyasi məqsədinə görə yönləndirmək alçaqlıqdır, ölülərin ruhuna hörmətsizlikdir.
Mən Ramin Hacılıya təşəkkür etmək istərdim.  Aksiyanın istiqamətinin dəyişməməsi üçün insaları səhv etməməyə çağırır, onları  yönləndirməyə çalışanların isə qarşısını aldı.
Bir də onu demək istərdim ki, aksiyanın keçirilməsi 0 səviyyədə idi. İnsanlar heç nəyi nəzərə almamışdılar.  Hər halda  bu cür aksiyalar hərtərəfli düşünülməlidir.
Amma  nəticə olaraq  mən məmnunam ki, gəncliyimiz  öz münasibətini  bildirməyə çəkinmədilər.  Müəyyən mənada birləşdilər  !

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , , , , ,
  1. Gunay Kerimova
    May 2, 2009 tarixində, saat 16:56

    30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında olan hadisə məni də sarsıdıb. :(( Hələ də fikirləşəndə belə bir şeyin olmasına inana bilmirəm.
    Mənə pis təsir edən məsələlərdən biri odur ki, hadisənin bir neçə şahidi ilə danışmışam və onlar deyib ki, ölənlərin sayı ən azı 35-40 olub. Bəs niyə gizlədilir 13 nəfər deyilir. Terrorçunun özünü də çıxsaq 12 nəfər. Niyə say gizlədilməlidi axı??? Məncə terrorçu bir nəfər yox 2 ya 3 nəfər olub, hadisəni birgə törədiblər və sonra izi itirməkb üçün Fərdanı öldürüblər. Maraqlıdı, hansı terrorçunun üstündə şəxsiyyət vəsiqəsi olar? Və Fərdanı öldürdükdən sonra o qarışıqlıqda tələbələrlə birgə qaçıblar çölə. Onsuz da böyük şok yaşayan tələbə və müəllimlər onları tanımayacaqdı. Fikirləşirəm ki, hadisənin şahidi olan tələbələr yenidən o instituta necə gedəcəklər? Gözlərinin qarşısında o qədər insan öldürülüb. Hər halda hər birinə psixoloji müalicə lazımdır.
    Aksiyaya gəldikdə isə gedişat mənim də xoşuma gəlmədi. Bir neçə saat keçirilən aksiyada nəyə görə aksiyaçılar akademiyanın qarşısına gedib gül qoyub,şam yandıra bilirdilər. Ancaq saat 8-de olan aksiyada bu olmadı. Səbəbdə bu oldu – istintaq gedir orda. İstintaq səhər niyə olmurdu bəs? Bütün bu faciəvi hadisə gedişatında məni sevindirən tək bir şey oldu – o da Azərbaycan gənclərinin birgəliyi.
    Allah ölənlərə rəhmət etsin, yaralılara şəfa versin. Ancaq bu hadisənin də unutdurlacağından narahatam!!!

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: