Cibimizdən çıxan qəpiklər və ya qədrini bilmədiyimiz sərvət
Bir çoxumuzun tanıdığı Aynur Elgünəşin başına bu yaxınlarda, metroda bir hadisə gəlmişdi. Metro kartına pul yükləyərkən, bir nəfər 20 qəpik uzadıb onu da keçirtməyini xahiş edib. Aynur kartı alıb çekə baxanda görür ki, 15 qəpik əskik gəlir. Bu hadisəni mənimlə bölüşdü və işdən qayıdarkən bu məsələni araşdırmaq fikrinə düşdük. Metronun Elmlər Akademiyası, Məşədi Əzizbəyov, Neftçilər və Xalqlar dostluğu stansiyalarını təcrübədən keçirtdik. Neftçilər metrostansiyasından başqa bütün kassalarda pul əskik qaytarıldı. Ola bilsin ki, 15 qəpik az puldur. Amma fikirləşsək ki, gün ərzində yüzlərlə insan bu üsulla keçir, onda 15 qəpiklər toplanıb minlərlə manat pul edir. Bu minlərlə manatlar isə sadə insanların cibindən çıxır. Buna oxşar hallardan biri də mənim başıma gəlmişdi. Qazax rayonuna gedərkən qatar bileti almışdım. Sonradan biletə baxanda gördüm ki, 2 manat 80 qəpik olan bilətə 3 manat 80 qəpik ödəmişəm. Bax belə.
Həmişə dövləti günahlandırırıq. Bu dəfə də dövlət günahkardırmı? Nə üçün bizi əfəlləməyə yol veririk ? Nə üçün aldığımızı dəqiqliklə hesablamırıq, bəzi çoxbilmiş, bic insanların cibimizdən çıxan qəpiklərlə qarınlarını doydurmalarına biganə qalırıq?
Onların gözünün odunu almaq lazım deyil. İnsanlar vəsifə sahiblırini (xırdasından böüyüyünə) rüşvətə alışdırmamalıdır. Xırda puldu deyib önəmsəmirik. ama bu xırda pullar rüşvət və ya oğurluq edən insanın iştahını artırı, qorxusunu azaldır.
Demek olar ki her gun bu halla rastlasiriq.Amma Aynur xanimin ve senin musahideleri ise yaradi.Belke bezilerinin gozunun odunu alandan sonra qalanlarina ders olar.
he tessufki bele hallarla coxlarimiz uzlewirik…
ay da 🙂 cox sagol sehvimi bildirdiyine gore 🙂
:))))
Hə, sən demə “uje” metrolarda da atırlarmış?
Ali Resh, ilk dəfədir eşidirəm ki, Qazaxa metro var imiş: “Qazax rayonuna gedərkən metro bileti almışdım. Sonradan biletə baxanda gördüm ki, 2 manat 80 qəpik olan bilətə 3 manat 80 qəpik ödəmişəm.”