Əsas səhifə > Maraqlı, Siyasi, Xəbər > Türkiyəsiz Yaparteid

Türkiyəsiz Yaparteid

Son günlərin ən aktual məsələsi heç şübhəsiz Amerika Birləşmiş Ştatlarının ilk qaradərili və yeni seçilmiş prezidenti Barak Obamanın aprelin 6-da Türkiyəyə səfəri və bu səfərin fonunda Türkiyaə-Ermənistan sərhədlərinin açılması məsələsidir.Ermənistanla müharibə şəraitində olan və Türkiyəni özünə böyük qardaş hesab edən məmləkətimiz Azərbaycanın müxtəlif dairələrində də bu böyük səfər çox müxtəlif prizmalardan böyük narahatçılıqla izah edilir.

Ən əsas narahatçılıq isə B.Obamanın gəlişi ilə Türkiyənin Ermənistanla sərhədləri açması xofudur.Konkret danışsaq hakimiyyətin təsiri altında olan televiziya və radiolarda antitürkiyə təbliğatı aparılır və hətta Rəcəp Tayyib Ərdoğanın rəhbərlik etdiyi “AKP”-yə qondarma şəkildə ermənipərəst mövqeyi sırınır.2002-ci ildən Türkiyədə iqtidarda olan “AKP” höküməti son 7 il ərzində türkiyəlilərin böyük rəğbətini qazanaraq demokratiya cəhətdən xeyli irəliyə doğru addım atdı.Hakimiyyətə gəldikləri andan R.T.Ərdoğan və Abdullah Gül başda olmaqla “AKP” regionun həqiqətəndə əsl lider dövlətinə çevrilməyə başladı.Əlbəttə ki,regiona nəzarətin bölgə ölkələri ilə sıx əməkdaşlıqdan keçdiyini yaxşı anlayan R.T.Ərdoğan ilk olaraq neçə illərdir soyuq münasibətdə olduqları Suriya ilə dostluq münasibətləri bərpa etdi,daha sonra PKK teror şəbəkəsinin məhv edilməsini daha sivil yolla həll etməyə başladı.Ən əsası son parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinə kürdlərin partiyası olan Demokratik Toplum Partiyasından 27 nəfər deputat kreslosu qazandı.Bütün bunlar əlbəttə ki,Ərdoğanın demokratiya yolunda atdığı səmərəli addımların nəticəsi idi.Türkiyə və türkiyəlilər üçün ən böyük problem isə şəksiz qonşu Ermənistanla uzun illərdir bağlı qalan sərhəd problemi və soyuq munasibətlərdir.Hər vəchlə bu problemi həll etmək istəyən “AKP” höküməti erməni xalqına doğru yaxşı mənada bir neçə addım atdı.Misal olaraq 2007-ci ildə Van şəhərində erməni kilsəsinin açılışında baş nazir R.T.Ərdoğanın şəxsən iştirakı,dünya çempionatının seçmə qrup mərhələsində bir qrupda yer alan Türkiyə və Ermənistan yığma komandalarının İrəvanda keçirilən futbol matçında Türkiyə prezidenti Abdullah Gül də iştirak etdi və həmkarı Serj Sarkisyanı öz ölkəsində keçiriləcək cavab matçına dəvət etdi.Göründüyü kimi artıq hər şeyin zor gücü ilə həlli mümkünsüzlüyünü anlayan Ərdoğan höküməti ən azından reallıqlarla hesablaşır.

Kiçik qardaşı Azərbaycandan fərqli olaraq diktaturadan uzaq gəzən Türkiyə öz qonşusu ilə dostluq münasibətləri qurur və heç də ərköyün,cığal qardaşı Azərbaycanın maraqlarından imtina etmir.Sadəcə “AKP” höküməti anlayır ki, sərhədlərin bağlı qalması ilə Türkiyə iqtisadi cəhətdən milyonlarla dollar pul itirir,Avropa Birliyinə qəbul məsələsində sərhədlərin bağlı qalması onun qarşısında böyük əngəl kimi qoyulur,təzyiq metodu kimi istifadə edilir.

İndi isə vəziyyət elə gətirib ki,dünyanın super gücü olan ABŞ-ın prezidenti ilk Avropa səfəri zamanı qardaş Türkiyəyə də səfər etməyi unutmur.Bu isə özü-özlüyündə Türkiyənin regionda necə söz sahibinə malik olmasının göstəricisidir.Digər tərəfdən isə seçkilərdə erməni lobbisinin dəstəyini qazanan B.Obama erməni soyqırımı məsələsində ermənilərə söz verib və qarşıdan aprelin 24-ü gəlir.Belə olan halda isə ortaya siyasi alver məsələsi çıxır,yəni Türkiyə Ermənistanla sərhədləri açır,B.Obama isə soyqırım sözünü işlətməkdən imtina edir.Təbii ki,bütün bunlar hamısı fərziyyələrdir.Ancaq Türkiyə sərhədlərin açılması məsələsində çox diqqətlə hərəkət edir və bir çox ekspert,politoloqlar hesab edirlər ki,bu səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünlüyünü də vurğulayırlar.Lakin bir şeyi unutmaq lazım deyil ki,ermənilərin böyük qardaşı olan Rusiyanın da bu məsələyə razılıq verməsi lazım gələcək.Bu isə indiki mərhələdə o qədər də inandırıcı görünmür.

Bir başqa tərəfdən isə B.Obamanın səfərini məhz Ermənistanla sərhədlərin açılması məsələsinə yönəltmək də o qədər düzgün deyil.Unutmaq lazım deyil ki,Türkiyənin burnunun dibində yerləşən ABŞ-ın ən yaxın müttəfiqi olan İsraillə münasibətlər,PKK problemi,İncirlikdəki ABŞ hərbi bazası,İraq problemi daha çox aktual görsənir nəinki,Ermənistanla münasibətlər və ya D.Qarabağ münaqişəsi.

İndi isə prosesləri yaxından izləmək qalır ki,görək hadisələr hansı sonluqla bitəcək.Ümid edək ki,hər şey yaxşı sonluqla qurtarsın.

Ancaq Ermənistanla Türkiyənin sərhədlərini açmasını özümüz üçün o qədər də faciəyə çevirməməliyik.Çünki Türkiyənin ermənilərlə yaxın olması D.Qarabağ konfliktinin də tezliklə həll olunmasına rəvac verə bilər.Ən azından Avropa Birliyinə üzvlük məsələsində erməni maneəsi Türkiyənin qarşısından götürüləcək və anadolu türklərini AB-yə daxil olmasını sürətləndirəcək.Bu isə Azərbaycanın haqq sözünün AB-də eşidilməsi deməkdir.Birdə unutmaq lazım deyil ki,”AKP” höküməti Türkiyə xalqının səs çoxluğu ilə dalbadal iki dəfədir ki,iqtidara gəlir və bir çoxları bildirirki,türkiyəlilər sərhədlərin açılmasına razı deyil.Əsla belə deyil,bir-iki MHP və CHP-çinin mövqeyini də türkiyəlilərin adına çıxmaq sadəlövlük olardı.Onu da deyim ki,son parlament seçkilərində R.T.Ərdoğana uduzacağı təqdirdə Rodosa qədər üzəcəm deyən,amma sözünü tutmayan Dəniz Baykal kimisinin dedikləri öz ambisiyasından irəli gəlir.Azərbaycanda hakimiyyətdə olan siyavuşabənzər qavroşların “vətənpərvərlik” şərqilərinə isə qulaq asmasaq daha yaxşı olar.Çünki onlar heç özləridə bilmirlər nə edirlər.Burada dahi Lev Tolstoyun bir sitatı yadıma düşdü:”Vətənpərvərlik satqının ən axırıncı variantıdır”.Necə ki Azərbaycanda diktaturanı bərqərar edən,respublikanın dayaqlarını möhkəmcə sarsıdan Əliyev rejimi neçə illərdir boş və mənasız şəkildə “vətənpərvərlikdən” dəm vurur.Prezidentləri sülh danışıqlarına gedir,xalqa isə müharibəyə hazır olun deyirlər.Böyük qardaşdan öyrəniləsi çox şey var hörmətli Bandokratik Əliyev rejimi!

Kateqoriyalar: Maraqlı, Siyasi, Xəbər Etiketlər: , ,
  1. Teo
    Sentyabr 27, 2009 tarixində, saat 15:44

    Qeyd etmek lazimdir ki,musteqilliyimizin elde olunmasinda Turkiyenin bize cox yardimi olub.(Vətənpərvərlik satqının ən axırıncı variantıdır)Diref sen burada ruslar demishken—ты просто великолепный

  2. guler_m
    Aprel 13, 2009 tarixində, saat 11:58

    Nahid beyin fikirleri mene hemiwe maraqli olub. amma, nedense bu defe ne demek istediyinizi anlamadim. daha sade yazsaniz sevinerem!

  3. nahid
    Aprel 10, 2009 tarixində, saat 13:26

    Gunumuz ucun maraqli movzudur.ama turkiyedede Azerbaycan saygi zorakiliq var o hakimiyyet Azerbaycandan defelerle xalqi seven hakimiyyet kimi qiymetledirmek olar onu imam kimi qebul etmek olmaz.MTRS dil meselesinde Turkiyeni ozune qardas bilmirdi.indi ehtiyac ucundan qardas deyir.Baxaq Azerbaycan hakimiyyetinin “laziim gelerse”siyaseti ne is gorub oz xalqi ucun.bunu ferid deyi kimi elbette bedbextlik adlandirmaq olmaz.bizim prezden amma bilmelidir ki, kumek yox mubarize aparmaq lazimdir.yaziq Turkiye Felestinin Turkiyenin Azerbaycanin derdini ceksin???????????????????????????

  4. Elnare NJM-girl
    Aprel 8, 2009 tarixində, saat 10:22

    Ferid maragli movzuya toxunmusn, sonuncu cumleni chox beyendim:))

  5. Elnur
    Aprel 7, 2009 tarixində, saat 12:20

    turklerin ermenilerle serhetleinin acilmasi turk dunyasina xeyirdi.bize nece doner yedizdirdiler onlara da acili lahmacunu yedizdire-yedizdire turkculuyu oyredecekler turk litseylerinde.

  6. Gunay Kerimova
    Aprel 7, 2009 tarixində, saat 12:14

    Ferid yazin xowuma geldi. Serhedlerin achilmasi ile bagli etrafli melumat verdiyin uchun tewekkur. Sence, bu meselenin axiri nece olacaq??? :D:D:D

  7. Elnur
    Aprel 7, 2009 tarixində, saat 12:04

    xahis olunur serh yazanlardan! bezi sozleri uzunu sol terefe cevirmekle demek mumkunse yazmasan da olar ve yaziya munasib’t bildirmek, teklif vermek, yaxsi ve pis terefini goztermek lazimdi.

  8. guler_m
    Aprel 7, 2009 tarixində, saat 10:27

    menim eziz qrup yoldawim senin yazin cox superdi,ela ela ela

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: