Əsas səhifə > Maraqlı, Sosial > Qızıl balığını axtaranlar

Qızıl balığını axtaranlar

d0b8d184d0b4d188d0b9d181d180d188Burada yer tutmaq üçün yuxularına haram qataraq gecə saat 3-dən gəlirlər. 300 nəfər arasında yer tutmaq elə də asan iş deyil. Bunu özləri də etiraf edirlər. Söhbət Dənizkənari parkda dənizin içərisinə (köhnə “Sadko” restoranına tərəf) gedən yolda balıq tutan balıqçılardan gedir. Deyilənə görə, könlü balıq istəyənin quyruğu suda gərək. Balıqçıların da könlünə balıq düşəndə və ya boş vaxtlarında tilovlarıni qoltuqlarına vurub gəlirlər bura. Qismət Allahdandır deyib, saatlarla öz balıqlarının yolunu gözləyirlər. Onların çoxu peşəkar deyil, həvəskar balıqçılardır.
Dediklərinə görə, tutduqları balıqları yalnız özləri üçün evə aparırlar. Amma arada tutduqları balıqları satdıqlarını danmırlar. Balığın bol olduğu vaxtlarda, martın 15-dən sentyabra qədər çörəkləri “balıqdan çıxır”. Bəzən günə 4-5 kq, bəxti gətirənlər isə 8-10 kq-a qədər balıq tuta bilir. Qışda isə balıqlar sahildən xeyli kənarda, dənizin daha dərin hissələrində olurlar. Balıqçılar küləkli havanı çox sevirlər. Əsas da Şimal küləyi olan zaman. Çünki bu vaxt sahildə balıq daha çox olur. Amma elə günlər var ki, saatlarla gözləmələrinə baxmayaraq, 1 dənə də olsun balıq tuta bilmirlər.
Tor balığından balıq olmaz
Burada balıqları həyət və dəniz qurdlarıyla aldadırlar. Əvvəlcə həyət qurdlarını qarmağa keçirir, suya ataraq qızıl balıqlarını gözləyirlər. Tor balığını bəyənməyən Rauf dayı “Tor balığından balıq olmaz. Çünki onu tutarkən əzilir” deyir. Bəzən tilovuna düşən balıqların gözəlliyinə valeh olub onları yenidən dənizə tullayır. 1 dəfə isə tilovuna daha böyük balıq düşür. Lakin Rauf dayı onu ələ keçirə bilmir. O, tilovu qıraraq dənizə qayıdır. “Bir də görürsən ki, əziyyətlə 3-4 balıq tutursan, onlar da sürüşüb düşür dənizə, qalırsan baxa-baxa”.
Mindim Bakıda, düşdüm Sumqayıtda
Yeddi yaşından balıq tutan Həmid Koxayev artıq 20 ildir ki, bu işindən əl çəkmir. Bakıda qayığa minib balıq tutmaq istəyən Həmidi qəflətən külək yaxalayır. Küləklə çarpışıb, dalğalarla döyüşür. Nəhayət, bu mübarizədən qalib çıxaraq Sumqayıtda qayığını sahilə çıxara bilir.
Balıqçılar öz sirlərini heç də bölüşməyi sevmirlər. Amma bizə bəzi sirrləri dedilər. Məsələn, qarmağı atarkən ehtiyatlı olmaq lazımdır. Var güclə atmağa çalışsaz suya düşmək olar. Həm də atarkən tilovu çox yuxarı qaldırmaq olmaz. Çünki balıq bir az dərində olur. Tilovu dərinlik və uzunluq daxil olmaqla 10 metrə qədər atmaq lazımdır. Balıqçılar deyirlər ki, dəniz balıqları yarım saat susuz qala bilər. Amma dabanbalığını, hətta buzxanada saxlasan belə, bir həftədən sonra dirilmək ehtimalı var. Dənizə işıq düşərkən o tərəf, bu tərəfə tullanan balıqlar isə karas adlı balıqlardır.

Kateqoriyalar: Maraqlı, Sosial Etiketlər: , , ,
  1. Fərqanə
    Aprel 8, 2009 tarixində, saat 14:15

    Şəfiqə bilmirəm niyə,amma uşaqlıqdan balığı sevmirəm. Əksinə dənizi çox sevirəm.Müşahidəni qiymətləndirirəm.Əsl jurnalistin də diqqətli olması önəmlidi. Maraqlı yazıdı. Bir də Elnura demek istərdim bizi də uşaqlığına aparsın mümkünsə.Gedək balıq tutmağa.

  2. Elnur
    Aprel 8, 2009 tarixində, saat 10:22

    duz soze ne deyim. gedek deyirsiz gedek. amma onunda deyim 2023 neft bitenden sonra denizdeki baliqlarinda calati temizlener. eslen shirvan zonasindanam. elbetde cayda, yaxsi bilersen boyuk kanallarda, axmaz deyilen gollerde baliq tutmaq boyuk hobbilerdendir. cox darixdim usaqliqda baliq tutdugum gunlere.bizim kend bir terefinden kur bir terefinden turuyancay kecir hele qamisli kanal, gol… mene usqligimi xatirlatdin yazmaqla qurtarmaz…

  3. Vuqar_NJM-2009
    Aprel 8, 2009 tarixində, saat 10:20

    Maraqlı başlıq vermisiniz. Fərqli yazmağa çalışmısınız, bu çalışqanlığınızı alqışlayıram. Mən inanıram ki, siz gələcəyin parlaq və peşəkar jurnalist simalarından olacaqsınız. Niyə daha çox Həmid adlı şəxsin əhvalatını oçerk tipində yazmısınız.

  4. Elnare NJM-girl
    Aprel 8, 2009 tarixində, saat 10:19

    Shefoo ellerine sagliq gozel movzudu.Boyuk maragla oxudum, balig tutmaq haqqinda bilmediklerimide bildim..

  5. ahmedphoto
    Aprel 8, 2009 tarixində, saat 00:26

    Eladi Shifo! Amma bir sheyi vurgulamaq isterdim…Hech vaxt Tutulan Baliqlarin Yerinde Olmaq Itemezdim))

  6. Tofiq SV
    Aprel 8, 2009 tarixində, saat 00:20

    Elnur,acigi ne yazmaq istediyini tam olaraq anlamadim.
    anladigim qeder cavab yaznaga calisacam
    ne deyirsen de,amma cay baligi tamam basqa bir seydi.gel bu movzuda menimle mubahise etme.Bakida boyuyub boya basa catsam da cenub bolgesindenem ve gozumu acandan baliq yemisem.Hec bir halda cay baligini neftli Xezer baligina deyismerem.kim ki baliq tutmaq isteyir gelin gedek kende,cay qiragi agac alti,temiz hava,oturub saatlarla baliq gozlemek isteyirsen.Tebii ki Bulvarda ayaq uste baliq gozlemeye sebr catmaz.he,ne fikirlesirsiz?tilovlarinizi hazirlayin yayda baliq tutmaga gedirik.

  7. nahidqasimzade
    Aprel 7, 2009 tarixində, saat 11:43

    baliq: Mehsur Piyotr baliqci olub. baliq meselesi dinimizdede yer alir Yunus un baliq meselesi,allahin isa peygebere kafirlerqarsisinda qelebesi vaxdi ona acdigi sufrede qizardilmis baligin olmasi nezere carpdirilmasi, yehudilerin baliq meselesi ve saire.bu baliq bizim edebiyyatimizda az yer almisdir .Amerika ,rus edebiyyatinda yer alir .Aytmatovun eserinde yer alir. ” bilmirem biz denizlere uzaq ,yoxsa baliqlar bizden uz donderib”.yaxsi meqaledir

  8. guler_m
    Aprel 7, 2009 tarixində, saat 11:40

    Maraqlı yazıdı xoşum gəldi.Balıq tutmasam da, hərhalda elə bir fikrim olsa çətinlik çəkməyəcəm.Çünki yazıda bu haqda məlumat boldu.Oxumaq kifayətdi.Yeni yazılarını oxumaq ümidi ilə…

  9. nahidqasimzade
    Aprel 7, 2009 tarixində, saat 11:39

    baliq: Mehsur Piyotr baliqci olub. baliq meselesi dinimizdede yer alir Yunus un baliq meselesi,allahin isa peygebere kafirlerqarsisinda qelebesi vaxdi ona acdigi sufrede qizardilmis baligin olmasi nezere carpdirilmasi, yehudilerin baliq meselesi ve saire.bu baliq bizim edebiyyatimizda az yer almisdir .Amerika ,rus edebiyyatinda yer alir .Aytmatovun eserinde yer alir. yaxsi meqaledir.

  10. shefiqe
    Aprel 7, 2009 tarixində, saat 11:36

    he, erida, tekce dabanbanbaligini deyil, umumiyyetle baliq tutmaq ozu chox maraqlidi, hem de boyuk sebr teleb edir. saatlarla eyni yerde oturmaq ve gozlemek lazimdi. Tutsan eger ne vaxtsa, onunla birge sheklini bu bloga qoyarsan? :)))))

  11. erida
    Aprel 7, 2009 tarixində, saat 11:30

    ay daa super yazidi cox xowuma geldi. Bu yazidan sonra lap dabanbaligi tutmaq istedim. Bes ozun nece?

  12. Elnur
    Aprel 7, 2009 tarixində, saat 11:25

    Tofiq sekile baxdin yaziya aid olan. men ona eminem ki gunduzler orda baliq tumaga daha cox hormet edirler polislere oranin muhafize iscilerine. eger biri denizde baliq tutmaq istese hara getse mumkundur? deniz hamiya aiddir amma hara getsen qayiq ile bir qiymet motorlu qayiq ile bir qiymet ve qarmaq ile bir qiymet.. (o ki qaldi caydaki baliqlarda denize qovusmaq ile axir ilanbaliqdan basqa). deniz cox dusundurur yoxsa cay?

  13. shefiqe
    Aprel 7, 2009 tarixində, saat 10:15

    Teshekkurler. Elnur, chalishacam ingilis dilini oyrenim ve senin meslehetlerine emel edim.

  14. Tofiq_SV
    Aprel 7, 2009 tarixində, saat 01:52

    Gozel yazidi.ugurlu isine gore tebrikler.sexsen men bir nece maraqli fakt oyrendim.Dabanbaliginin 1 hefteden sora dirilme ehtimalinin olmasini bilmirdim.amma oz aramizdi hec bulvarda da baliq tutarlar? esl baliq cay baligidi.
    yeni yazilarivi oxumaq ve serh yazmaq isteyi ile…TOFIQ

  15. Elnur
    Aprel 6, 2009 tarixində, saat 10:44

    Baliq tutmaga hevesim boyukdur. bilmirdim ki gecede baliq tutmaga gedirler. karas maraqlidi sekili olsa lap ele olar. Qizil baliq axtaranlarin denize bagliligi inanilmazdir. bir heyatdir. Bu yazinin ustunde birazda islesen ve ingilis dilinde yazsan butun dunya oxuyar. …

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: