Əsas səhifə > Mədəniyyət, Sosial > Mədəniyyətin olsun agsaqqala yer ver, centlmen ol xanima yer ver !

Mədəniyyətin olsun agsaqqala yer ver, centlmen ol xanima yer ver !

Milli dəyərlərimizdən biri de böyüklərə və qadınlara yer verməkdir. Bəh-bəh necə də gözəl mədəniyyət. Bu oğlanlar əzabkeş kimi gəliblər dünyaya. İşlə, qazan, avtobusda, metroda da oturma. Birisi yaşlıdır, o birisi də qadın. Amma yenə də söyülən oğlanlardır. Oğlanlarımız yaman ədəbsizləşib, ağzının danışığını bilmir deyirlər. Qızlar da tanış olmağa xarici axtarır. Axtaracaqda bəs. Azərbaycanlı oğlan dünyaya toz-torpaqda işləmək üçün gəlib. Xanımlar isə kişinin qazandığını yemək və bir xarici sevgili tapmaq üçün yaranıb ?
Bu gün metroda bir hadisənin şahidi oldum. Elmlər Akademiyası metrostansiyasına minəndə mənimlə birgə bir yaşlı qadın da mindi. 13-14 yaşlarında bir qız uşağı qalxıb ona yer verdi. Sonra da vaqonun qarşı tərəfində oturan anasının yanına yaxınlaşdı. Anasının sifətindən zəhrimar yağırdı. Hirsindən göz bəbəyi böyümüşdü. Başladı qızını danlamağa: “Sənə min dəfə demişəm ki, oturdun qalxma. Niyə qalxırsan?”
Bax belə. Yəgin ki, qızlarımızın mədəni olmasında valideynlərimizin böyük rolu var. Qızların əksəriyyəti metroya, avtobusa minən kimi gözünü yerə dikib tərbiyəli ev qızı rolu oynayır. Əldən-ayaqdan düşmüş yaşlı qadın və ya kişi qarşısında dayansa belə durub ona yer verməz. Belə olan halda nə üçün oğlanlarımız qızlardan mədəniyyətsiz olur?
Məncə, oğlanlar nə qədər tərbiyəsizdirlərsə, qızlarımız da elə o qədər tərbiyəsizdir. Sadəcə oğlanlar olduqları kimi görünür. Qızlar isə görünmək istədikləri kimi görünürlər. Adətən susurlar. Susmaq həqiqətən də qızıldır. Qızlar bu qızıla bürünüb. Bir az danışdırsan, tanısan üstə gəl cırnadıb, hirsləndirsən onda görərsən əsil simalarını. Ağızlarından “bal” tökülür “bal”. Elə bir bal ki, ən güclü zəhər belə onun yanında zəif qalar.
Bax belə oğlanlar əgər hörmət istəyiriksə, ilk öncə özümüzə hörmət etməliyik. Birincisi məişətdən başlamaqla. Metrodan, avtobusdan başlamaqla. Yaşlılara yer vermək olar, qızlara isə yer verməyin! Mən vermirəm :))

Advertisements
Kateqoriyalar: Mədəniyyət, Sosial Etiketlər: , ,
  1. Ali Resh
    Aprel 29, 2009 tarixində, saat 14:44

    Yox medeniyyet deyilş ama men demedim ki oglanlarimiz medenidir :)) men demek isteyirem ki oglanlarimiz da qizlarimiz da eyni medeniyyetdediler biri o birinden ne artiqdi ne de eksik :))

  2. ferqane
    Aprel 29, 2009 tarixində, saat 14:36

    Yaxsi dostlar bes oglanlarin qisa yubkali qizlara yer vermesine ne ad verek.Men qisa geyinmirem deye avtobusa minenede ayaqda qaliram.ele ki qisa yubkali gelir centelmenler qalxib yer verirler.Sonra da gozlerini qizdan cekmirler.Budur medeniyyet?

  3. Ali Resh
    Aprel 29, 2009 tarixində, saat 12:58

    Dogurdan ALI “sehirli soz”u unutmusham. Sehirli soz artiq qirmizi kitaba dushub :)) cox nadir adamdan eshidersen bu sozleri

  4. Aprel 29, 2009 tarixində, saat 03:30

    yaxşı ay əsəbiləşən qızlar, sizə bir sual – bəs bilə bilə gəlib oğlanların başının üzərində dayanan, onların gözünə baxan, bir sözlə yer tələb edən xanımlara, yaşlılar barəsində nə deyirsiniz? Və yaxud da, öz təcrübəmdən sizə deyim, bütün ömrüm boyu metroda yerimi ona-buna vermişəm, hələ ki, ruslardan və tək-tük azəri qadınlardan başqa heç kim sağ ol demir. Cavan qızlar voobşe yer verirsən, hələ bir səni itələyib, keçib oturur. Məncə Rəşadın subyektiv fikrini tənqid etməklə bərabər, bunları da tənqid etmək lazımdır. yoxsa elə deyil?

  5. Aprel 25, 2009 tarixində, saat 16:18

    Her kesin eyni sheyi dushunmesi mumkun deyil 😉

  6. Gunay Kerimova
    Aprel 25, 2009 tarixində, saat 15:30

    Hə Nata, fikirlərimə dəstək olduğunuz üçün mən də hamınıza təşəkkür edirəm.
    Rəşad, yazının həqiqət olduğunu hər adam qəbul etmir:)

  7. Ali Resh
    Aprel 25, 2009 tarixində, saat 14:51

    elbetde hamiya aid deyil. Ama ekseriyyete aiddir. Istisnalar qaydalari pozmur. Ferqli insanlar olsa da,Yazim heqiqet olaraq qalir.

  8. nata
    Aprel 25, 2009 tarixində, saat 14:28

    cox saqol Gunay , indi bu yazini bir nece nefer gizlar oxuyub gezeblenmishik. sen ise cox gozel hamimizin evezine , hamimizin fikirini bildirdin :)))sene indi bu yaziya munasibet gosteren 9 nefer azeri gizlarindan tesekkurler ! !))))

  9. Gunay Kerimova
    Aprel 25, 2009 tarixində, saat 13:31

    Ay Rəşad, özün ki, jurnalistikada oxumusan, bilmirsən subyektiv fikir əsasında yazı yazmaq olmaz? Belə çıxır ki, qızlar da tutaq ki elə mən oğlanların bəzilərində gördüyüm hörmətsizliyi bütün oğlanlara şamil etməliyəm? Sən ya da başqa bir oğlan deməz ki, sən niyə bəzilərində gördüyün hörmətsizliyi hamıya aid edirsən. Bəs yaxşı onda niyə çox zaman yaşlı bir adam avtobusa minəndə hansısa bir oğlan ona yer vermir. Sonra cavan bir qız durub yaşlıya yer verəndə oğlan da durub o qıza yer verir? Bu du oğlanların mədəniyyəti? Bəh-bəh nə gözəl mədəniyyətli oğlanlarımız var. Hamıya aid etmirəm a Rəşad, səndən fərqli olaraq. Azərbaycanlı xanımlar kimi sadiq qadın dünyada yoxdu Rəşad. Onu səhv bilirsən ki, Azərbaycanlı qızların xarici oğlanlardan xoşu gəlir.Bu ola bilsin qızların çox az qisminə aiddir.
    Həm də ki, qızlar oğlanlardan nə tələb, nə də xahiş etmir ki, durub yer versin özləri yer verirlərsə də sağ olsunlar.
    Şirindilliyə qalanda isə sən acıdil olandan sonra sənə qarşı niyə şirindil olmalıdırlar ki? Hörmət hörmətə bağlıdı. Oğlan danışığın bilsin ki, qız da məcbur olub kobud cavab verməsin. Sizin kimi Azərbaycan oğlanları əgər Azərbaycanlı qızlara qarşı belə hörmətsizdisə başqa ölkələrin oğlanlarından nə gözləyək.
    Hər halda qızlar nə qədər mədəniyyətsiz olsa da, bu cəhətdə oğlanlara çata bilməzlər!!!

  10. Ali Resh
    Aprel 25, 2009 tarixində, saat 11:32

    cox mentiqsiz dushuncedir ! nece yeni qiz olmaq isteyen oglan? ? bu menim etirazimdir. 100 bir qiz ozunden boyuye yol verir. Medeniyyet qiz uchun de oglan uchun de eyni olmalidir. Ne uchun qizlar yashlilara yer vermirler ? ? men de cavan qizlara yer vermirem. 27-30 yashdan yuxari xan;mlara yer verirem ! Milli deyerden danishir hami ! milli deyer oglanlara aiddir ancaq ?

  11. nata
    Aprel 25, 2009 tarixində, saat 11:16

    Hegigeten her vermirsen?? bunu ozune hormet adlandirirsan? biz gizlar ise bele oqlanlari giz olmaq arzusu ile yashayanlar kimi gebul edirik 🙂 her halda ozunu esl kishi hesab eden, hec bir veziyyetde kishiliyini unutmamalidi ! ! cemiyyetde muxtelif terbiyyede olan adamlar olur, ve her sexs ozune uyqun birlik yaratmalidir.bele olan halda yaratdiqi muhut ona rahatliq ve tamamliq getirecek :))

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: