Rererendumda qanunsuzluqlar -2
Press-reliz
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının Quba bürosundan verilən məlumata görə, əhali arasında aktivlik müşahidə olunmur. Səsvermədə iştirak edənlərin əksəriyyəti nəyə səs verdiklərini dəqiq bilmirlər.
Masallı bürosundan verilən məlumata görə, günorta saatlarında əhali arasında aktivlik daha da aşağı düşüb. Büdcə təşkilatlarında çalışan vətəndaşlar isə görüntü yaratmaq üçün məntəqələrin həyətində saxlanılır, evə getmələrinə icazə verilmir.
***
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurası üzvlərinin Binəqədi rayonu ərazisində apardıqları müşahidələrin nəticəsinə görə, saat 15.00-dək seçicilərin 18 faizi səsvermədə iştirak edib.
***
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurasının «qaynar xətt»inə daxil olan məlumata görə, Xırdalandan Bakıya gələn 140 saylı avtobuslar şəhərə buraxılmayıb və sərnişinlər məcburi olaraq seçki məntəqələrinə aparılıb. Əhali Bakıya gəlmək üçün Masazır yolundan istifadə etmək məcburiyyətində qalıblar.
***
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurası üzvlərinin Xətai rayonu ərazisindəki seçki dairələrində keçirdiyi monitorinqin nəticələri aşağıdakı kimidir:
35 saylı Xətai 3-cü Seçki Dairəsi üzrə səsvermədə iştirak edənlərin sayı;
13 saylı məntəqədə – 15.00-15.20 – 2 nəfər
14 saylı məntəqədə – 15.20-15.40 – 3 nəfər
12 saylı məntəqədə – 15.50-16.10 – 2 nəfər
11 saylı məntəqədə – 16.15-16.35 – 1 nəfər
34 saylı Xətai Seçki Dairəsi üzrə;
18 saylı məntəqədə – 16.45-17.05 – 2 nəfər
19 saylı məntəqədə – 17.05-17.25 – 3 nəfər
***
“Azad və Ədalətli Seçkilər Uğrunda” Əlaqəçi Məşvərət Şurası üzvlərinin Bakının Yasamal, Nizami, Səbayel rayonlarında apardıqları müşahıdələrinin nəticələrinə görə, xeyli qanun pozuntuları qeydə alınıb. Xüsusilə karusel, bir şəxsin bir neçə dəfə səs verməsi halları baş verib. Yasamal rayonundaki Xəritəçəkmə İnstitutunda yerləşən məntəqədə 1 qadının 3 dəfə səs verməsi faktı qeydə alınıb. Bundan başqa, tələbələr məcburən göndərişlə səs veriblər. Əhalı maşınlarla səsverməyə gətirilib. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti məlumatsız olublar. Onlar müşahidəçilərdən və məntəqə üzvlərindən nəyə səs verdiklərini soruşublar. Məktəblərdə yerləşən məntəqələrdə isə müşahidəçilər əsasən müəllimlər olublar.
Ən yaxşı müşahidəçilər Respublikaçılar Qrupundan olub, onlar bütün məntəqələrdə iştirak ediblər.
ŞƏRHLƏR