Əsas səhifə > Xəbər > Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur

Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur

İqtisadçı ekspert Azər Mehdiyevin AJAŞ Xəbər Xidmətinə müsahibəsi

“DÖVLƏT BÜDCƏSİNİN NEFTDƏN ASILI OLMASI FAKTDIR”

Azər Mehdiyev: “Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur”

– Məlum olduğu kimi, bi il Dövlət Neft Fondunun büdcəsi vaxtından xeyli gec təsdiq edildi. Qanunvericiliyə görə növbəti ilin büdcəsi cari ilin sonuna qədər təsdiq edilməli olduğu halda, cari ilin, yəni 2009-cu ilin büdcəsinin təsdiqi, elə 2009-cu ilin mart ayınadək yubandı.
Bilmək istərdik, bu gecikmə qanun pozuntusudurmu?

– Büdcə haqqında qanuna görə dövlət büdcəsi ilə eyni zamanda həm də büdcədən kənar dövlət fondları yeni büdcə ili başlanana kimi təsdiq olunmalıdır. Neft Fondunun büdcəsi Parlament tərəfindən yox, Prezident tərəfindən təsdiq olunsa da Parlament tərəfindən büdcə təsdiq olunan zaman onların Prezident tərəfindən imzalanması ilə eyni vaxtda Neft Fondunun büdcəsi də təsdiq olunmalıdır. Çünki bunlar bir-birilə bağlı büdcələrdir. Ancaq dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq sonradan Neft Fondunun proqnozlarında müəyyən dəyişikliklər olunub və büdcə təsdiq edilərkən göstərilən proqnozlar xeyli dərəcədə azaldılıb.

– Bəs ötən ilin büdcəsi nə vaxt təsdiq edilmişdi?

– Ümumiyyətlə, əvvəlki illərdə dekabrın 31-ə qədər təsdiq olunmuşdu, bu qədər ləngimə yox idi.

– Belə bir sual yaranır: mart ayına qədər Neft Fondunun xərcləri haradan maliyyələşib?

– Hesab edirəm ki, bu, Dövlət Neft Şirkətinin aidiyyatında olan məsələdir, bu suala onlar da cavab verməlidir. Biz ancaq qanuni prosedurların pozulmasını qeydə ala bilirik. Digər məsələlər bizim üçün də qeyri-müəyyən olaraq qalır.

– Dünya təcrübəsində, büdcənin təsdiq edilməsinin gecikdiyi hallar olurmu?

– Başqa ölkələrdə il başlayana kimi birmənalı olaraq büdcə təsdiq olunur. Əgər büdcə müzakirələrə təqdimolunma prosesində ikən proqnozlarda hər hansı dəyişikliklər baş veribsə, təbii ki, həmin dəyişikliklər nəzərə alınmaqla, yenidən müzakirəyə verilir. Ancaq dünya təcrübəsində maliyyə ili başlayandan bir-iki ay sonra büdcənin təsdiq olunması halları baş vermir.

– Bu il Dövlət Neft Fondu büdcəsinin xərc hissəsində Dövlət büdcəsinə transferlər 4.9 milyard manat təşkil edir. Bu rəqəm çox böyük göstərici deyilmi; əvvəlki illərlə müqayisədə bu məbləğ nə qədər artıb?

– 2007-ci ildə bu rəqəm 585 milyon manat idi. Ötən il 3 milyard manatdan artıq idi, bu il isə 4.9 milyard manat olub.

– Dünya ölkələrinin təcrübəsində belə transferlər varmı? Varsa, neçə faiz təşkil edir?

– Məsələn, Norveçdə Neft Fondunun vəsaitləri qiymətli kağızların alınmasına və idarə olunmasına yönəldilir. Bundan gələn gəlirin 4%-i Pensiya Fonduna yönəldilir. Qazaxıstanda vəsaitin köçürülməsində ciddi normativlər olmasa da hər halda Azərbaycanla müqayisədə xeyli dərəcədə az transfer olunur. Bizdə Neft Fondunun xərclərinin demək olar ki, böyük hissəsini – 90-94%-ini trasnferlər təşkil edir. Bizim büdcə gəlirlərimizdə transferlərin xüsusi çəkisi 1/3-dən artıqdır. Bu da kifayət qədər böyük bir rəqəmdir. Yəni müxtəlif ölkələrdə müxtəlif yanaşmalar tətbiq olunur, əsas məsələ ondan ibarətdir ki, bizdə Neft Fondu ilə Dövlət Büdcəsi arasında vəsait ayrılması ilə bağlı dəqiq müəyyənləşdirilmiş normativ baza yoxdur.

– Belə bir nəticəyə gəlmək olarmı ki, bizim büdcəmiz neftdən asılıdır?

– Azərbaycanın dövlət büdcəsinin neftdən asılı olması bir faktdır. Çünki o, yalnız Neft Fondundan köçürmələr vasitəsilə formalaşır. ABƏŞ-in ödədiyi mənfəət vergisini, ARDNŞ-in büdcəyə ödəmələrini nəzərə alsaq, bütövlükdə birbaşa və dolayısı ilə büdcəmizin neftdən asılılığı 70% civarındadır. Təbii ki, bu da büdcəmizin neftdən asılılığı deməkdir.

AJAŞ Xəbər Xidməti

Advertisements
Kateqoriyalar: Xəbər Etiketlər: , , ,
  1. Heç bir şərh yoxdur.
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: