Əsas səhifə > Düşüncə, Mədəniyyət, Siyasi, Sosial > Vətənpərvərlik yoxsa dövlətçilik ?

Vətənpərvərlik yoxsa dövlətçilik ?

Azərbaycanda həm mətbuatda (əsasən ANS-çilər), həm də siyasətçilərimizin ən çox danışdıqları mövzulardan biri vətənpərvərlikdir. Cəmiyyətdə vətənpərvərliyin səviyyəsindən, insanlara  vətənpərvərliyin aşılanmasından danışılır.  Görəsən vətənpərvərlik lazımdırmı bizə?  Bəlkə dövlətçilik lazımdır?  Nədir vətənpərvərlik ? Nə istəyir bizdən ? Nə verir bizə ? Vətənpərvərlik deyəndə torpaq, ərazi,  bayraq,  gerb, himn,  millət, xalq ağlıma gəlir. Xalqın, millətin şərəfi, ləyaqəti düşür  yadıma. Bu anlayışlara qarşı çıxan, təhqir  edən hər  bir kəs  düşməndir. Onunla  mübarizə aparmaq gərəkdir. Bu mübarizə təmənnasız edilməlidir. Qanın bahasına, canın bahasına. Millətə bu cür  hissləri  aşılamaq lazımdır deyirlər. Deyirlər elanlar asılmalıdır, bu mövzuda  ədəbiyyatçılar, siyasətçilər geniş danışmalıdır, KİV vətənpərvərlik mövzusuna  üstünlük verməlidir. Vətəni sev deməklə sevilərmi? Müharibə, qan göstərməklə vətənpərvər olmaq olarmı?
Bəs dövlətçilik nədir ? İqbal Ağazadəyə qarşı simpatiyam yoxdur. Hətta mənim üçün antipatikdir. Amma  bu gün  ANS TV-də yayımlanan “Sözün doğrusu” verlişində qonaq olan İ. Ağazadə vətənpərvərliyin aşılanması üçün konstitusiyanın, qanunların işləməsinin vacib olduğunu, insanların məhkəmələrdən, hökümətin siyasətindən razı qalarsa, vətənpərvər olacağını dedi. Məni düşündürdü. Haqlı idi. Bu dövlətçilik deyilmi? Dövlətçilik nədən yaranır? Məktəbdə, universitetdə müəllimindən normal münasibət görən, normal təhsil alan vətəndaş dövlətini sevməzmi? Yol polisindən, müstəntiqindən hüquq çərçivəsində münasibət görən vətəndaş dövlətini sevməzmi? Tutduğu vəzifədən, maddi durumundan, əlaqələrindən (day-dayından) asılı olmayaraq, haqlı qərar çıxaran məhkəməsi olan dövləti sevməzmi vətəndaş ? Vətəndaşlara, onların övladlarına normal həyat tərzi verən dövlətinƏ bağlanmazmı?
Dövlətini sevən şəxs onun konstitusiyasına, qanunlarına, bayrağına, gerbinə, himninə, ərazisinə, xalqına biganə qala bilərmi? Bu şəxslərə sözlərlə, elanlarla vətən sevgisi aşılamağa ehtiyac qalarmı? Hansı biri dövlətini qorumaq üçün qanından və canından keçməz ?
Elə isə nə üçün bizdə dövlət sevgisindən, dövlətçilikdən yox, vətənpərvərlikdən danışılır? Bəlkə hamıya belə sərf eləyir. Heç kimə lazım deyil ki,  azərbaycanlı konstitusiya, hüquq haqqında  düşünsün. Normal təhsil haqqında düşünmək olmaz.  Məhkəmələrin qərarlarının haqlı olmasını istəmək günahdır yəqin.  Bizə yalnız vətənpərvərlik hissi ilə ac yaşamağı və lazım olanda  vətən uğrunda ölməyi layiq  bilirlər.

  1. Ali Resh
    Aprel 4, 2009 tarixində, saat 20:54

    Gözəl yanaşmadı. Con F. Kennedi demişkən “Soruşma ki ölkə sənə nə edir, soruş ki, sən ölkənə nə verirsən”. Siz müəyyən mənada haqlısınız. Vətənpərvərlər həmişə olacaq. Ölkəsini xalqını nə olursa olsun sevənlər olacaq. Qanından, genindən gələn bir duyğu ilə. Ama dövlət elə olmalıdır ki, hamı on sevsin, onu itirməkdən qorxsun. Necə ki, ABŞ-da Almaniyada, İngiltərədə və s. ölkələrdə belədir. O ölkələrin əhalisi dövlətlərindən istədiyi münasibıti görür. Ona görə də öz ölkələrini daim qorumağa hazırdır. BU ölkələrdə əsgərlik könüllü olsa da kifayət qədər insan əsgərliyə müraciət edir. Bizdə əsgərlik könüllü olsaydı nə baş verərdi görəsən ?

  2. gunahkar melek
    Aprel 4, 2009 tarixində, saat 19:53

    salam.mence Vetenperverlik her kesin oz olkesine, oz insanina,oz diline nece yanashmasindan bashlayir.Ele insanlar var ki oz ana dilimize xor baxir onu beyenmirler sizce onlar esl vetenperver ola bilermi? Vetenperverlik mence Hara getsen her yerde oz medeniyyetini gostermek,oz vetenini medeniyyetinle ,aglinla yuksek seviyyede temsil etmekdir.Veten -ugrunda olmekle deyil ugrunda yashamaqla Vetendir…Vetenini sevirsense ugrunda yashamagi bacarmalisan.Neyise deyishmek istiyirikse bunu birinci ozumuz etmeliyik oz etrafimizdan bashlamaliyiq.nese duz deyil?- Onda oz etrafini deyish yavash yavash goreceksen ki bu Veten deyishir,insanlar deyishir.Meselen rushvet olmasin deyirsen?-rushvet verme…ve s ve i.
    teshekkurler.

  3. Ali Resh
    Aprel 3, 2009 tarixində, saat 09:58

    hmm.. Niye asan yolu secdin ? xain olmaqdan asan ne var ? basini gotur qac. Belke deyishek ?

  4. man
    Aprel 3, 2009 tarixində, saat 01:51

    veten azerbaycandirsa veten xaini olmaga deyer.

  5. kamran
    Aprel 2, 2009 tarixində, saat 21:06

    🙂 inshallah Gunay xanim gismet olar xarici gezersiniz. sonra da bir yazi yazarsiniz.gorek harada yashamaqa ustunluk verersiz ;)hugugi dovletde yoxsa……:)

  6. Gunay Kerimova
    Aprel 2, 2009 tarixində, saat 20:25

    Ehhh Ali Resh elə məsələyə toxunmusan ki… Kimi danışdırsan hamı deyər ki, vətənpərvərəm. Amma hərə vətənpərvərliyi bir cür başa düşür. Kimin üçünsə əsgərliyə gedib vətən uğrunda vuruşmaq, lazım gələrsə ölmək, kimin üçünsə iqtidarçı olub müxalifətə nifrət etmək, vətənini atıb başqa ölkəyə getməmək, vətənin müstəqilliyi, suverenliyi üçün çalışmaq… Siyahını istədiyimiz qədər artıra bilərik. Hərənin öz subyektiv fikri var. Əvvəllər əsgərliyə getməyənlərə pis baxırdım, onları qorxaq hesab edirdim. Amma indi isə yox. Əsgərlik haqqında danışanlardan, bildiklərim əsasında deyirəm ki, bu şəraitdə heç kim istəməz əsgərlik. Əsgərliyə gedib tam sağlam gələn görməmişəm desəm yəqin ki, yanılmaram. Vətəni atıb xarici ölkədə yaşayanlara nankör, xain kimi baxırdım. Amma sonra baxıram ki, xarici ölkələrdə insanlara necə şərait yaradılır, istər maddi vəziyyətlərində, istər təhsildə, istər insan hüquqlarında, artıq qınaya bilmirəm. O qədər haqsızlıqlar, insan hüquqlarının pozulması, qanunsuzluq görürük ki, vətənpərvərliyin nə olduğunu da qarışdırırıq. Heç kimi qınaya bilmərəm. Amma TV-yə baxanda hərdən əsəbləşib qınadığım vaxtlar olur. Məsələn, bir qadın göstərirdilər bir dəfə. Deyir ki, oğlumun biri vətən uğrunda vuruşub ölüb. Lazım gəlsə o biri iki oğlum da ölər. Mən də buna razı olaram. Diqqətlə o qadının gözlərinə baxdım, bu sözləri həqiqətən deyib-demədiyini bilmək istədim. Və gördüm ki, bu yaltaqlıqdan, TV-də danışıb özünü göstərməkdən başqa bir şey deyil. Bu vətənpərvərlik deyil.
    Hər halda mən də özümü vətənpərvər hesab edirəm (hamı kimi)və düşünürəm ki, heç vaxt həmişəlik xarici ölkədə yaşaya bilmərəm. Gəzib görüb sonda yenə vətənə qayıdaram:)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: