YUĞ Teatrı yeni əsər üzərində işləyir
Dövlət Yuğ Teatrı yeni əsərə müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə teatrdan məlumat verilib. Çexovun «Albalı bağı» əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və baş rejissoru Vaqif İbrahimoğludur. Qeyd edək ki, tamaşada teatrın bütün aktyor heyəti rol alıb. Əsərdə Çaykovskinin «İlin çağları» adlı musiqisindən də istifadə olunub. Sözügedən əsər bu ayın axırına kimi təqdim edilməlidir.
Teatrın yaradıcılıq planları bununla bitmir. Kollektiv hələ bir neçə əsərə müraciət etmək fikrindədir. Bundan başqa, teatr yaxın zamanlarda festivallara da dəvət alıb. Bunların bəziləri Mədəniyyət və Turizm Nazirliyinin xətti, bəziləri isə teatrın özünün planları ilə baş tutacaq. Hələliksə YUĞ Teatrının qarşıdakı ilk səfəri Misirə olacaq. İkinci səfər isə Tacikistanda keçiriləcək festivalla əlaqəlidir.
ŞƏRHLƏR