Əsas səhifə > Xəbər > Media Hüququ Institutunun bəyanatı

Media Hüququ Institutunun bəyanatı

mri

Bu gün “Azadlıq” qəzetinin yazarı Mirzə Sakit Azərbaycan Milli Məclisinin martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən azadlığa buraxılıb. Sərt satirik şerləri ilə tanınan Mirzə Sakit ictimai rəyə görə qondarma ittihamlarla həbs olunmuşdu.

Aprelin 9-da daha bir jurnalist – “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili də həbsxanadan azadlığa buraxılıb. Asif Mərzilini Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Təzadlar” qəzetində dərc olunan yazıya görə məhkəməyə vermişdi. Yasamal Məhkəməsi aprelin7-də rektorun şikayətini əsaslı sayaraq baş redaktoru Cinayət Məcəlləsinin gözdənsalmaya görə məsuliyyət nəzərdə tutan üzdəniraq 147-ci maddəsi ilə suçlu sayaraq 1 il müddətinə azadlıqdan məhrum etmək kimi çox ağır cəzaya məhkum etmişdi. Məhkəmə bununla kifayətlənməyərək qəzetin əməkdaşı Zümrüd Məmmədliyə də cinayət cəzası – 6 aylıq icbari iş cəzası vermişdi. Yuxarı məhkəmə instansiyası – Bakı Apellyasiya Məhkəməsi qısa zaman kəsiyində jurnalistlərin apellyasiya şikayətinə baxaraq ədalətli qərar çıxarıb, Yasamal Məhkəməsinin 6 aprel tarixli hüquqa söykənməyən qərarını tamamilə ləğv edib.

Media Hüququ İnstitutu bu qərarı alqışlayır, belə qərarların hər bir toplumun tərəqqisinin əsasında dayanan azad və müstəqil media üçün əlverişli mühitin formalaşmasına təsir göstərən addımlardan sayır. MHİ jurnalistin defamasiyaya görə həbsinə yox deyən belə qərarların ölkədə ifadə azadlığı baxımından çox önəmli olduğunu vurğulayır, davamının gəlməsini diləyir.

Media Hüququ İnstitutu həmçinin 3 ilə yaxın azadlıqdan məhrum edilmiş satirik şair Mirzə Sakitin azadlıqda olmasından məmnunluğunu ifadə edərək daha 3 tənqidçi jurnalistin həbsdə olduğunu xatırladır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayev, “Bizim Yol” qəzetinin redaktoru Müşfiq Hüseynov konkret yazılarına görə məhkum edilməsələr də adıçəkilən cəsur tənqidçilərin məhz peşə fəaliyyətinə görə qurama ittihamlarla həbsxanada olması barədə birmənalı ictimai rəy var. Media Hüququ İnstitutu Azərbaycan hökumətini demokratik inkişaf yolunda mühüm alətlərdən olan ifadə azadlığına dəyər verməyə, ən qısa zamanda həbsdə olan jurnalistlər barəsində çıxarılan hökmləri ləğv etməyə, cinayət qanunvericiliyin sözə görə həbs cəzası nəzərdə tutan uzqaraldıcı müddəalarını dəyişdirməyə çağırır.

Media Hüququ İnstitutu Azərbaycanda ifadə azadlığı və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini inkişaf etdirmək, medianın haqlarını müdafiə etmək, jurnalistlərə hüquq yardımı etmək məqsədi ilə yaradılıb.

Kateqoriyalar: Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: