Əsas səhifə > Düşüncə, Maraqlı, Siyasi, Sosial > Dilənçilər birliyinin müraciəti

Dilənçilər birliyinin müraciəti

Biz azərbaycan dilənçilər birliyi bütün  YAP-çıları və hökümətimizi referendumun nəticələri münasibəti ilə təbrik edirik. Dilənçilər olaraq  hakimiyyətin siyasətini bəyənir və onun bütün fəaliyyətini dəstəkləyirik.

Onların fəaliyyəti nəticəsində ölkəmiz  günü gündən inkişaf edir. İqtisadi göstəriciləri dayanmadan artır. Heç maaliyyə krizisi də ölkəmizə təsir etmir. Bu uzaqgörən siyasətin nəticələri  biz dilənçilərdən də yan keçməyib. Bizim də aramızda sürətlə inkişaf gedir. Günü-gündən bizim birliyimizə yeni dilənçilər üzv  olurlar. Bunun üçün xüsusilə minnatdarlıq edirik. Bizə ayırılan xüsusi diqqətə görə. Bəli, biz inkişaf edirik. 5 il 10  il bundan qabaq  biz dilənçilər əsasən çiqanlardan ibarət idik. Milli azlıq idik.  Lakin,  hökümətimizin  düzgün siyasəti  nəticəsində biz artıq  azlıq deyilik. Bu gün bizim həmkarlarımız arasında Quba, qusar, Lənkəran, Masallı, Qazax, Tovuz, Mingəçevir, Şamaxı və s. bölgələrdən rus, talış, ləzqi, avar və digər milliyətdən xeyli dilənçilər var.

Bizi sevindirən digər bir hal isə artıq  dövlət strukturlarında da  bizim kimi dilənçilərin olmasıdır. Onlara  xalq rüşvətxor deyir və narazılıq edirlər. Biz bu narazıçılığın səbəbini rüşvətxor adlandırılan həmkarlarımızın peşə səriştəsi olmaması ilə əlaqələndirirk.  Bu problemi aradan qaldırmaq  üçün biz dilənçilər birliyi hökümətlə işbirliyinə hazırıq. Bizdə dilənçilik peşəsinin dəri  biliciləri var. Onların başçılığı ilə xalqın rüşvətxor adlandırdığı həmkarlarımıza dilənçilik peşəsini öyrətmək üçün məşğələlər, traininglər keçirdə bilərik. Sizi indandırıram ki, qısa  vaxt ərzində bu narazıçılıq aradan götürülə  bilər.

Bununla yanaşı bircə şikayətimiz də var. Bu isə polisdə olan həmkarlarımızla bağlıdır. Təbii ki, ölkəmiz inkişaf etdikcə polisdə də həmkarlarımızın sayı artıb. Ama onlar digərlərindən fərqli olaraq bizim özümüzdən də pul istəyirlər və bunu zorakılıqla edirlər. Biz onlar üçün də training  keçirməyə hazırıq. Polisdə olan həmkarlarımız qoy bilsin ki, onlar çox  böyük günah işlədir. Həmkardan dilənmək heç bir  peşə sahibinə yaraşmaz !

Hökümətimizə üzün ömür can sağlığı diləyirik. Onun Bütün qərarlarını dəstəkləməyə hazırıq. Yaşasın Yeni Azərbaycan ! !

Advertisements
  1. Xedice Hacili
    Fevral 22, 2012 tarixində, saat 08:01

    Yazını təsadüfən internetdə gördüm. Elə müəllifə bir təşəkkür edib, bu ölkədə daha bir ağıllı adam kəşf elədiyimə sevinmək istəyirdim ki.. Baxdım ki, bıy bu bizim Ali Reshdir ki!:)
    Gözəl bloqun var. Əla yazılardı. Çox təşəkkürlər sənə, Resh!:)
    Bu yazı isə xüsusilə yaxşıdı. Dilənçilər məsələsi ciddi problemdi. Çox ürəkağrıdıcı məsələdi…:(

  2. erida
    Aprel 2, 2009 tarixində, saat 14:15

    Salam Rewad bey, bu yazi cox xowuma geldi. Inwallah sizin bu yazinizdan sonra dilencilerin de partiyalari olar 🙂 🙂 🙂

  3. farid njm
    Mart 26, 2009 tarixində, saat 13:13

    beyendim beyendim super.Ancaq men nir hekaye yazmaq isteyirem yaxinlarda Resadin blogunda olacaq!Adi da hazirdir:Diktatorun Demokrat oglu ve ya konstitusiyasiz monarxiya

  4. kamran
    Mart 24, 2009 tarixində, saat 20:24

    teki menevi dilenci olmayaq, maddi birteher yola vererik;)

  5. Mart 24, 2009 tarixində, saat 15:32

    asan! bizim dilencilerde YAP-i tabruk edir, buda bir, analoqu olmayan inkishafdir))

  6. Mart 24, 2009 tarixində, saat 00:01

    Bloqun dizaynı düzəlib ha! Belə yaxşıdı! Yaşasın yeni Azərbaycan da demirəm, çünki bu, artıq aksiomdu. Deyərəm birdən gözə dəyər 😉

  7. Mart 23, 2009 tarixində, saat 23:24

    He, Ali Resh, bu yazina gore sene 10 qepik vermeye deyer 🙂 Indiyedek dilenciye verdiyim en boyuk puldur, qedrini bil 😉

  8. Gunay Kerimova
    Mart 22, 2009 tarixində, saat 22:05

    Hə Ali Resh, bizim ölkədə hər bir sahədə inkişaf gedir. Eləcə də dilənçilikdə:). Hansı sahədə inkişaf gedirsə fəxrimizdi:). Belə getsə, institut fakültələrinin içinə dilənçilik fakültəsi də daxil olacaq, nə də olsa günü-gündən artır dilənçilərin sayı:)

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: