Əsas səhifə > Kitab, Maraqlı, Xəbər > “Düyməcik” kitablar

“Düyməcik” kitablar

Dünyada bir muzey var ki, bu muzeydən ancaq və ancaq Azərbaycandadır. Özü də Bakının göz bəbəyi olan İçərişəhərdə, XV əsrin ən məşhur abidəsi olan Şirvanşahlar sarayının yaxınlığında. Adı isə belədir – Miniatür Kitablar Muzeyi. Muzeyin rəhbəri, yaradıcısı Salahovlar ailəsinin nümayəndəsi Zərifə Salahovadır. Bu muzey Zərifə xanımın şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. 2002-ci il aprelin 23-də Beynəlxalq Kitablar və Müəllif Hüquqları günündə YUNESKO-nun qərarı ilə muzeyin açılışı olub. Muzey açılana qədər muzeyin rəhbəri iki min nüsxədən ibarət kolleksiyasını Milli Kitabxanada nümayiş etdirirdi. Muzey üçün yer İtaliya səfirliyinin yanındadır. Muzeyin tikintisi vaxtı İtaliya səfirliyi əməlli-başlı gərginlik keçiriblər. Elə biliblər ki, burada restoran açılacaq:)Muzeydə olan 4300 kitab 35 vitrində nümayiş olunur. Bundan əlavə, muzeyin ehtiyat fondunda 6000-dən çox kitab var. Dünyanın 62 ölkəsində çap olunan, olduqca rəngarəng kitablar seyrçilərə təqdim olunur. Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – “Doğum daşı”, “Zodiak nişanları və onun rəmzləri”, “Güllərin dili” adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlar da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var. Ekspozisiyanın bəzəyi olan kitablardan 1964-cü ildə Münhendə (Almaniyada şəhər) çap olunan 3,5×3,5 millimetrlik 4 kitabça, SSRİ-də çap olunan “Puşkiniana” mövzulu 19 kitabça, atalar sözləri və məsəllər külliyatını misal kimi göstərmək olar. 1985-ci ildə Moskvada “Kniqa” nəşriyyatı “Möcüzələr möcüzəsi” adlı 6×9 mm-lik A.S.Puşkinin və A.M.Qorkinin portret və kəlamlardan ibarət 5 cildli kitab nəşr edir. Bu kitabda 24 səhifə və hər səhifədə 9 sətir var. O vaxtlar bu kitabdan cəmisi 200 nüsxə çap olunub.
Muzeydə dini mövzulu nadir kitablara da rast gəlmək olar. Bu, əsasən XVII əsrə aid olan Quran nəşrləri, 4 cildli “İncil” (1906), katolik dua kitabçası, Tövrat, “Buddist hekayələri” və s.-dir.
Nadir kitabların ümumi tirajı yüksək olmur. Bəzən belə kitabların tirajı heç 100-ə çatmır. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən “qoca” kitabı 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Quran kitabıdır. Muzeydə məşhur “Beatles” qrupunun mahnılarının sözləri toplanan və cəmi 5 nüsxəsi olan minikitab da var.
Dəyərli vaxtınızdan ayırıb Miniatür Kitablar Muzeyinə getsəz yəqin ki, peşman olmassınız.

Advertisements
Kateqoriyalar: Kitab, Maraqlı, Xəbər Etiketlər: , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: