Əsas səhifə > Xəbər > Zərdüşt Əlizadə: “QDİƏT tamamilə səmərəsiz bir təşkilatdır”

Zərdüşt Əlizadə: “QDİƏT tamamilə səmərəsiz bir təşkilatdır”

Politoloqun sözlərinə görə, bu təşkilata sədrliyin Azərbaycana keçməsi bizə heç nə vəd etmir

AJAŞ Xəbər/17.04.2009/.“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyin Azərbaycana keçməsi, ölkəyə iqtisadi baxımdan heç nə vəd etmir. Azərbaycan sadəcə olaraq, sədr kimi təşkilatın qarşısında duran məsələlərin həlli ilə məşğul olacaq”. Bu sözləri politoloq Zərdüşt Əlizadə AJAŞ Xəbər-in müxbiri ilə söhbətində deyib. Politoloqun sözlərinə görə, Azərbaycan artıq iqtisadi fəaliyyətinin bütün istiqamətlərini çoxdan müəyyənləşdirib və əsas partnyor ölkələr bəllidir: “Məsələn, gəlin görək Azərbaycanın ən iri iqtisadi partnyorlarından biri olan İtaliya, yaxud QDİƏT üzvü olmayan digər Avropa ölkələri, həmçinin ABŞ Qara Dəniz hövzəsi ölkəsidirmi? Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının 95%-ni neft təşkil edir. Məgər bu xammalı satmaq üçün Qara Dəniz hövzəsi ölkələrinin təşkilatına ehtiyac varmı? Əlbəttə yox”. Z.Əlizadə təəssüflə qeyd edib ki, Azərbaycan neft istisna olmaqla, dünya bazarına tələbatı olan mallar çıxarmaq qüdrətində deyil.
Daha sonra politoloq QDİƏT-i Avropa Birliyilə müqayisə də edib. Vurğulayıb ki, AB-dən fərqli olaraq, üzv ölkələr tərəfindən QDİƏT-ə real meyl çox zəifdir: “Bu, tamamilə səmərəsiz bir təşkilatdır. Çünki bu qurumda təmsil olunan ölkələri birləşdirən ciddi amil yoxdur”.

AJAŞ Xəbər Xidməti

Kateqoriyalar: Xəbər Etiketlər: ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: