Əsas səhifə > Maraqlı, Mədəniyyət, Xəbər > Gülən və ağlayan iki maskalı teatr

Gülən və ağlayan iki maskalı teatr

theatre2Teatr – müxtəlif teatr tamaşalarının insanlar qarşısında oynandığı yerə deyilir. Yunanca “tamaşa yeri”, “tamaşa etmək” mənasını verən “teatron” və ya “theomai” sözündən götürülüb. Teatr – həyatda olub-keçən və ya ola biləcək, xəyali hadisələrin müəyyən yerlərdə, qabiliyyətli insanlar (aktyor, aktrisa) tərəfindən tamaşaçılar qarşısında canlandırılması sənətidir. Bütün dünyada teatr gülən və ağlayan iki maskayla təmsil edilir.

Avropada Üst Paleolit dövründən dini mövzularla əlaqədar olaraq kilsələrdə müxtəlif təmsillər verilirdi. Daha sonra teatr inkişaf edərək, kilsələrdən əlavə şəhər meydanlarında qurulan səhnələrdə də göstərilməyə başladı.
Azərbaycanda teatrın əsası 1873-cü ilin 10 martında qoyulub. Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı Realnı məktəbinin şagirdləri “Nəciblər” klubunda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasını tamaşaya qoymaqla Azərbaycan teatrının yaranmasına nail oldular. Əvvəllər teatr müxtəlif truppalar şəklində “Nicat”, “Səfa”, “Həmiyyət” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində tamaşalar göstərirdi. 1919-cu ildən Dövlət Teatrı statusu alır. Teatrın adı bir neçə dəfə dəyişdirilib, müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılıb. 1923-cü ildən 1933-cü ilə qədər Dadaş Bünyadzadənin, 1933-cü ildən 1991-ci ilə kimi isə Məşədi Əzizbəyovun adına olub. Bu sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanmağa başlayıb.
Intibah dövrünün sonunda teatr böyük əhəmiyyət qazandı. Operanın yaranması da bu vaxta təsadüf edirdi. XVIII əsrdə opera binaları inşa edilməyə başladı. Teatr beynəlxalq bir sənət sayıldı və bunun üçün məktəblər açıldı. XX əsrdə isə teatr daha çox inkişaf etdi.
Teatr hərəkət və sözlə bir əhvalatı canlandırma sənətidir. Səhnəyə qoyulan oyunun tamaşaçı üzərində güclü bir təsir yaratması üçün dekorasiya və geyimlərdən əlavə, müxtəlif işıqlandırma və səs cihazlarının da mühüm rolu var. 1961-ci ildən Beynəlxalq Teatrlar Birliyinin təşəbbüsü ilə (İnternational Theatre İnstitute (İTİ)) hər il martın 27-i Dünya Teatr günü kimi qeyd edilir. İTİ rəhbəri Avni Kivimaa tərəfindən əvvəl Helsinkidə, sonra isə Vyanada keçirilən IX İTİ konfransında təklif edilən “teatr günü” Skandinaviya ölkələrinin də dəstəyi ilə qəbul olunub. Hər il teatr günü İTİ mərkəzləri və dünya səviyyəsində olan teatr qrupları tərəfindən qeyd edilir.

Advertisements
  1. Tofiq_SV
    Aprel 9, 2009 tarixində, saat 01:00

    Salam Gencler!Ferqane ve Gunay xanim! Bir sualima cavab verin zehmet olmasa : konsert gunlerinin sayindan asili olmayaraq hamisi anslaq kecen,H.Eliyev adina sarayi dolduran Parni iz Baku ve Cosqun Rafael cutluyu hansi maraqli,dusundurucu tamasa oynayir ki? duzdu men inlari tamamile redd etmirem,sadece her konsertlerinden cemi 1-2 sehneni beyenirem,qalanlari sit,efire ve sehneye yarasmayan kuce yumoru.amma netice nedi? xalq onlari sevir ve 10 teatr tamasasina vere bileceyi pulu bir defeye verib bu konsertlere 1 bilet alir.sebebi nedi?REKLAM! inanin tesadufen elani verilen en zeif tamasa da insanin diqqetini cekir.sexsen men bu yolla bir nece defe AzDramanin tamasalarinda olmusam ve zovq almisam.mence tamasalarimiz ne qeder zeif olsa da yene de TYlerdeki insanlari manqurtlasdirmaga hesablanmis ucuz seviyyesiz sou proqramlardan yaxsidi.en azindan medeniyyetdi teatr….Teatrlarda gorusmek umidile…

  2. Gunay Kerimova
    Aprel 8, 2009 tarixində, saat 14:30

    Tofiq, teklifin maraqlidi mence, deyerlendirmek olar. Gor de nece ede bilersen:)
    Ferqane, sene ise demek isteyirem ki, duz deyirsen o qeder maraqli, düşündürücü tamaşalar olmur. Amma insanlarımız da teatra çox getmirlər, elələri var heç həyatlartında bir dəfə də olsun teatra getməyib. Bəlkə də çoxları getsə teatra onda daha maraqlı, düşündürücü tamaşalar hazırlanar.

  3. Fərqanə
    Aprel 8, 2009 tarixində, saat 14:25

    Gunay cox sag ol yaziya gore.Teatrin yaranma tarixi ila bagli melumatlar yaxsidi.Belke bu yazi ile teatra heves oyada bildin.Bir de ki oyansa ne olacaq axi teatrlarimizda hansi yeni maraqli dusunduren tamasa oynanilir ki.

  4. Tofiq_SV
    Aprel 8, 2009 tarixində, saat 00:35

    Gozel yaziya gore tesekkur.AzDramanin M.Ezizbeyov adina olmasini bilmirdim.Eziz gencler,bele yazilar bize cox lazimdi.teatri biz gencler yasatmaliyiq.maraqli tamasalar olur.amma hec biri tebliq olunmadigindan hec birimizin xeberi olmur.
    Avropa Telebeleri forumu Baki IB-yi(AEGEE-Baki)yeni bir aksiya kecirir.TEATRLARA QAYIDAQ adli bu aksiyanin meqsedi genclerde teatrlara maraq asilamaqdi.biz her hefte bir tamasa sececeyik ve onu dostlarimizla izleyeceyik.tebii ki hami bize qosula biler.hetta biz Nazirliye de mektub gondereceyik ki hemin gun biz gencler ucun giris azad ve ya guzestli olsub ki,en azindan teatrin ne oldugunu genclerimiz gorsun.inanin teatr ele bir quvvedir ki,bir defe vuruldunsa ona her defe getmek isteyeceksen.kampaniyayla maraqlananlar menimle elaqe saxlaya biler.

  5. Gunay Kerimova
    Aprel 7, 2009 tarixində, saat 20:26

    Şərh yazanların hər birinə təşəkkür edirəm. Vüqar, burda inciməli bir şey yoxdu, təklifini nəzərə alaram.

  6. Vuqar__NJM-2009
    Aprel 7, 2009 tarixində, saat 17:22

    Ən azından maraqlı başlıq və giriş verib. sizin çalışqanlığınızı qiymətləndirirəm. Amma inciməsəniz bir xahişim var,olar çox emosional yəni oçerk tipli yazılara daha az üstünlük verəsiniz. Təşəkkürlər. (Ümumən yazılara fikir bildirirəm.)

  7. Elnur
    Aprel 7, 2009 tarixində, saat 11:48

    gelecekden xeber veren duzunu deseydi mence deyerdiki 2030 dan yuxari AZ teatrinda indiki hakimiyyetin aglamali terefini sehneye qoyardilar hazirda gulmelidi.onu da deyim gelecekde milletin teatri olacaq.

  8. kamran
    Mart 28, 2009 tarixində, saat 23:38

    maraqlidi, teshekkur edirem.

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: