Əsas səhifə > Xəbər > Qrant qalmaqalı Media Mərkəzində keçirilən debatda tərəfləri üz-üzə gətirib

Qrant qalmaqalı Media Mərkəzində keçirilən debatda tərəfləri üz-üzə gətirib

Bu gün Azərbaycan Media Mərkəzində Qafqaz Media Tədqiqatlar Mərkəzi və Kanal 13 İnternet TV Azərbaycan Media Mərkəzi ilə birlikdə debat keçirib. Açıq Cəmiyyət İnstitutu YF-nun dəstəyi ilə baş tutan debatda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quluyev və Demokratik Jurnalistlər liqasının sədri Yadigar Məmmədli üz-üzə gəliblər.
AJAŞ Xəbər Xidmətinin məlumatına görə, debatda QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı cəmiyyətdə və mediada söylənən neqativ fikirlərə aydınlıq gətirilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri və Milli Donor təşkilatından qrant almayan bir neçə QHT nümayəndəsinin də iştirak etdiyi tədbirdə Şura sədri Azay Quluyev aprelin 3-də nəticəsi açıqlanan qrant müsabiqəsindən narazı olan bəzi təşkilatların əsaslanmamış faktlarla KİV–də mənfi mövqedən çıxış etmələrinə toxunub. O, təniqdləri nəzərə aldıqlarını desə də, şantajların yolverilməz olduğunu bildirib.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə müsabiqənin şəffaf olmadığını, nəticələrdən narazı qaldığını dilə gətirib. Y.Məmmədli 3 mərhələdən ibarət müsabiqənin iki mərhələsinin ictimaiyyətə açıqlanmamasına irad tutub.. Debatda qrant almayan təşkilatların bir neçəsi məsələylə bağlı Apellyasiya məhkəməsinə müraciət edəcəyini bildiriblər. QHT nümayəndələri etirazlarla yanaşı, təkliflərlə də çıxış ediblər. Qafqaz Media Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Orucov gələcək müsabiqələrdə konkret istiqamətlər üzrə müsabiqə keçirilməsi təklifini edib.
Debat qızğın müzakirə şəraitində başa çatıb.

AJAŞ Xəbər Xidməti

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: