Ekspert Vüsal Qasımlı: “Manatın real məzənnəsi onun nominal dəyərindən 15 faiz bahadır”
“Manatın məzənnəsini saxlamaq üşün hər ay təxminən 150- 170 milyon dollar Milli Bank tərəfindən Azərbaycanın valyuta bazarına daxil edilir və xarici valyutaya olan tələb və təklif tarazlaşdırılır”. Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı AJAŞ Xəbərin müxbiri ilə söhbətidə bildirib. Ekspert manatın real məzənnəsinin nominal dəyərindən 15 faiz baha olduğunu bildirib. Vüsal Qasımlı valyuta ehtiyatlarının ümumi daxili məhsulun təxminən 35-40 faizini təşkil etdiyini deyir: “Valyuta ehtiyyatlarına neft satışından daxilolmalar davam edir və rəsmi statistikada göstərilir ki, bu ilin ilk üç ayı üçün qeyri-neft sektorunda 14 faiz artım olub. manatın məzənnəsi üşün təhlükə törədən vəziyyətin yaranmadığını vurğulayıb. Ekspert həmçinin başqa ölkələrlə müqayisədə Azərbaycanın cəmi xarici borçunun az olduğunu,dövlət və qeyri dövlət təşkilatlarının birgə 10 milyard borcu olduğunu deyib.
Vüsal Qasımlı həmçinin manat ucuzlaşarsa, hər ay əhalinin alıcılıq qabiliyyətinin 150-170 milyon dollar aşağı düşəcəyini də bildirib.Ancaq Ekspert manatın avroya nisbətən 9 faiz baha olduğunu qeyd edərək,Azərbaycana idxalın stimullaşmasına nəzərən ,Azərbaycandan ixracın maraqsız olduğunu vurğulayıb. Vüsal Qasımlı həm əhalinin alıcılıq qabiliyyətini , həmdə Azərbaycanın xarici ticarət siyasətini nəzərə alaraq,manatın çox yumşaq şəkildə devalvasiyasına ehtiyac olduğunu bildirib. Ekspert həmçinin qarşıdakı bir neçə ildə neft dollarlarının azlamasından yox ,sabit qalmsından,real proqnozlara görə artmasından söhbət getdiyi halda, manatın kəskin ucuzlaşmasının söz mövzusu olmadığını deyib.
Şamo Eminov,
AJAŞ Xəbər Xidməti
ŞƏRHLƏR