Bluetoothlaşdırılmışlar !
Cəmiyyətimiz inkişaf edir. Əsasən də texnologiya sahəsində. Texnologiyanın mobil bölməsində. Mobil texnologiyanın da əsasən bluetooth sahəsində. Cəmiyyətimiz bluetoothlaşır. Hər bir azərbaycanlı telefon alanda çalışır onun bluetoothu olsun. Halbuki bu mobil telefonların bir çox müsbət xüsusiyyətləri var. İnternet, kitab proqramları, müxtəlif formatlı mətnləri oxudan proqramlar. Bu proqramlarla maraqlanan çox azdır.
Yəqin ki, bir çoxlarınız metrodan istifadə edirsiz. Mən də həmçinin. Metro bluetoothlaşmışlar üçün əla məkandır. Metroya girən kimi telefonlar işə düşür. Kitab oxuma proqramları yox, sırf bluetooth əməliyyatı başlayır. Gözlərə işıq gəlir. Bəziləri çəkinmədən telefonu əlində tutub bluetoothlaşmış əks cinsini axtarmağa başlasa da, çoxları nədənsə gödəkcəsinin altında və yaxud yoldaşının kürəyinə qısılıb axtarışa başlayır. Siz bu an onların gözlərinə baxasınız. Gözlər telefonun ekranına baxsa da, eyni zamanda uzaqlara baxır. Orada tapacağı insanla olan xəyallar canlanır. Amma bu xəyallar rəngarəng deyil. Qaranlıqdır. Orada kol dibi, parkların insan olmayan yerləri, qaranlıq küçələr və dalanlar canlanır. Məqsəd birdir. Bluetoothlaşmış insanlardır. Qəlbləri də bluetoothlaşıb. Bluetooth kimi sönüb yanır. Ehtirasları da. Məqsəd alışan bu ehtirası söndürməyə əks cins tapmaqdır. Ehtiras söndü, həmcinsindən doydusa, qəlbin qapısı da bağlanır. Bluetooth kimi.
Eh cavanlar? ? ? Yox eh cavanlar yox! Eh azərbaycanlılar ! Çünki bluetoothlaşmışlar təkcə gənclər deyil. Ətrafınıza baxın, bluetoothlaşmışların yaşı müxtəlifdir. Ailəli, böyük uşaq sahibləri də bluetooth ovuna çıxır. Yaşlı insanların da bluetoothlu telefonu olsa, bəlkə onlar da bluetoothlaşardı.
Nə üçün bluetoothlaşmışlar maariflənmişlər olmur. Nə üçün metroya insan çox olan yerə girən kimi telefonlar çıxır, kitab, qəzet, jurnal çıxmır? Bluetooth bizi manqurtlaşdırdı ???
Telefonları yığışdıraq ? ? ? Qadağa qoyaq ki, ölkəyə bluetoothlu telefon gətirilməsin? Yox ! Bu bluetoothun cəmiyyətimizə verdiyi eybəcərlik deyil, bu bizim insanların bluetooth adına gətirdiyi eybəcərlikdir.
Günah bluetoothda deyil, günah insanlardadı. Bluetoothlu telefonlar bütün dünyada yayılıb, amma bundan belə axmaq şeylərə sərf edən 2-ci bir yer tanımıram. Bizdə çoxları, əsas da cavanlar nəinki bluetoothdan, elə internetdən də ancaq vaxt keçirmək üçün istifadə edirlər. Ehhh Ali Resh, yenə də bu mövzunun kökü gedib çıxır mədəniyyətə, təəssüf ki, bu sahədəki mədəniyyətimiz də axırdan 1-ci yerdədir:D
azerbaycanda jurnal, gazet,kitab oxuyan varki?? tek-tek…hec olmasa bluetooth ishledib herifleri haddan cixarmasinlar :D. gor ne gune galmishiq.turkiyede gencler meshquldular, bizde ise gencler xeyallarla yashamaqa mecburdular ve beyini ishletmek yaddan cixir.
demeli Turkiyeye ilk defe gelirem..1ci gun mindim metroya..usaglar dediler goresen bakidaki kimi burdada bluetooth tanisligi var??eleme tenbelliy..acdigee bluetoothlari..usaglar bezileri ferqli vaqonlardaydi..baxdig hamisi bizim usaglardi basqa heckim yoxdu..dedim deyesen bu tek Azerbaycanda tek Bakidadi..dunyada tek bizdedise qoy qalsin..hec yigisdirilmasin.. 😀
Butun yazida gunahkar BLUETOOTH gorunur. ancaq sonda insanlar. Blutut yaziq neynesin? Onunla informasiya da gondermek olar, xeber de, shekil de ve telefon nomresi de. Baxir kim nece istifade edir. İNSANLAR ARTIQ BEYİNLƏRİNİ YOX, BAŞQA YERLƏBİNİ İŞLƏTMƏYƏ ÇALIŞIRLAR…