Əsas səhifə > Xəbər > Vüqar Bayramlı: “İxtisar olunmuş iş yerləri rəsmi rəqəmlərdə göstəriləndən qat-qat çoxdur”

Vüqar Bayramlı: “İxtisar olunmuş iş yerləri rəsmi rəqəmlərdə göstəriləndən qat-qat çoxdur”

 

AJAŞ Xəbər/13.04.2009/. “Qlobal maliyyə böhranından daha çox əziyyət çəkən sadə vətəndaşlardır. Bu da böhranla əlaqədar bir çox iş yerlərinin ixtisar olunması ilə bağlıdır”. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramlı AJAŞ Xəbər Xidmətinə müsahibəsində bildirib. Ekspertin sözlərinə görə, iş yerlərinin ixtisar olunması ilə bağlı vəziyyət rəsmi rəqəmlərdə göstəriləndən daha ağırdır: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə bu ilin birinci rübündə 6000 iş yeri ixtisar olunub. Lakin aparılan müşahidələr göstərir ki, ixtisar olunmuş iş yerləri bu rəqəmdən olduqca çoxdur”.

Qlobal maliyyə böhranının Azərbaycanda inhisarçılığın aradan qalxmasına təsir göstərib-göstərməməsi ilə bağlı sualın cavabında isə ekspert qeyd edib ki, bütün hallarda böhran monopoliya və inhisarçılığa da təsirsiz ötüşməyib, lakin hələ ki, belə təsirlər hiss olunmur: “Böhran olmasına baxmayaraq hələ də inhisarçı qruplar var və onlar qlobal maliyyə böhranından daha çox gəlir əldə etməyə çalışırlar”.

 

Əvəz Qurbanlı,

AJAŞ Xəbər

Kateqoriyalar: Xəbər Etiketlər: , , , ,
  1. Ali Resh
    İyun 19, 2009 tarixində, saat 11:29

    Ne ishi??

  2. İyun 19, 2009 tarixində, saat 11:24

    men 2-ci kurs telebesi iş axtarıram 4729548 eger varsa zeng edin zehmet olmasa

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: